Temperatur 22 dərəcəyə qalxacaq - Sabah

Son güncelleme: 26.04.2017 14:52
  • noimage

    Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.


    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 6-9°, gündüz 15-20°, Bakıda gecə 6-8°, gündüz 17-19° isti olacaq.

    Rayonlarda hava əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 6-11°, gündüz 17-22°, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaq.


    alıntı..
#26.04.2017 14:52 0 0 0