Xeyli müddətdir efirlərdən uzaq gəzən Türkiyənin tanınmış müğənnisi Yıldız Tilbe ümrə ziyarətinə gedib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ifaçı bu barədə sosial şəbəkədəki səhifəsində yazıb: “Dünyanın ən gözəl və özəl şəhərindəyəm. Çox şükür Məkkədəyəm. Allah arzusunda olan hər kəsə bu ziyarəti nəsib etsin. Burda havada 33 dərəcə istilik var. Vallah, buralara gənckən gəlmək lazımdı”.