Bakı Nəqliyyat Agentliyi paytaxtın Binə qəsəbəsindən Mərdəkana eyni zamanda Buzovna Zaqulba istiqamətində sürət həddinin aşağı salınması ilə bağlı məlumat yayıb. Agentliyə istinadən xəbər veririk ki, bütün zolaqlar üzrə sürət həddi enidirilərək 60 km/ saat müəyyən edilib. Səbəb qeyd edilən avtomagistralda yolun hərəkət hissəsinin qarla örtülməsidir.
Bakı Nəqliyyat Agentliyi paytaxt yollarına nəzarəti gücləndirib. Mövcud vəziyyətlə bağlı operativ şəkildə məlumat veriləcək.