Bir il yarımdır ki, Kemal Ekmekçi adlı bəylə sevgili olan türkiyəli aktrisa Gizem Karaca evlilik yolunda ilk addım atıblar.
Lent.az-ın Sozcu.com.tr-yə istinadən verdiyi məlumata görə, cütlük ötən gün nişanlanıb. Onların özəl günündə yalnız ailə üzvləri və yaxın dostları iştirak edib. Aktrisa nişanında: “Ailə qurmağımız üçün yaxşı bir başlanğıc oldu. İndi daha ciddi addımlar atmaq zamanıdır”.