ifadəsindən sonra oxunur. Həmçinin dəstəmaz almağa, yeməyə, içməyə, hər hansı bir xeyirli işə başlarkən bəsmələ çəkmək sünnətdir.Bidət - lüğətdə hərfi mənası "yenilik, yenilik gətirmə" deməkdir. Sonradan ortaya çıxan, daha əvvəl bənzəri olmayan, sünnətə uyğun gəlməyən bir şey. Peyğəmbərimizin (s.a.s) və dörd Raşidi xəlifə zamanında olmadığı halda dində sonradan çıxarılan, uydurulan söz, yazılı mətn, üsul və işlər, islahatlar nəzərdə tutulur. İslam alimlərinə görə, hər növ bidət zəlalətdir, yoldan çıxmaqdır. "Əgər bir millət dinində bidət çıxararsa, Uca Allah ona bənzər bir sünnəti yox edər və qiyamətə qədər bir daha geri qaytarmaz".(Hədis-şərif, Darimi)