Türkiyədə 60 pilot saxlanılıb - FETÖ İTTİHAMI

Son güncelleme: 22.11.2016 13:00
  • noimage

    Konyada Fəttulahçı Terror Təşkilatı istintaqı çərçivəsində barələrində yaxalanma qərarı verilən 60 pilotla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

    Lent.az-ın sözcü-ə istinadən məlumatına görə, 19 rayon üzrə gerçəkləşdirilən əməliyyat zamanı 60 pilot saxlanılıb. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

    Xatırladaq ki, noyabrın 9-da 8 rayon üzrə təşkil edilən əməliyyatlar zamanı saxlanılan 47 pilotdan 1-i qadın olmaqla 17-si həbs edilib, 30-u isə sərbəst buraxılıb.

    Konyada daha əvvəl Ana Jet hərbi bazasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə aralarında pilot da olan 70 əsgər həbs edilib.

    alıntı..
#22.11.2016 13:00 0 0 0