Böyrək daşı xəstəliyi və müalicəsi

Son güncelleme: 03.01.2017 23:02
  • noimage

    noimage

    noimage

    Böyrək daşı xəstəliyi – böyrəklərin ən çox yayılmış xəstəliklərindən biridir. Bu zaman böyrəklərdə və/və ya sidik xaric edən digər orqanlarda daşlar əmələ gəlir.

    Daşlar həm kiçik (3 mm-dək), həm də iri (15 sm-dək) ölçülərdə ola bilər. Bəzi hallarda böyrək daşları özünü heç bir əlamətlə büruzə vermədən uzun müddət mövcud ola bilər. Bu halda onlar digər orqanların hər hansı bir xəstəliyinin müayinə edilməsi zamanı aşkar edilir. Əksər hallarda isə onlar ağrı tutmaları, sidik ifrazı zamanı olan pozğunluqlar (bu barədə xəstəliyin simptomları bölməsində oxuya bilərsiniz) və digər əlamətlərlə müşayiət olunurlar. Böyrək daşı xəstəliyini mütləq müalicə etmək lazımdır. Müalicə edilmədiyi halda onun fonunda pielonefrit xəstəliyi də inkişaf edə bilər.



    Böyrək daşı xəstəliyinin risk faktorları:

    - irsi meylliliyin olması;

    - mədə-bağırsaq (qastrit, kolit, xora xəstəliyi və s.) və sidik-cinsiyyət sisteminin (pielonefrit, prostatit, prostat vəzin adenoması, sistit və s.) xroniki xəstəlikləri;

    - qalxanvariyanı vəzin funksiyasının pozulması;

    - osteomielit, osteoporoz, sümüklərin digər xəstəlikləri və ya travmaları;

    - müxtəlif mənşəli zəhərlənmələr və ya infeksion xəstəliklər nəticəsində orqanizmin uzun müddət susuzlaşması;

    - orqanizmdə baş verən vitamin (xüsusən D qrupu) çatışmazlıqları;

    - sidiyin turşuluğunu artıran qida məhsullarının (kəskin, turş, duzlu qidalar) daimi şəkildə qəbul edilməsi;

    - tərkibində duzların yüksək səviyyədə olduğu suların qəbul edilməsi;

    - coğrafi faktor. İsti iqlim şəraitində yaşayan insanlarda böyrək daşı xəstəliyinin inkişaf etmə ehtimalı daha yüksək olur;

    - ultrabənövşəyi şuaların daimi olaraq çatışmazlığı.

    Böyrək daşı xəstəliyinin əlamətləri:

    - Bel nahiyəsində olan ağrılar. Bel nahiyəsində (sağ və solda olmaqla bir və ya ikitərəfli)olan küt, üzücü ağrı fiziki gərginlik və ya sadəcə olaraq, bədən vəziyyətinin dəyişməsi zamanı daha da artır. Bu, sidik xaric edən orqanlarda daş olmasının ən xarakterik əlamətlərindən biridir. Daş böyrəkdən sidik axarına keçdikdə ağrı qarının aşağı hissəsində, qasıq nahiyəsində, cinsiyyət orqanlarında hiss olunur, bəzən isə ağrı ayağa da yayıla bilər. Güclü ağrı tutmasından (sancısından) sonra daşlar sidik ilə birlikdə xaric ola bilərlər.

    - Böyrək sancısı. Bu zaman bel nahiyəsində həddən artıq ağrı tutması baş verir. Azalaraq və yenidən başlayaraq ağrı tutması bir neçə gün ərzində davam edə bilər. Daş yerini dəyişdikdə və ya sidik axarından sidik kisəsinə düşdükdə ağrı kəsilir.

