Tarixi xronologiya - 6

Son güncelleme:
  • 1919, iyun - Ərazi bütövlüyünü birgə qorumaq haqqında Azərbaycan Gürcüstan Hərbi Müdafiə Aktının imzalanması
    1919, 11 avqust - Cümhuriyyət Parlamentinin Azərbaycan vətəndaşlığı haqqında qanunu qəbul etməsi
    1919, 24 avqust - İngilislərin Bakını tərk etməsi
    1919, 28 avqust - Azərbaycan Dövlət Bankının yaradılması haqqında qanunun qəbul edilməsi
    1919, 23 noyabr - Tiflisdə Azərbaycan və Ermənistan tərəfdarları arasında baş verən bütün münaqişələrə son qoyulmasını və sərhəd məsələsinin sülh yolu ilə həll edilməsini nəzərdə tutan müqavilənin imzalanması
    1920, 11 yanvar - Paris Sülh Konfransında Antanta Ali Şurasının Azərbaycanın müstəqilliyini de-fakto tanıması
    1920, 11-12 fevral - Bakıda fəhlə klubu binasında Azərbaycan kommunistlərinin I qurultayı.
    1920, 24 aprel - RK (b)P Qafqaz Ölkə Komitəsi, AK(b)P MK və BK partiya təşkilatlarını hərbi vəziyyətdə elan edirlər.
    1920, 20 mart - Azərbaycan-İran müqaviləsinin bağlanması. Bu müqaviləyə əsasən Azərbaycanın İran tərəfindən de-yure tanınması
    1920, 23 mart - Azərbaycan və Gürcüstan arasında ticarət müqaviləsinin imzalanması
    1920, 27-28 aprel - XI Qızıl Ordunun hissələri rəsmi elan etmədən Azərbaycanın şimal sərhədlərini keçdilər, həmin gün axşam saat 11 -də Parlamentə ultimatum təqdim edildi, hakimiyyətin Azərbaycan kommunistlərinə verilməsi haqqında qərar imzalandı, 28 apreldə XI Qızıl Ordunun zirehli qatarları Bakını işğal etdi.
    1920, 28 aprel - Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin iclasında Azərbaycan SSR Xalq Komissarları Sovetinin birinci heyəti təşkil edildi.
    1920, 28 aprel - mayın əvvəlləri - Qəza inqilab komitələrinin təşkili.
    1920, 30 aprel - Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin və Azərbaycan K (b)P MK-nın orqanı "Kommunist" qəzetinin ilk sayının çap edilməsi.
    1920, 30 aprel - XI Qızıl Ordu hissələrinin Şamaxı və Salyanı işğal etməsi.
    1920, 3,4 may - XI Qızıl Ordu hissələrinin Lənkəranı və Astaranı işğal etməsi.
    1920, 5 may - Azərbaycan İnqilab Komitəsinin xanların, bəylərin, mülkədarların, həmçinin monastırların, kilsələrin, məscidlərin bütün torpaqlarının, vəqf yerlərinin müsadirə edilib kəndlilərə paylanması haqqında dekret verməsi.
    1920, 7 may - Azərbaycan İnqilab Komitəsinin Azərbaycan SSR-in Qızıl Ordu və Qızıl Donanmasının təşkili haqqında dekret verməsi.
    1920, 11 may - XI Qızıl Ordu hissələrinin Zaqatalaya soxulması.
    1920, 12 may - Azərbaycan İnqilab Komitəsinin xalq məhkəmələrinin təşkili haqqında dekreti.
    1920, 12 may - Azərbaycan Daxili İşlər Komissarlığının Azərbaycanda hər cür zümrə, təbəqə və vətəndaş rütbələrinin, mənsəblərinin ləğvi haqqında dekreti.
    1920, 12 may - XI Qızıl Ordu hissələrinin Şuşanı işğal etməsi.
    1920, 16 may - N. Nərimanovun Moskvadan Bakıya gəlməsi.
    1920, 24 may - Azərbaycan İnqilab Komitəsinin neft sənayesinin milliləşdirilməsi haqqında dekreti.
    1920, 25-31 may - Gəncədə sovet hakimiyyəti əleyhinə üsyan.
    1920, 27 may - Azərbaycan Fəhlə-Kəndli Müdafiə Şurasının təşkili.
    1920, iyun - teatrların milliləşdirilməsi haqqında dekret. Azərbaycan Dövlət Teatrıının yaradılması
    1920, 5-15 iyun - Nuru paşa və polkovnik Zeynalovun başçılığı ilə Şuşada sovet hakimiyyəti əleyhinə üsyan.
    1920, 6 iyun - Azərbaycan İnqilab Komitəsinin Xəzər ticarət donanmasının milliləşdirilməsi haqqında dekreti.
    1920, 9-20 iyun - Zaqatalada sovet hakimiyyəti əleyhinə üsyan.
    1920, 11 iyun - Azərbaycan İnqilab Komitəsinin bankların milliləşdirilməsi haqqında dekreti.
