Dahilərdən həyatı dəyişdirə biləcək sözlər! Özdeyiş, vecize, aforizma ya da özlü söz; düşünce, duygu ya da ilkeleri kısa ve öz bir biçimde anlatan sözlerdir. Kimi zaman motto, kelamıkibar ve ülger olarak da anılırlar. Özdeyişlerin söyleyeni genellikle bellidir; ancak bazı sloganlaşmış özdeyişlerin kim tarafından yaratıldığı bilinmeyebilir.
Əsl riyaziyyatçı bir qədər də şair olmalıdır. (K. Veyerştras)
Riyaziyyatı «qonşunu seyr edir» kimi öyrənmək olmaz. (A.Huven)
Yer üzünün ən məsum məşğuliyyəti riyaziyyatdır. (M.K. Atatürk)
Riyaziyyat öz qalasının qapısını yalnız güclü və cəsarətli insanlara açır. (A.P. Konforoviç)
Riyaziyyat elmlərin həm şahı, həm də xidmətçisidir. (E.T. Bell)
Riyaziyyat- əqlin gimnastikasıdır. (A.V. Suvorov)
Bu məqaləmizdə ən təsirli aforizmləri bir araya gətirmişik. Sosial şəbəkələrdə paylaşa biləcəyiniz aforizmləri sizə təqdim edirik.
Aforizm yazılı şəkilləri telefonunuza yükləyə bilərsiniz və whatsapp statusda, instagram story-də paylaşa bilərsiniz. Bu zamana kimi deyilmiş ən gözəl sözlər və aforizmləri bir yerə toplamışıq.
Ən gözəl 10 aforizmlər
Sən mənim heç nəyimsən, xarici mahnı ximi yarımsan, yağışlı ağac kimi islaqsan. Bilmirəm, kimsən, nəsən. (Atilla İlhan)
Hər şey nəyəlayiqdirsə ona dönər. (Mövlana)
Ən yaxşısı, gəlin sevinməyi öyrənək; beləcə başqalarına ağrı verməyi və ağrıları düşünməyi unudarıq. (Fridrix Nitzşe)
Dərdi dünya olanın dünya boyda dərdi olar. (Yunus Əmrə)
Mənə kapitalist göstər, mən də sənə vampir göstərim. (Malcom X)
Bir qadın səninlə danışarkən danışdıqlarını gözlərinlə birlikdə dinlə. (Viktor Hüqo)
Həyatın ən gözəl anı hər şeydən vaz keçdiyində səni həyata bağlayan birinin olduğunu düşündüyün andır. (Balzak)
Yaxşılar itirməz, amma itirilər. (Peyami Safa)
Görməzdən gəlin, səs etməyin, cavab verməyin. Səssizlik hər kəsi məhv edər.
Sən məni itirməyi gözə almısansa, mən səni silməkdən şərəf duyuram.
Dahilərdən müdrik aforizmlər
Napoleon Bonapart
İnsanlar rəqəmlərə bənzər, vəziyyətlərinə görə dəyər qazanarlar.
Sokrates
Optimist bir insan ayaqqabıları oğurlanınca «ayaqlarım var » dəyə bilən insandır.
Sofokles
Bizi heyatın ağır yükündən və iztirabından qurtaran tək söz sevgidir.
Oscar Wilde
Kişilər qadınların ilk eşqi, qadınlar kişilərin son eşqi olmaq istər.
Dekart
Ağıllı olmaq da bir şey deyil, mühüm olan o ağılı yerində istifadə etməkdir.
Təsirli aforizmlər 2022
Özünüzü başqalarına anlatmağınıza gərək yoxdur. Hər kəs pasportunu cibində, şəxsiyyətini ürəyində daşıyır.
Qulluq göstərə bilməyəcəyin insanı ürəyinə qonaq çağırma.
Aforizm yazılı şəkil
Möhtac ikən nələrisə verə bilən insandan daha varlısını görmədim.
Gözəl görünən hər kəs bir gün yaşlanacaq. Yaxşı insanlar isə qocalsalar da, yaxşı olaraq qalacaqlar.
Əlli yaşdan sonra hərfləri seçməyə çətinlik çəkirsən, amma fırıldağı uzaqdan da başa düşürsən.
Əsl möcüzə buluddadır, amma hamı yağışa şeir yazır.
Yanında olduğum zaman dəyərimi bilməzsən. Dəyərimi bildiyin zaman məni yanında tapmarsan.
