İtaliyanın rəqs edən milyonçu”su artıq Bakıdadır

Son güncelleme: 06.05.2017 07:13
  • noimage

    Sosial şəbəkədə “rəqs edən milyonçu” kimi məşhurlaşan, 8 milyondan çox izləyicisi olan, videoları sosial şəbəkələrdə rekord sayda izlənilən tanınmış Canluka Vakki artıq Bakıdadır.

    Lent.az-ın “trend”ə istinadən məlumatına görə, öz di-cey (DJ) proqramı ilə Bakı Şopinq Festivalının xüsusi qonağı kimi Bakıya gələn Vakki "Elektra Hall" səhnəsində çıxış edəcək.

    Festival ilk dəfə bu il keçirilir və əsas məqsədi ölkədə turizmin, sahibkarlığın inkişafına nail olmaqdır. Mayın 10-dək davam edən festival zamanı çoxlu sayda əyləncəli tədbirlər – konsertlər, fləşmoblar, modalar, teatr və kino nümayişi, bir çox sürprizlər, uduşlar və hədiyyələr nəzərdə tutulur.

    https://youtu.be/tXee3np4aTE

    alıntı..
#06.05.2017 07:13 0 0 0