Ağladığımı kimsəyə söyləmə !

Son güncelleme: 16.09.2009 23:16
  • noimage


    Ağladığımı kimsəyə söyləmə!
    Onlar məni güclü bilir
    Onlar məni ən çətin anlarımda,ən zor günümdə belə ayaqda bilir
    Mən əslində gülərək keçirdiyim hər günün axşamı evdə ağlarkən
    Onlar mənim içimin sızladığını,ürəyimin yandığını heç bilmir
    Ağladığımı kimsəyə söyləmə!
    Onlar məni çox böyük bilir
    Onlar məni acıqlandımmı dünyanı dağıdacaq qədər böyük güc sahibiyəmmiş kimi bilir
    Mən əslində onun gözünə belə baxmağa ürək etməzkən
    Onlar məni biri uğruna üzülməyəcək qədər güclü bilir
    Ağladığımı kimsəyə söyləmə!
    Onlar məni ağlamaz deyə bilir
    Onlar məni üzüldümmü yerləşdiyim şəhəri qara buludlar alar deyə bilir
    Mən əslində otağımda göz yaşı axıdarkən
    Onlar məni heç bir şey sarsıtmaz deyə bilir
    Ağladığımı kimsəyə söyləmə!
    Onlar bunu heç bilmir
    Onlarçün mən ən sağlam körpüdən belə daha six bağlıyam bu həyata
    Mən əslində həyatla ölüm arasındakı incə cizgidə bir o yana bir bu yana addımlarkən
    Onlar hələ də həyatın mənimçün sadəcə bir oyun olduğunu bilmir...
    əsla və əsla kimsəyə mənim göz yaşlarımın olduğunu söyləmə.çünki bu güclü vücudun altinda çox zəyif birinin oldugunu kimsə bilmir.
#16.09.2009 23:16 0 0 0