Dodağınıza uçuq çıxıb?

Son güncelleme: 22.12.2016 22:07
  • noimage

    Həm canımızı ağrıdan, həm də gözəlliyimizə kölgə salan uçuqlardan qurtulmaq asan olmur. Lakin bu problemlə də mübarizə aparmağın yolları var. Aile.lent.az uçuğu sağaldan tövsiyələr təqdim edir.

    Qarğıdalı nişastası

    1 qaşıq qarğıdalı nişastası ilə 1 qaşıq suyu qarışdırıb məcun halına gətirin. Yatmazdan əvvəl uçuğa sürtün. Oyandığınız zaman ehmalca yuyun.

    Buz

    Uçuq ağrı ilə yanaşı dodaqda göynəməyə də səbəb ola bilər. Buz tutmaq uçuğun üzərindəki dərinin həm nəmlənməsini, həm də göynəmənin keçməsini təmin edir.

    Süd

    Süd də uçuqlara olduqca yaxşı təsir edir. Pambığı soyuq süddə isladın və uçuğun üzərində 2-3 dəqiqə saxlayın.

    Aloe vera

    1 çay qaşığı aloe vera gelini birbaşa uçuğun üzərinə tətbiq edə bilərsiniz.

    Ekinezya

    Ekinezya immunitet sistemini gücləndirir. Həmçinin uçuq çıxmasının qarşısını alaraq, bədəninizi dəstəkləyəcək.

    Diş fırçanızı dəyişin

    Diş fırçası uçuq viruslarının daşınması üçün ideal mühit meydana gətirir. Uçuq çıxdıqdan sonra təzə bir diş fırçasına keçin. Uçuq keçdikdən sonra təkrar fırçanızı dəyişdirin.

    Nanə yağı

    Uçuğu su ilə təmizləyin. Ardından pambığı əvvəl suya, sonra da nanə yağına batırıb uçuğa sürtün. Gündə 2 dəfə kifayət edəcək.

    Vanil

    Vanil uçuğa səbəb olan virusun çoxalmasına mane olur. Pambıqlı çubuğun ucuna sürtdüyünüz vanili birbaşa uçuğun üzərinə qoyun və 1-2 dəqiqə gözləyin. Gündə 4 dəfə təkrarlaya bilərsiniz.

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    Ümidə QƏHRƏMAN
#22.12.2016 22:07 0 0 0