Kreml 755 amerikalı diplomatı ölkədən qovur

Son güncelleme: 31.07.2017 20:03
  • noimage

    ABŞ-ın Rusiyadakı diplomatik missiyalarının 755 əməkdaşı Rusiyanı tərk etməli olacaq.

    APA-nın “Vesti.ru”-ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.

    “ABŞ-ın Rusiyadakı diplomatik missiyalarının 755 əməkdaşı ölkəni tərk etməli olacaq. Beləliklə, Rusiyada fəaliyyət göstərən ABŞ diplomatlarının və texniki personalının sayı ABŞ-dakı Rusiya diplomatları və texniki personalının sayına uyğunlaşdırılacaq. Hər tərəfdən 455 nəfər”, deyə V.Putin bildirib.

    Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatı bu həftə Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyalar haqqında qanun qəbul edib.

    https://youtu.be/nhRp7Ydm5qY

    alıntı..
#31.07.2017 20:03 0 0 0