Ermənistan Müdafiə Nazirliyinin binasına hücum olub

Son güncelleme: 23.02.2017 20:11
  • noimage

    İrəvanda sərxoş vəziyyətdə olan şəxs Ermənistan Müdafiə Nazirliyinə hücum edərək, avtomobilini nazirliyin inzibati binasının darvazasına çırpıb.

    APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, hadisə gecə saatlarında baş verib.

    Növbətçi zabit hadisəni törədən A.Yepremyanın avtomobilinə 8 dəfə atəş açıb. Sərxoş sürücü xəsarət almayıb.

    A. Yepremyan saxlanılıb, faktla bağlı cinayət işi başlanılıb.

    alıntı..
#23.02.2017 20:11 0 0 0