Çətin sınaqlar güclü insanları yetişdirir.
Ən yaxşı intiqam düşməniniz kimi davranmamaqdır. (Marcus Aurelius)
Başını aslanın ağzına salarsan, bir gün onu qoparsa şikayət edə bilmərsən. (Aqata Kristi)
Ümid, xoşbəxtlikdən alınmış borcdur. (Joseph Joubert)
Köynəyin ilk düyməsi səhv bağlandıqda digərləri də səhv gələr. (C. Bruno)
Xoşdur mənə səndən gələn. Ya qönçə gül, ya da tikan. Ya həyatdır, ya da tikan. Narın da xoş, nurun da xoş. Qəzəbin də xoş, lütfün də xoş.
Bir bağçaya girə bilməsən durub seyran eləmə. Bir könül qura bilməsən yıxıb viran eləmə.
Yunus Emre aforizm
Eşq aforizmləri
Allahla arandakı pərdədir. O pərdəni oda at ki, Allah görünsün.
Ağlıma gəlmək asandır. Əsas odur yanıma gələsən...
Məni söylədiklərimdə axtarma. Mən söyləmədiklərimdə gizliyəm. Görmədiyin nəhəng dərya könlümdür, gördüyün sahilsə dilim. Qayalarıma çırpılan dalğalarıma heyrət etmə. Məni Məcnundan, Leylidən soruşma. Mən yalnız Mövladan bir izəm.
Eşq günəş kimidir, kor belə hiss edər.
Eşq aforizmləri
Eşq haqq edənlərin xəyalı, haqq etməyənlərin oyuncağıdır.
Eşq bitdikdən sonra dost qalmaq istəyənlər, gülə başqa ad versən qoxusu dəyişəcəkmi?
Mən utancaq bir qəlb daşıyıram gecədən... Sənə aşiq olduğumu ölsəm də deyə bilmərə. (Özdemir Asaf)
Eşq gözlə deyil, ruhla görür.
İkimizin də xəyalı eynidirsə, ortaq bir yerdə görüşməyin vaxtı çatıb. Məsələn, sən və mən eyni həyatda?!
Sel istər bulanıq olsun, istər duru, madam ki, müvəqqətidir, onu müzakirə edib vaxt itirmə. Dünya malı selə bənzəyir.
Eşq xatırlamalarla yaşayar, ümidlərlə sona çatar. (Refik Halit Karay)
Gözümdə heç bir dəyərin yoxdur, nə varsa qəlbimdədir.
Eşq dostluğu, dostluq eşqi məhv edir. (La Bruyere)
Gülüşünü sevərsən, səsini sevərsən, söhbətini sevərsən. Sevmək üçün üzünü görmək şərt deyil. Ürəyində duruşunu sevərsən.
mənalı aforizmlər yeni
Qəlbindəkiləri məndən gizlətmə ki, mənim qəlbimdəkilər də ortaya çıxsın.
Eşq iki nəfərlik eqoistlikdir. (Antonine de Salle)
Eşq yaralı olarkən əsla tapa bilməyəcəyiniz qan qrupudur.
Ağlını başına yığ, fani olan bu dünyada heç kimdə vəfa axtarma. Bu dünyanın vəfası belə vəfasızdır.
Eşq kainatın memarıdır. (Herodot)
Uğurla bağlı aforizmlər
Həyat pilləkənlərinə qalxarkən insanlarla yaxşı rəftar edək, çünki enərkən yenə həmin insanlarla rastlaşacağıq. (Cənab Şahabettin)
Həyatda uğurlu olanlar özlərinə lazım olan məlumatları öyrənməkdə geri qalmazlar və hadisələrin səbəblərini həmişə araşdırarlar. (Kiplinq)
İnsan sahib olduqlarının cəmi deyil, hələ ki, həyata keçirmədiklərinin cəmidir. (Jan Pol Sartr)
Hər dövrün atası düşüncədir.
Harada olursunuz olun, əlinizdə olanlarla edə biləcəklərinizi edin. (Aleks Morrison)
Lazım olanı et və gücə sahib ol. (Emerson)
Ya başlamamalı, ya da bitirməli. (Ovidius)
Yaxşı düşünmək yaxşıdır, yaxşı hərəkət etmək daha yaxşıdır.
