İslam yaxud əməl dini

Son güncelleme:
  • Bu ibrətamiz hekayət bizim müddəamızın canlı şahidi olmaqla yanaşı, məlum edir ki, ata-ana hərçənd etiqadi və dini cəhətdən düzgün yolda olmasalar belə, onların hüququna riayət edilməli, övladlar tam sədaqətlə, bacardıqları qədər onlara xidmət edilməlidir. Onlara yaxşılıq və ehsanı heç vaxt əsirgəməməlidirlər. Bu məsələ ictimai nöqteyi-nəzərdən də çox diqqətə layiqdir.

    Əsas etibarı ilə İslam dini qəlbi etiqadlarla əməlin qarışığından ibarətdir və əməlsiz heç vaxt istənilən nəticəni əldə etmək olmaz. Qurani məciddə adətən imandan söz açan ayələrdə yaxşı əməl, səy göstərmək, çalışmaq məsələsi ortaya çəkilmişdir. Deməli, əməlsiz imanın lazımi nəticəsi, faydası yoxdur.

    Zəkəriyyanın anası məsihiyyət dinini buraxıb müsəlman olursa və İslam dinini dünya dinlərinin ən yaxşısı hesab edirsə, ömrünün son anlarında tam razılıqla İslamın həqiqətlərindən agah olursa, bunun səbəbi yalnız insani duyğular, atifələr və Zəkəriyyanın İslam dininin göstərişlərinə uyğun əməl etməsi olmuşdur. Əgər İslam dininin haqq din olduğunu, onun hökm və təlimlərinin həyatbəxş olduğunu deyiriksə, bu o haldadır ki, müsəlmanlar onun göstərişlərinə əməl etsinlər. Çünki əməlsiz bunların heç bir təsiri olmayacaqdır.

    İslam tarixi şəhadət verir ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-in və əimmeyi-hudanın (Məsum İmamların) gözəl əxlaqi səciyyələri nəticəsində, agahlıq üzündən İslamı qəbul edən şəxslər Peyğəmbəri Əkrəmin möcüzələrini və İmamların kəramətlərini görərək İslamı qəbul edənlərdən qat-qat etiqadlı olmuşlar.

    Qurani kərim aşkar şəkildə Peyğəmbərə xitab edərək buyurur: "Rəsuli Əkrəmin gözəl və mülayim rəftarı səbəb olmuşdur ki, başqaları İslama üz gətirsinlər. Əgər o Həzrət bədəxlaq olub kobud rəftar etsəydi, hökmən onun ətrafından dağılışardılar.”

    Yaxşı olar ki, bütün müsəlmanlar İslamın üstün və ali dərəcəli göstərişlərini öz həyatlarında əməli olaraq həyata keçirib onun müsbət nəticə və təsirlərini müşahidə etsinlər. Hamı qardaş kimi, bir bədənin müxtəlif üzvləri kimi qarşılıqlı insani rəftar əsasında bir-birinin yanında səfa-səmimiyyətlə yaşasınlar.

    Bu məhəbbət və nəvaziş bütün qohum-əqrəba və ailədə, xüsusilə ata-ananın barəsində daha çox tövsiyə olunmuşdur və buna əməl olunması daha dəyərli nəticələr verəcək. İslamın həyatverici göstərişlərinə əməl etmək arzusu ilə.

    alıntı

    https://www.main-board.com/islami-movzular/790795-hetta-sirk-halinda-da-valideyne-ehtiram.html#post5176518
0 0 0