Türkiyədə polisə hücum - 2 yaralı

Son güncelleme: 15.11.2016 12:16
  • noimage

    Türkiyənin Bingöl vilayətində polis maşını PKK terror təşkilatı üzvlərinin hücumuna məruz qalıb.

    APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, əldəqayırma bomba polis avtomobili ərazidən keçən zaman işə salınıb.

    Hadisə nəticəsində yaralanan 2 polis əməkdaşı xəstəxanaya yerləşdirilib. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

    Terrorçuların tutulması üçün əməliyyat başlayıb.

    alıntı..
#15.11.2016 12:16 0 0 0