Desəm öldürəllər, deməsəm ölləm

Son güncelleme:
  • Zelimxan Yaqub şeirleri - Desəm öldüreller, demesem öllem şeirin oxu


    Birimiz dan yeri,Birimiz gurub,
    Fikirlər,gayğılar beynimi yorub,
    Bir gül gönçəsini soyunub durub,
    Dərsəm öldürəllər,dərməsəm ölləm.

    Ağlım kəsilibdir hissimə qənim,
    Deyir buludlardan torpağa enim,
    Könlüm bir gözəl istəyir mənim,
    Versəm öldürəllər,Verməsəm ölləm.

    Içimi bir şübhə doğrayır,yeyir,
    Tereddüd fikrimi min yerə əyir
    Bir çəmən çağırır:Buyur,gəl” deyir,
    Girsəm öldurəllər,Girməsəm ölləm.

    Bükürdü boynunu yenə benövşə.
    Bir həmdərd yoxdu ki,Adam bölüşə,
    Yetişib budağı eyir güleyşə,
    Yesəm öldürəllər,Yeməsəm ölləm.

    Xumardan alışıb Bir üz göynəyir,
    Peşiman qayıdan bir iz göynəyir,
    Dilimin ucunda bir söz göynəyir,
    Desəm öldürəllər,deməsəm ölləm

    Zəlimxan Yaqub

0 0 0