Makiyajınızı bununla silin

Son güncelleme: 17.04.2017 18:06
  • noimage

    Avokado
    Avokadoyla ən çətin gedən göz laynerləri və maskaralar belə təmizləyir. Eyni zamanda, tərkibindəki Omeqa-3 yağ turşuları və A, D, E vitaminləriylə möhtəşəm bir göz ətrafı kremi də olacaq.

    Hindqozu yağı
    Hindqozu yağı makiyaj təmizləmədə olduqca təsirli vasitədir. Bununla yanaşı, dərini nəmləndirir və istifadəsi çox sadədir. Sadəcə olaraq, pambıqla dərinizə çəkin.

    Zeytun yağı
    Dəriniz qurudursa, zeytun yağı ən yaxşı dostunuz ola bilər.

    Qatıq
    Qatıqda olan faydalı probiotik makiyajınızı təmizləyərkən dərinizi rahatlaşdıracaq. Fermentlər və laktik turşusu isə ölü dəri hüceyrələrini yox edərək, dərinin itirdiyi suyu geri qaytarır. Çətin deyil, pambığı qatığa batırıb dərinizi masaj edin.

    Süd
    Həssas dəriyə sahib olanlar üçün süddən daha yaxşı təbii makiyaj təmizləyicisi ola bilməz. Süddə olan su, yağ və zülalın dəriyə rahatlaşdırıcı təsiri var. Dərinin yenilənməsini təmin edir və nəmini geri qazandırır.

    Uşaq şampunu
    Uşaq şampunları körpələrin həssas dərilərinə uyğun hazırlandığından göz ətrafı üçün olduqca yumşaq bir alternativdir.

    Aloe vera
    Xüsusilə yağlı dərisi olan qadınların seçim edə biləcəyi aloe vera ehtiva etdiyi vitamin, mineral və amin turşuları ilə inadçı makiyajınızı təmizləyər. Bu bitki həmçinin qızartı və şişmiş gözlərə də yaxşı təsir edir.

    alıntı..
#17.04.2017 18:06 0 0 0