Səni Dilim - Dilim Olasan

Son güncelleme:
  • dil - ana dili - dil haqqında şeirVəfasın görmədim ilk baharımın
    Qırıldı məhəbbət simi tarımın.
    Nə sözüm xətrinə dəyib yarımın
    Səni dilim dilim olasan, dilim!

    Yüklədin qəlbimə ağrılı qaya
    Aldın dildarımın könlünü guya.
    Atıldın hey yerli - yersiz ortaya
    Səni dilim dilim olasan, dilim!

    Sanma ki, sən mənə arxa, dirəksən
    Əsla yox, başıma daim kələksən.
    Yoxsa şirinliyin nəyə gərəksən
    Səni dilim dilim olasan, dilim!

    Məhəbbət yoluma duman, çən oldun
    Kədər çiçəyinə sən çəmən oldun.
    Bütün ümidləri qıran sən oldun
    Səni dilim dilim olasan, dilim!

    Günahın özünə qoy bəyan olsun
    Sən imkan vermədin yarım şən olsun.
    Utan, öl, yerə gir, bir həyan olsun
    Səni dilim dilim olasan, dilim!

    Söylə bir, bu yolla hara gedirsən?
    Özün də bilmirsəm ki, nə deyirsən.
    Məni yar yanında rüsvay edirsən
    Səni dilim dilim olasan, dilim!

    Son vaxtlar lap tamam keyləmisən sən
    Başa düşürsənmi neyləmisən sən?
    Əfqanı yarından eyləmisən sən
    Səni dilim dilim olasan, dilim!

    alıntı
0 0 0
```[cite: 10]