    1920, 19 iyun - Fətəli Xan Xoyskinin muzdlu erməni qatilinin əli ilə Tiflisdə qətlə yetirilməsi.
    1920, 16-19 iyul - Azərbaycan Kommunist Gənclər İttifaqının birinci qurultayı.
    1920, 28 iyul - XI Qızıl Ordunun birinci Qafqaz polku Naxçıvana daxil oldu və sovet hakimiyyəti elan edildi.
    1920, 1-7 sentyabr - Bakıda Şərq xalqlarının birinci qurultayı.
    1920, 20 sentyabr - Təbrizdə ingilis imperalistləri və şah istibdadı əleyhinə 1920-ci il aprelin 7-də M. Xiyabaninin rəhbərliyi altında başlanmış üsyanın yatırılması. M. Xiyabaninin qətli.
    1920, 23 sentyabr - Azərbaycan İnqilab Komitəsinin kənd yoxsul komitələrinin təşkili haqqında dekreti.
    1920, 30 sentyabr - Moskvada RSFSR ilə Azərbaycan SSR arasında hərbi iqtisadi ittifaq haqqında müqavilə bağlanması.
    1920, 1-10 noyabr 1920-ci ilin yayında - XI Qızıl Ordunun xüsusi şöbəsi tərəfindən həbs edilmiş M. Ə. Rəsulzadənin İ. V. Stalinin göstərişi ilə həbsdən azad edilməsi və İ.V.Stalinlə bir qatarda Bakıdan Moskvaya aparılması.
    1920, 15 dekabr - Azərbaycan İnqilab Komitəsinin "Vahid dövlət arxiv fondunun təşkili və Xalq Maarif Komissarlığı yanında Mərkəzi Dövlət Arxivinin yaradılması haqqında" dekreti.
    1921, yanvar - Bakıda Azərbaycan Politexnik İnstitutunun açılması.
    1921, yanvar - Azərbaycan Dövlət Arxivinin fəaliyyətə başlaması.
    1921, 11-18 fevral - Azərbaycan Kommunist (b) Partiyasının III qurultayı.
    1921, 16 mart - RSFSR və Türkiyə Respublikası arasında dostluq müqaviləsinin imzalanması.
    1921, 19 may - I Ümumazərbaycan Sovetlər qurultayında Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi.
    1921, iyul - Azərbaycan SSR XKS-nin Bakıda birinci kişi pedaqoji institutunun yaradılması haqqında dekreti.
    1921, 26 avqust - Azərbaycan SSR XKS-nin Konservatoriyanın təşkili haqqında dekreti.
    1921, sentyabr - Azərb. K(b)P MK və Azərb. SSR XKS-nin Azneftkomun müstəqil Azərneft trestinə çevrilməsi haqqında qərar qəbul etməsi.
    1921, 13 oktyabr - Qars şəhərində RSFSR-in iştirakı ilə Azərbaycan, Ermənistan və Gürcüstan Sovet Sosialist Respublikaları ilə Türkiyə arasında müqavilə imzalanması.
    1921, noyabr - Bakıda Ali qadın pedaqoji institutunun açılması.
    1922, 17 yanvar - Azərbaycan Dövlət Dram Teatrının təntənəli açılış gecəsi.
    1922, 25 yanvar - Naxçıvan MSSR-in I Sovetlər qurultayının açılması.
    1922, 27 yanvar - Azərbaycan Kommunist (b) Partiyasının IV qurultayı.
    1922, 12 mart - Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqının (ZSSRFİ) təşkili.
    1922, 28 aprel - 3 may - II Ümumazərbaycan Sovetlər qurultayı.
    1922, 20 oktyabr - Azərbaycan SSR MİK-nın latın əlifbasının əski əlifba ilə bərabər hüquqa malik olması haqqında dekreti.
    1922, 2 noyabr - C. Məmmədquluzadənin redaktorluğu ilə nəşrini davam etdirən "Molla Nəsrəddin" satirik jurnalının Bakıda buraxılan ilk sayı çapdan çıxmışdır.
    1922, 7 noyabr - Bakıda böyük satirik M. Ə. Sabirin abidəsinin təntənəli açılışı.
    1922, 13 dekabr - I Zaqafqaziya Sovetlər qurultayında ZSFSR Konstitusiyasının qəbulu, Zaqafqaziya Sovet Sosialist Federativ İttifaqının Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası şəklində yenidən təşkil edilməsi.
    1922, 30 dekabr – SSRİ I Sovetlər qurultayı. Sovet Sosialist Respublikaları İttifaqının təşkili.
    1923, 12-15 mart - AK (b)P V qurultayı.
    1924, 18 mart - Azərbaycan XKS və MİK-nın "Azərbaycan SSR əhalisi içərisində savadsızlığın ləğvi haqqında" qərarı.
    1923, aprel - "İliç buxtası" neft mədəninin əsasının qoyulması.
    1923, 23 may - Azərbaycan Mərkəzi Dövlət kitabxanasının təntənəli açılışı.
    1923, iyun - Azərbaycan Arxeologiya Komitəsi təşkil olundu.
