Həftənin ilk iş günü hava necə olacaq

Son güncelleme: 14.11.2016 07:12
  • noimage

    Noyabrın 14-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, yarımadada dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 15-18° isti, Bakıda gecə 10-12° isti, gündüz 16-18° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 55-65 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında isə sabah hava şəraiti əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman müşahidə ediləcək. Lakin gecə və səhər Lənkəran-Astara zonasında çiskinli yağış yağacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

    alıntı
#14.11.2016 07:12 0 0 0