Millət vəkili yazdı, xalq artisti oxudu - Ana

Son güncelleme: 25.07.2017 22:18
  • noimage

    Xalq artisti Nisə Qasımova "Ana” adlı yeni mahnı oxuyub.

    Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, bəstənin musiqisi Sevinc Tofiqqızına, sözləri millət vəkili Qənirə Paşayevaya məxsusdur.

    N.Qasımova açıqlamasında yeni işi ilə bağlı fikrini bölüşüb:

    “Sevinc Tofiqqızının mahnılarını dinləyir, bəyənirdim. Eyni zamanda da Qənirə Paşayevanın şeirini öz dilindən eşitmək dünyama təsir etdi. Ana haqqında olan şeirlər, mahnılar şah əsəridir. Biz üçümüz səmimi görüş keçirdik, Qənirə xanım şeirini dedi. “Ana” şeirini çox bəyəndim. Dedim ki, bu, mənlikdir. Dərin fəlsəfəsi var. Çoxdandır “Ana” haqqında mahnı istəyirdim. Amma xoşuma gələni olmurdu. Oxudum, amma hələ də öz ifam ürəyimcə deyil".

    S.Tofiqqızı N.Qasımovaya bəstəsini səsləndirdiyi üçün təşəkkür edib.


    https://www.youtube.com/watch?v=lKo0P4cDZ-I

    alıntı..
#25.07.2017 22:18 0 0 0