Bel formasına görə geyinmə təklifləri

Son güncelleme: 09.04.2017 21:41
  • noimage

    Belinizin uzun və ya qısa olması paltar seçimini təyin edən mühüm məqamlardır.
    Beli uzun olanlar və qısa olan xanımlar fərqli geyim üslublarına üstünlük verməlidirlər. Əks halda onlar bədən formalarını qüsurlu göstərmiş olarlar. Aile.lent.az beli uzun və qısa olan xanımların diqqətinə bir neçə məqamı çatdırır.

    Belə qısa olanlar necə geyinməlidirlər?

    Əgər bu tip bel formasına sahibsinizsə, bədəniniz aşağı hissəsi daha kiçik görünə bilər. Bu səbəbdən də seçəcəyiniz geyimlərlə bədən formanızı tənzimləməlisiniz. Uzununa xəttli bluzlar geyinmək belinizi bir az da aşağı göstərər. Ancaq burada diqqət yetirməli məqam xətlərin incə olmasıdır.

    Beliniz qısadırsa, kəmər istifadə etmək təklif olunmur. Kəmərə çox ehtiyacınız varsa, paltarınızla eyni rəngdə kəmər seçə bilərsiniz.

    noimage

    Uzun belə sahib olanlar necə geyinməlidir?

    Uzun belə sahib olanların şikayəti ayaqlarının qısa görünməsidir. Yadınızda saxlayın ki, qabarıq paltarlar ayaqlarınızın daha uzun görünməsini təmin edəcək. Köynək seçiminiz qısa və belə oturan olsun. Ayaqqabı seçimində hündürdabana üstünlük verin.

    Uzun belə sahib olanlar belin bir az yuxarısında qalan geyimlər seçməlidirlər. Ancaq bu geyimlər qətiliklə dar olmamalıdır.

    noimage

    noimage

    alıntı.
#09.04.2017 21:41 0 0 0