    - Sidik ifrazının tezləşməsi və ağrılı olması. Belə ağrılar – daşların sidik axarında və ya sidik kisəsində olmasına dəlalət edir. Bəzi hallarda sidik kisəsi boşalmasa da sidik ifrazı birdən kəsilə bilər. Bu “tıxanma” sindromu kimi adlandırılır və bədənin vəziyyətini azca dəyişən kimi, sidik ifrazı davam edir.

    - Sidikdə qanın olması. Sidikdə qanın olması güclü böyrək sancısından və ya ağır fiziki gərginlikdən sonra baş verə bilər.

    - Sidiyin bulanması.

    Arterial təzyiqin yüksəlməsi.

    - Bədən temperaturunun 38-40°C-yədək yüksəlməsi – proses pielonefritin qoşulması üçün xarakterikdir;



    Müalicəsi

    Bu xəstəliyin müalicə metodu daşın (və ya daşların) ölçülərindən, onların yerləşməsindən, xəstənin vəziyyətindən və s.-dən asılıdır. Əsas müalicə metodları – konservativ (dərmanların köməyi ilə) müalicə metodu və cərrahi metoddur.

    Konservativ metod daşların ölçüləri 3-5 mm qədər olduqda istifadə oluna bilər. Xəstəyə xüsusi dərman preparatları, fizioterapiya, homeopatiya (otlarla müalicə), pəhriz (daşın mineral tərkibindən asılıdır) təyin olunur. Nəzərinizə çatdıraq ki, böyrək daşı xəstəliyi çox ağır və təhlükəli xəstəlikdir ki, müalicə olunmadığı halda müxtəlif ağırlaşmalara (böyrəyin irinlənməsi, xroniki böyrək çatışmazlığı və s.) və hətta xəstənin həlak olmasına gətirib çıxara bilər. Bu səbəbdən heç bir halda həkimin məsləhəti olmadan dərman və hətta xalq təbabəti üsullarından istifadə etməyin. Öz-özünə müalicə çox ağır nəticələrə gətirib çıxara bilər.

    Müalicə zamanı xəstə maye qəbulunu artırmalıdır ki, xırdalanmış daşlar sidiyin axarı ilə böyrəklərdən daha asan xaric olunsun. Gün ərzində xəstə 2,5-3 və daha artıq təmiz filtrdən keçirilmiş su qəbul etməlidir. Daşların böyrəklərdən xaric olunması bəzən ağrılı olduğuna görə həkim xəstəyə ağrıkəsici preparat təyin edə bilər.

    Tam təbii yolla qalxaraq Böyrək daşlarının müalicəsi Flexible URS Holmium Lazerlə böyrək və sidik axarı daşlarının parçalanaraq çıxarılması sadə əməliyyatlar sırasındadır. Bu üsulla Böyrək daşlarını 30 dəqiqə ərzində heç bir kəsik və dəlik olmadan çıxarılması və xəstənin həmən günü evə yola salınması bunu təsdiqləyir.

    Əksər hallarda kişilərdə rast gəlinsə də, bəzi növ daşlar daha çox qadınlarda rast gəlinir. Böyrək daşları bir çox səbəblərdən əmələ gələ bilir:

    İrsi-genetik
    Çox miqdarda duz qəbulu
    Adinamiya (hərəkətsizlik)
    Az maye qəbulu
    Hipertoniya (yüksək təzyiq)
    Bədən çəkisinin çox olması
    Böyrək və sidik yolları infeksiyaları və s.
    Böyrək daşları dəyişik ölçü, şəkil və rəngdə ola bilir. Dəniz qumu zərrəsindən qolf topu böyüklüyünə qədər daşa rast gəlinə bilir. Çoxu düz və oval şəkillidir.Bəziləri çıxıntlı və haçalanmış ola bilir. Daşın rəngi kimyəvi birləşmələrdən asılıdır. Çoxu sarı-qəhvəyi, bəzilərı qaradır.

