Toxluq qan şekeri

Son güncelleme: 04.06.2021 12:37
  • Acqarına və toxluq şəkərinin norması neçə olmalıdır? - Təhlükəli hədd

    Qanda şəkərin miqdarı orqanizmin sağlamlıq vəziyyətinin əsas göstəricisidir. Hazırda diabet ildən ilə ikiqat sürətlə artdığından hər kəs ildə bir neçə dəfə acqarına və yedikdən sonra qanda şəkərini ölçdürməli və rəqəmlərin normadan yuxarı olmasına diqqət yetirməlidir.

    Qanda şəkəri özünüz evdə aparatla barmaqdan qanla ölçə bilərvə ya klinikada 2 dəfə: aclıq və toxluq şəkərinin ölçülməsi üçün venadan analiz verməlisiz.

    Day.Az medicina.az-a istinadən bildirir ki, endokrinoloqlar şəkərin normalarını belə qəbul edir.

    Normada analiz 3,5 - 5,5 mmol/l olmalıdır.

    Qlükometrlərdə bəzən rəqəmlər üçrəqəmli olur. Yəni rəqəm 90-110 arası ola bilər.

    Düzgün analiz üçün səhər acqarına - sonuncu yemək və içmək 8-10 saat əvvəldən dayandırılmaq şərtilə verilir. İstər qlükometrlə barmaqdan, istər klinikada venadan. Bu zaman norma 5,5-6,0 mmol olmalıdır. Bundan yuxarı rəqəm artıq diabet və ən yaxşı halda preddiabet deməkdir.

    Toxluq - yəni yedikdən sonra şəkər 6,5- 7,5 I keçə bilər. Amma bu da çox yüksək olmamalıdır

    Qanda şəkər yüksələndə susuzluq, bel, çanaqda ağrı, damar sıxılması, gərginlik, aşağı təzyiq olur.

    Diabeti vaxtında aşkarlamaq üçün ildə 2 dəfə venadan aclıq və toxluq şəkəri, həmlinin insulin dirənçi adlanan analiz verilməlidir.

    Aclıq Toxluq Qan Şəkəri Neçə Olmalıdır
#04.06.2021 12:37 4 0 0