Tarkan Formula-1 üçün Bakıya gəlir

Son güncelleme: 21.04.2017 21:47
  • noimage

    Türkiyənin tanınmış müğənnisi Tarkan “Formula -1” Azərbaycan Qran Prisi üçün Bakıya gəlir.

    Lent.az-ın məlumatına görə, Bakıda keçiriləcək növbəti "Formula-1" yarışının ilk günündə, iyunun 23-də Tarkan səhnəyə çıxacaq.

    Bu barədə Baku City Circuit şirkətinin Marketinq və Kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai məlumat verib.

    Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi iyunun 23-25 tarixlərində keçiriləcək. Hazırda yarışa bilet satışı paytaxtın müxtəlif nöqtələrində davam edir. Biletləri həmçinin BŞH-nin rəsmi saytından da əldə etmək olar.

    https://youtu.be/NAHRpEqgcL4


    alıntı....

#21.04.2017 21:47 0 0 0