    Rastgəlmə tezliyi:

    Olduqca sıx görülən bir xəstəlikdir. Kişilərin 10-15%-i, qadınların 5%-də görülür. İlk olaraq 20-30 yaşlarda ortaya çıxır. Xüsusilə kişilərdə, bir dəfə daş yaranmış kişilərin 2/3-də təxmini 9 il içində daş təkrarlanır.

    Böyrək daşları hansı hallarda daha çox görülür?

    Ümumiyyətlə böyrək daşı yaranmasınin səbəbləri aşağıdakılardır:

    Az maye qəbulu
    Qidalanma vərdişi (artıq kalsium və vitamin D qəbulu)
    Genetik faktorlar
    Sidik yolu infeksiyaları
    Böyrəyin quruluş anomaliləri
    İsti iqlim qurşağı
    Bəzi bağırsaq xəstəlikləri və ağır əməliyyatlar
    Sidikdə normadan artıq kalsium, sistin, oksalat atılımı
    Sidik pH-da dəyişiklik( mühitində)
    Əvvəllər böyrək daşı olanlar
    Sidik yollarında yad cisimlər
    Uzun müddət hərəkətsiz qalma
    Artıq çəki

    Statistika

    Kişilərdə böyrək daşı qadınlara nisbətən daha çox görülür
    Az hərəkət tələb edən iş qruplarında və yataq xəstələrində sidik yollarında daşlar daha çox görülür
    Qaraciyər çatmazlığı, vitamin D çoxluğu kimi bəzi xəstəliklər daş yaranmasını asanlaşdırır
    Daşlar kimyəvi tərkiblərinə, rəng və qırıla bilmək özəlliyinə görə fərqlilik göstərirlər. Ən çox urat və oksalat daşları görülür.Bu daşlar böyrəkdə qala bilər, böyüyə bilir və ya hərəkət edərək sidik axarına və sidik kisəsinə düşə bilir.

    Böyrək daşının əlamətləri nələrdir?

    Xəstəlik əlamətləri daşın yerləşdiyi bölgəyə görə dəyişir. Daş sidik yollarını bütünlüklə tutarsa, klinik daha ağır gedişli olur. Bu tıxanma nəticısində, sidiyin geri yığılması ilə sidik yollarında tez-tez ilihab və ciddi böyrək zədələnmələri yaranır. Belə vəziyyət uzun müddət davam edərsə böyrək iltihabına və ya hidronefroz deyilən böyrək divarının incəlməsi və böyüməsinə səbəb olur. Böyrək daşları hərəkətedib sidik yollarına və sidik kisəsinə düşə bilər.Bu vəziyyətdə böyrək daşı düşdüyü yerdə ciddi zədələnməyə səbəb olur və xəstədə dayanılmaz ağrılara səbəb olur.

    Əsas əlamətləri

    Dözülməz ağrılar,
    Qanlı sidik, Sidikdə qan (gözlə görülə bilən və ya mikroskopik qanlı sidik)
    Ağrı davamlı ya da təkrarlayan ola bilir.
    Əgər daş sidik kisəsində olsa ağrı xüsusilə qarının alt hissəsində hiss edilir.
    Şiddətli ağrı
    Ürəkbulanma və qusma
    Pis iyli sidik ifrazı
    Sidik ifrazı zamanı yanma hissi
    Temperatur və titrəmə (infeksiya varsa)
    Böyrək daşının tipləri

    Kalsium oksalat və kalsium fosfat daşları:

    Bu daşlar bütün daşların 75%-ni təşkil edir
    Kalsium bütün orqanizm üçün önəmli olan bir mineraldır. Sümüklərin və dişlərin əsasını təşkil edir, əzələ yığılması və digər əhəmiyyətli funksiyalarda rol oynayırlar. Qidalarla alınan kalsiumun bədənin ehtiyacı olan hissəsi bağırsaqlardan sorulur, lazım olmayan hissısi isı böyrəklərdən atılır. Bəzi insanlarda kalsium boyrəklərlə atılması artır və kalsium oksalat daşları əmələ gəlir
    Kalsium oksalat daşı yaranmasının 40%-də ailədən keçən (irsi) faktorlara bağlıdır. Bəzilərində proses istifadə olunan dərman preparatları ilə əlaqəli yaranır. Qalxanabənzər ətraf vəzin hiperfunksiyası, yüksək miqdarda vitamin C qəbulu da başqa səbəblərdir
    Sitrat sidikdə kalsium va oksalatın birləşərək kristal yaratmasının qarşısını alan bir maddədir. Sitratın azalması da daşin yaranma səbəbidir
    İnfeksiyalı daşlar:

