Kıvanç Amerika filmində baş rol oynayacaq

Son güncelleme: 17.06.2017 00:25
  • noimage

    Türkiyənin tanınmış aktyoru Kıvanç Tatlıtuğ Amerikaya yola düşür. Lent.az-ın Gecce.com-a istinadən verdiyi məlumata görə, aktyor Amerikada filmə çəkiləcək. Ötən gün məkanların birindən çıxarkən pərəstişkarları ilə qarşılaşan aktyor Amerikada çəkiləcəyi film barədə danışıb: “Çəkilişlər 1 ay yarım olacaq. Həmin filmdə əsas rolu canlandıracam”.

    Məlumata görə, aktyor bu filmdə oynamaq üçün küllü miqdarda, milyonlarla hesablanacaq qonarar almalıdır. Kıvanç Tatlıtuğ hələ ki, bu pulun məbləği barədə danışmaq istəmir.

    noimage

    noimage

    alıntı..
#17.06.2017 00:25 0 0 0