Fəlsəfi aforizmlər
Faydasız həyat erkən ölümdür. (Volfqanq Göte)
Bir problemi həll etməyin ən yaxşı yolu səbəbi məhv etməkdir. (Martin Lüter Kinq)
Yox etmə ehtiyacının əsas səbəbi insan olmaqdır, çünki insan olmaq nəsnə olmağı aşmaq anlamına gəlir. (E. Fromm)
Cahan bir ovuc palçıq, könül də onun məhsulu. Cahanın bütün müşkülü bir qətrə qandan başqa bir şey olmayan könüldən fışqırır. Biz biri iki kimi görürük, ona görə hər kəsin cahanı öz könlü içindədir. (Muhammed İkbal)
Ağılsızlar ən zərərli oğrulardır. Vaxtınızı və kefinizi oğurlayırlar.
Tolerantlıq sözü mənim xoşuma gəlmir, lakin mən bundan yaxsı söz tanımıram (Mahatma Qandı)
Əgər bir yerdə kiçik insanların kölgəsi böyüyürsə, demək o yerdə Günəş batır. (Konfutsi)
Haqqı hər zaman müdafiə et, anlayan olmasa belə vicdanına hesab verməkdən xilas olarsan. (Herbert Uels)
Hər bir gözəllikdə pislik axtaranlar korlanmış insanlardır, bu günahdır. Hər bir gözəllikdə onun yüksək mənasını görənlər mədəni insanlardır, əsl insan isə gözəllikdə elə gözəlliyi görməyi bacaranlardır. (Oskar Uayld)
Azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığa çevrilir. (M.Qandi)
Yumor-zarafat arxasında gizlənən ciddilikdir. (P.E.Veys)
Kişilər sevişmək, qadınlar isə məhəbbət arzusundadır. (Z.Freyd)
Amma sonda hamısı eyni işlə məşğuldur. (Sari Qabor)
Aşiq olarkən insan ağlını itirir və yalnız evləndikdən sonra bu itkini hiss edir. (Safir Moriç)
Qadin çox şey istəyir,amma birindən. Kişi bir şey istəyir, amma çoxundan. (Konstantin Melaxin)
Necə ər istəyirsən kasıb, yoxsa varlı? Kasıba ərə gedəcəksən, ərindən başqa heç nəyin olmayacaq. Varlıya ərə gedəcəksən, ərindən başqa hər şeyin olacaq. (Konstantin Melaxin)
Sənin qəbahətlərini üzünə deyən düşmən, bunları gizlədən dostdan yaxşıdır. (Sokrat)
Yaxşı geyinmiş axmaq məclisdə ağzını açana qədər parlayacaq. (Qədim Hind aforizmi)
Hünərsiz ağıl qadınlara, ağılsız hünər heyvanlara xasdır. (Qədim Hind aforizmi)
Mübarizəsiz həyat olduqca cansıxıcıdır. (M.Y.Lermentov)
Mənə elə dost lazım deyil ki, hər şeydə mənimlə razılaşsın, mən başımı əyəndə o da əysin, ona qalsa mənim kölgəmdə dostdur. (Plutarx)
Sözün qədrini bilməyən zəif düşüncəli adam adətən çox danışar. (Ş.Montyeske)
Arxanca danışırlarsa deməli sən qabaqdasan. (Çin atalar sözü)
Bu qısa ömrü əbədi həyatmış kimi yaşamaq lazımdır. (Çin atalar sözü)
Həyat hərəkət deməkdir, su da axmayanda iylənir. (Aristotel)
Həyat beşiklə məzar arasında sınaq müddətidir. (O.Balzak)
Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır. (A.Barbüs)
Mən həyatın mənasını yorulmadan işləməkdə və çətinliklərlə döyüşməkdə görürəm. (A.Bek)
Hər gün insan üçün yeni bir həyatdır. (R.Beyker)
Bir gün ürəyincə yaşamaq yüz il sürünə sürünə yaşamaqdan yaxşıdır. (Ş.Bodler)
Həyat yuxuda da öz sonuna doğru gedir. (A.Bule)
Dünya hamıya çatacaq qədər böyükdür. Başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş. (Ç.Çaplin)
Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilər. (A.Dante)
Başqalarının həyatından dərs almağı bacaran insan xoşbəxtdir. (T.Fontane)
Dünyada üç fəlakət var: yanğın, qadın, dəniz. (Ezop)