    Böyrək daşlarının 10-15%-de sidik yolu infeksiyası mövcuddur. Qadınlarda sidik yolu infeksiyasına daha çok rast gəlinir
    Urat daşları:

    Böyrək daşlarının 10%-ni təşkil edir. Bu normal orqanizm metabolizması ilə yaranan bir maddədir. Qanda həll olaraq böyrəyə daşınır və buradan sidiklə atılır. Orqanizmdə mədə- bağırsak sistemi pozulmaları, bəzi dərmanların qəbulu, köklük, çoxlu ət istifadə edilməsi bu tip daşların yaranma səbəblərindəndir
    Sistin daşları:

    Anadangəlmə metabolik pozuntuları olan bəzi insanlarda sidikdə çox miqdarda sistin atılır və bu da yığılaraq daş əmələ gətirir. Bütün daş növləri içində ən nadir görülən tipidir. Müalicəsi digər daşlara görə daha çətindir və belə xəstələrə ömür boyu müşahidə gərəkdir.Böyrək daşlarında pəhriz
    Oksalat daşları zamanı pəhriz

    Məsləhətdir: Heyvani və bitki yağları, yumurta ağı, ət, balıq, quş əti, boyat ağ və qara çörək, tərəvəzlər (xiyar, balqabaq,ağ kələm), meyvələr (turş olmayan alma, armud, ərik, banan, heyva, şaftalı), tərəvəz supları, oksalitin çayı, 2 litrə qədər maye (zəif qələvi mineral sular, şirələr, gicitkən, cökə, gülümbahar dəmləmələri)

    Qadağandır: Tərəvəzlər (quzuqulağı, ispanaq), meyvələr (qara qarağat, çiyələk, limon, portağal, naringi), şokolad, kakao, qəhvə, tünd çay, kalsiun və C vitamini tərkibli mineral sular və preparatlar

    Məhdudlaşdırılır: Xörək duzu, ədviyyatlar, süd və süd məhsulları, tərəvəzlər (badımcan, yerkökü,çuğundur, paxlalılar, soğan, pomidor, bolqar bibəri, cəfəri, göbələk), yağlı ət çeşidləri, qaraciyər.

    Urat daşları zamanı pəhriz

    Məsləhətdir: Qələvi mineral sular, süd və süd məhsulları (pendir, kəsmik), kərə yağı, yumurta, tərəvəzlər (badımcan, bolqar bibəri, kartof, pomidor, cəfəri, dəfnə), yarmalar (buğda yarması, qarabaşaq), qoz, şəkər, şirin meyvələr, limon, uralitin çayı, şirniyyatlar, buğda və çovdar çörəyi, makaron məmulatları.

    Qadağandır: Ət məhsulları (qaraciyər, böyrək, dil, beyin, dana əti, yağlı ət çeşidləri), piylər, qatı ət və balıq bulyonları, qırmızı şərab, pivə, şokolad, kalsium tərkibli mineral sular.

    Məhdudlaşdırılır: Duz, ədviyyat, qəhvə, tünd çay, kakao, dəniz və çay balıqları, paxlalılar, mayalı çörək, tərəvəzlər (quzuqulağı, ispanaq), meyvələr (əncir, moruq).