    1923, 7 iyul - Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkili.
    1923, 20 oktyabr - Azərbaycan MİK "Yeni Azərbaycan əlifbasının dövlət əlifbası kimi tanınması haqqında" dekret qəbul etdi.
    1923, 2 noyabr - Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin əsasının qoyulması.
    1923, noyabr - "Şərq qadını" (indiki “Azərbaycan qadını") adlı ədəbi, ictimai, siyasi jurnalın nəşrə başlaması.
    1924, 3 fevral - Bakıda tramvay nəqliyyatının işə salınması.
    1924, 9 fevral - Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (Nax. MSSR) təşkil edilməsi.
    1924 mart - Xalq Maarif Komissarlığı "Qədim abidələrin qeydə alınması və onların mühafizəsi" haqqında qərar qəbul etdi.
    1924, 5-9 may - AK (b)P VI qurultayı.
    1924, 17 iyul - "Rədd olsun savadsızlıq" cəmiyyəti şöbəsinin Azərbaycanda təşkili.
    1924, 6 oktyabr - Azərbaycan kənd təsərrüfatı kooperasiyası ittifaqının - "Göybirliyi"nin təşkili.
    1925, 10-16 mart - IV Azərbaycan Sovetlər qurultayı.
    1925,19 mart - N. Nərimanovun Moskvada vəfatı.
    1926, 3 fevral - Azərbaycan SSR-in sənayeləşdirilməsi üzrə komissiya yaradılması.
    1926, 25 fevral 5 mart - Bakıda I Ümumittifaq türkoloji qurultayı.
    1926, 6 iyul - Bakını Balaxanı - Sabunçu rayonu ilə birləşdirən, SSRİ - də birinci elektrik dəmir yolunun təntənəli açılışı.
    1926, iyul - Tiflisdə Azərbaycan dilində "Dan ulduzu" adlı aylıq ədəbi-ictimai jurnalının 1-ci sayı çapdan çıxmışdı.
    1926, 6 noyabr - Efırdə ilk dəfə "Danışır Bakı" sözlərinin səslənməsi - Azərbaycanda müntəzəm radio verlişlərinə başlanması.
    1927, 18 mart - V Ümumazərbaycan Sovetlər qurultayı.
    1927, may - Yeni türk əlifbasının Ümumittifaq mərkəzi komitəsi təsis edilmişdi.
    1927, 12-18 noyabr - AK (b)P VIII qurultayı.
    1928, 13-16 yanvar - Azərbaycan proletar yazıçılarının I qurultayı. Azərbaycan proletar yazıçıları Assosasiyasının yaranması.
    1928, 22 iyul - Azərbaycan SSR MİK və Azərbaycan SSR XKS-nin məcburi qaydada yeni - latın qrafıkalı əlifbaya keçilməsi haqqında qərarı.
    1928, dekabr - Bakıda Azərbaycan aşıqlarının I qurultayı.
    1929, 1 yanvar - Azərbaycanda latın əlifbasına keçilməsi.
    1929, 6-14 mart - AK (b)P IX qurultayı.
    1929, may - Azərbaycan Politexnik institutu kənd təsərrüfatı fakultəsinin Azərbaycan kənd təsərrüfatı İnstitutuna (AKTİ) çevrilməsi.
    1929, 22 oktyabr - Azərbaycan MİK yanında Azərbaycan Elmi - Tədqiqat İnstitutunun (Az. DETİ) açılması.
    1930, fevral - Uzunluğu 822 km olan Bakı-Batum neft kəməri istifadəyə verildi.
    1930, 10 mart - Bakı Sənaye Akademiyası fəaliyyətə başlayır.
    1930, mart - Bərdə və Qasım İsmayılov rayonlarında respublikada birinci MTS-in təşkili.
    1930, 31 may - 4 iyun - AK(b) P X qurultayı.
    1930, iyun - Azərbaycan Tibb İnstitutunun yaradılması.
    1930, 28 avqust - AK (b) P MK bürosunun "Azərb. SSR-də ümumi icbari təhsilə keçilməsi haqqında" qərarı.
    1931, 19-25 yanvar - AK (b) P XI qurultayı.
    1931, 8-16 fevral VII - Ümumazərbaycan Sovetlər qurultayı.
    1931, 31 mart - Azərbaycan neft sənayesinin birinci beşillik planını iki il yarıma yerinə yetirməsi münasibətilə Azərneftin 54 nəfər işçisinin Lenin ordeni ilə təltif edilməsi.
    1932, 19-25 yanvar - AK (b) P XI qurultayı.
    1932, sentyabr - SSRİ Elmlər akademiyası Zaqafqaziya Filialı Azərbaycan Bölməsinin (EA ZFAB) yaradılması.
    1933, 10 dekabr - Bağırov Mir Cəfər Abbas oğlu AK (b) P MK - nin birinci katibi seçilir.
    1934, 11-14 yanvar - AK (b) P XII qurultayı.
    1934, 13-17 iyun - Azərbaycan sovet yazıçılarının I qurultayı.
0 0 0