Premyer Liqada çempion bəlli oldu - 10-cu dəfə

Son güncelleme: 07.05.2017 15:57
  • noimage

    Ukrayna Premyer Liqasında çempion bəlli olub. Apasport.az saytının məlumatına görə, uzun marafonun qalibi “Şaxtyor” olub.

    Donetsklilər 28 turdan sonra topladıqları 75 xalla “qızıl”ı özləri üçün təmin ediblər. Sona 4 tur qalmış Kiyev “Dinamo”su isə ikinciliyi əldə edib.

    Qeyd edək ki, bu, “şaxtaçılar”ın 10-cu çempionluğudur. Onlar məlum göstəricidə yalnız “Dinamo”dan geri qalırlar. Kiyevlilərin aktivində 15 qızıl medal var.

    alıntı...
#07.05.2017 15:57 0 0 0