    Fosfat daşları zamanı pəhriz:

    Məsləhətdir: Çörək və un məmulatları, heyvani və bitki yağları, bütün ət çeşidləri, balıq, yumurta, yarmalar, az miqdarda xama, tərəvəzlər (balqabaq, yaşıl noxud, lobya, göbələk), meyvələr (turş alma sortları, qaragilə, qarağat), açıq dəmli çay, qəhvə, kakao, itburnu dəmləməsi, fosfalitin çayı, şəkər, bal, qənnadı məmulatları.

    Qadağandır: Mayalı çörək, süd və süd məhsulları (kəsmik, pendir, qatıq), tərəvəzlər (kartof, kələm, yerkökü, çuğundur, kabaçki, xiyar, pomidor), meyvə və tərəvəz şirələri, duzlu və hisə verilmiş ət və balıq, piylər.

    Diaqnoz qoymaq üçün gərəkli olan müayinə və testlər:

    Sidik ifrazat sistemin rentgenoqrafisayı
    Ultrasəs müayinəsi (USM)
    Venadaxili Pieloqrafiya—vena daxili verilən maddə ilə sidik yollarının görüntülənməsi
    Kompüter tomoqrafiyası (KT)
    Daşın tipini müəyyən etmək üçün gərəkli olan testlər:

    Daş analizi
    Qan testləri
    24 saatlıq sidik müayinəsi: daş yaranmasında önəmli olduğu bilinən maddələr (kalsium, oksalat,sitrat və s.) və sidik mühitinin (pH) müayinəsi
    Müalicə

    Müalicə daşın tipinə görə dəyişir: əritmə, qırma, cərrahi üsul və müxtəlif vasitələrlə daş düşürmə
    ESWL ( Bədən səthindən şok dalğaları ilə daş qırma)
    Bu müalicə metodunda şok dalğaları bədən səthindən, orqanizmə ziyan etmədən daşa təsir edərək daşın qırılmasını təmin edir.Üsulda daşa birbaşa yönləndilən yüksək enerjili şok dalğası dəri və daxili orqanlara zərər vermədən daş üzərində təsir göstərir. Qırılan daşlar sidik yoluyla bədəndən atılır.
    2sm-dən böyük, sərt və ya böyrəyi bütövlüklə dolduran daşlar üçün bu üsul uyğun deyil
    Uretroskopiya (URS)

    Bu üsul, sidik axarlarinin orta ve aşağı hissəsində olan daşların çıxarılması məqsədilə istifadə edilir. Sidik kanalından sidik kisəsinı, buradan sidik axarına girilərək daşın parcalanması və ya birbaşa çıxarılmasıdır.

    Perkutan nefrolitotomiya (PCNL) (PERKUTAN DAŞ QIRMA)

    noimage

    Hal hazırda ən çox istifadə olunan üsuldur. Xəstənin arxa yan tərəfindən cəmi 1sm. böyüküyündə bir kəsik aparılır. Bu kəsikdən incə alətlər istifadə olunur. Fransa təhsilli tanınmış uroloq cərrah Dr. Araz Bayramov hətta hər iki Böyrək daşlarını eyni anda çıxardır. Mərcanvari Böyrək daşlarının yəni 8 sm dək olan Böyrək daşalrının müalicəsində qızıl standart Perkutan Nefrolitotomiyadır. Bizim təcrübəmizdə 8 sm (80 mm) lik daşların endoskopik çıxarılması 30 dəqiqə ərzində bitir.



    Azərbaycanda ilk dəfə olaraq hər iki tərəfli Böyrək daşlarının eyni anda tam təbii yolla Holmium Lazerlə parçalanması Avropa Uroloqlar Cəmiyyətinin İdarə heyətinin üzvü Dr. Araz Bayramov tərəfindən həyata keçirilib.

    https://www.youtube.com/watch?v=Rzo5XS5Tp-4

    Fransa təhsilli Uroloq Cərrah Op. Dr. Araz Bayramov

    alıntı..
#03.01.2017 23:02 0 0 0