Xocalı soyqırımı uşaqların gözü ilə” sərgisi İstanbulda

Son güncelleme: 22.02.2017 15:51
  • noimage

    İstanbuldakı “Dəniz” muzeyində “Xocalı soyqırımı uşaqların gözü ilə” mövzusunda rəsm sərgisi açılıb. APA-nın Türkiyə bürosunun məlumatına görə, Azərbaycanın İstanbul baş konsulluğunun təşkil etdiyi sərgidə uşaqların Xocalı soyqırımına həsr olunan 150-dən çox rəsm işi nümayiş etdirilir.



    Sərginin açılışında çıxış edən Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev tarixi perspektivdə cərəyan etmiş hadisələrin xronologiyasına diqqəti cəlb edib: “1905-ci ildə Qarabağda, 1918-də Bakıda və 1992-də Xocalıda Azərbaycan türklərinə qarşı həyata keçirilən soyqırımları bir-birindən ayırmaq olmaz, hamısı erməni separatçı terrorçularının eyni məqsəd üçün həyata keçirdikləri cinayətlərdir. Birinci Dünya müharibəsində üç cəbhədə müharibə aparan Osmanlı imperiyasını arxadan xəncərləyərək cinayətlər törədən ermənilər o əməllərini daha sonra Azərbaycan torpaqlarında davam etdiriblər”. Ermənilərin törətdiyi Xocalı soyqırımının təfərrüatları barədə sərgi iştirakçılarına məlumat verən baş konsul Hacıyev, Xocalı soyqırımını daima gündəmdə saxlayan Türkiyəyə təşəkkür edib.



    Sərgi açılışında çıxış edən İstanbul valisi Vasip Şahin Türkiyə ilə Azərbaycanın ayrılmaz birlik olduğuna diqqəti cəlb edərək, özləri soyqırımı törədənlərin türkləri “soyqırımçı” kimi göstərmə cəhdlərinin heç bir məntiqi əsası olmadığını vurğulayıb. ”Əsalətli millətimizin qurduğu Türkiyə və Azərbaycan dövlətləri bizə atılan hər cür böhtana sinə gərəcəyi kimi əvvəl-axır ermənilərin Xocalıda, Bakıda və Anadoluda türklərə qarşı törətdikləri soyqırımları onlara qəbul etdirəcək”, - deyə vali Şahin sözlərinə əlavə edib.



    “Xocalı soyqırımı uşaqların gözü ilə” adlı rəsm sərgisinin açılışında Türkiyə silahlı qüvvələri Birinci ordusunun komandanı, bəzi xarici ölkələrin baş konsulları, İstanbulun bəzi rayonlarının icra başçıları və bələdiyyə başqanları, alimlər və sənət ustaları iştirak ediblər. Türk mediası sərginin açılışına yaxından maraq göstərib.



    İstanbulun “Dəniz” muzeyində açılan “Xocalı soyqırımı uşaqların gözü ilə” rəsm sərgisindəki tabloları Yedditəpə universitetinin Azərbaycanlı müəllimi, dosent Rafiq Əziz toplayıb.

    noimage

    noimage

    noimage

    noimage

    alıntı..
#22.02.2017 15:51 0 0 0