Camala Eurovisiondakı qonorarını ala bilməyib

Son güncelleme: 13.05.2017 15:54
  • noimage


    "Eurovision 2016"nın qalibi Camala "Eurovision 2017"dəki çıxışı üçün nəzərdə tutulan qonorarı ala bilməyib.

    Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə ifaçının prodüseri bildirib. Onun sözlərinə görə, sənətçiyə 985 min qriven (37 min dollar) verilməli idi.

    “Bir milyon qonorar 3 nömrə üçün nəzərdə tutulmuş məbləğdir. Bura daxildir: simfonik orkestr, rəqslərin quruluşu, hər nömrə üçün Camalaya tikilmiş xüsusi geyimlər, bek vokalçılar, hər nömrənin qrafiki. Hazırda bütün bu pulları mən verirəm. Mən verirəmsə, bu, o deməkdir ki, Camala heç bir qəpik də almayıb”.

    Qeyd edək ki, “Eurovision 2017”in ilk yarım finalı mayın 9-da olub. İkinci yarım final bu gün, final isə mayın 13-də olacaq.

    alıntı..
#13.05.2017 15:54 0 0 0
  • Camala Eurovisiondakı qonorarını ala bilməyib Konusuna Benzer Konular
  • Böyle bir şey olamaz.! Hiç alakalı konu bulamadık.