Bu gözəl həyat təkcə bizim deyil. Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik. (Z.Freyd)
Dünyada xeyir iş görməyən insan əbəs yerə yaşayır. (C.Fuller)
Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki zəhər. (M.Gəncəvi)
Ömrün müddəti deyil, bu ömrü necə yaşadığın əhəmiyyətlidir. (H.Holley)
Faydasız həyat – vaxtsız ölümə bərabərdir. (İ.Höte)
Namusla yaşamaq üçün insan öz səhvlərini görüb düzəltməlidir. (V.İrvinq)
Dünyaya ağlaya-ağlaya gəlirik deyə ömür boyu ağlamayacağıq ki! (A.Kapus)
Özümüz istəməsək, heç kəs həyatımıza təsir edə bilməz. (D.Karnegi)
Həyatdan zövq almaq üçün qarşıda bir məqsəd olmalıdır. (Ç.Kolton)
Həyat əvvəldən axıradək öyrənməkdir. (J.Labrüer)
İnsanın həyatinda cəmi üç böyük hadisə var: doğulmaq, yaşamaq və ölmək. O necə doğulduğunu hiss etmir, insan kimi yaşamağı unudur və əzablar içində ölür. (J.Labrüer)
Yalnız yaşamaq deyil, yaşatmaq da vacibdir. (Menandr)
Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən – həyatın məqsədi məhz budur. (C.Məmmədquluzadə)
Əsl qəhrəmanlıq həyatda mübarizə aparıb qalib gəlməkdir. (Napoleon)
Həyat şərtləri çətindir, ancaq bu barədə çox düşünsən, bədbinləşə bilərsən. (F.Nitsşe)
Həyatda vaxt öldürmək özünü öldürmək deməkdir. (C.Pekk)
Mən əminəm ki, biz həyata əylənmək üçün deyil, öyrənmək üçün gəlmişik. (C.Robertson)
Həyat nə tamaşa, nə də bayramdır. Həyat çətin bir imtahandır. (C.Santayana)
İnsanı həyata bağlayan onun gözəl cəhətləridir. (Sokrat)
Müdrik insan ölüm haqqında deyil, həyat haqqında düşünməlidir. (B.Spinoza)
Həyat avtomobil idarə etmək kimi bir şeydir – nə qədər diqqətli və təcrübəli olsan da, qəzaya uğramaq ehtimalı həmişə var. (A.L.Stal)
Görmək və hiss etmək mövcud olmaq, düşünmək isə yaşamaq deməkdir. (U.Şekspir)
Dünyada dörd cür insan var: aşiqlər, özünə vurğunlar, xəyalpərəstlər və dəlilər. (İ.Ten)
Şərəfli ölüm şərəfsiz həyatdan yaxşıdır. (Q.Təbrizi)
Həyatın ən gözəl cəhəti insanın özünü tanımasıdır. Ancaq bunun nəticəsində bədbəxt olmaq da mümkündür. (L.Tolstoy)
Kişilər həyatı çox tez, qadınlar isə çox gec dərk edirlər. (O.Uayld)
Başqalarının halına yana bilən insan yaşamağa layiqdir. (Van Qoq)
Həyatın iki faciəsi var: biri arzumuza çata bilməmək, digəri isə istədiyimizi əldə etməkdir. (C.Vatson)
Maddi və mənəvi problemləri özünə dərd eləməyən insanın həyatı xoş keçər. (F.Volter)
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir. (F.Volter)
Böyük işlər görmək üçün elə yaşamalısan ki, sanki heç vaxt ölməyəcəksən. (L.Vovenarq)
Fəlsəfi aforizm
Cəsarət də eşq kimi ümidlə bəslənir. (Napaleon Bonopart)
İnsan beyni dəyirman daşına bənzəyir. İçınə nəsə atmasanız, özü özünü üyüdəcək. (İbn-i Haldun)
İnsan vardır ki söylədiyi sözlərlə böyüyər, söz vardır ki, söyləyən insan üzündən böyük görünər. - Naməlum.
Söz böyük şeydir. Ona görə böyükdür ki, sözlə insanları birləşdirmək də olar, ayırmaq da, sözlə məhəbbət də qazanmaq olar ədavət və düşmənçilik də.- Tolstoy
Günəş ölkələri aydınladır, sözlər milləti... - Cəmil Meriç
Söz sədəfdir, fikir – mirvari. - Əbu Turxan.
Sözün qanadları var, quş kimi incə-incə,
Dünyada söz olmasa, nəyə gərək düşüncə.- Nizami Gəncəvi