İlk gülən smaylikini 1963-cü ildə amerikalı rəssam Harvi Boll çəkib.Buna görə o 45 dollar qonorar almışdı. Daha sonra Bernar və Mürrey Speyn qardaşları bunun böyük marketinq potensialı olduğunu anlamış və lisenziyalaşdırılmış smayliktəsvirindən 50 milyon dollar qazanmışlar.
Purjunun yerə düşməsi nəticəsində ixtiraçı Riçard Ceymsin ağlına belə bir oyuncaq düzəltmək gəldi və bu ona 250 milyon dollar qazandırdı.
Yapışqan bağlayıcılar ideyası Jorj de Mestrala aiddir. O bu ideyadan hər il 100 milyon qazanır.
Kokteyl çubuqları bütün dünyada sürətlə populyarlıq qazandı.İdeya müəllifi bilinmir.
Bütün dünyada indiyədək 100 milyon ədəddən çox halqa satılıb.Bu ideya bambuk ağacları ilə oynayan uşaqları görmüş bir dizaynerin ağlına gəlib.
Başıaşağı duran qablar 1991-ci ildə Pol Braun tərəfindən dizayn edilib.Öz şirkətinin şampunlarını bu qablarda sataraq 14 milyon qazanc əldə edib.
1920-ci ildə arvadını çox sevən bir ər tərəfindən hazırlanıb. Hər yemək bişirəndə əllərini kəsən xanımına kömək etmək üçün Johnson & Johnson şirkətinin araşdırmaçısı belə bir ixtiraya imza atıb.
Spens Silver təsadüfən icad etdiyi yapışqanla stikerləri də icad etmiş oldu və inanılmazdır ki, bundan bir milyard dollar qazanc əldə etdi.
Ağlınıza gələn ideyalardan qorxmayın.Kim bilir ən səfeh icadın belə yaşama və sizi yaşatma şansı ola bilər.