Rəqqasə Fatimə qızının xoş gününü qeyd etdi

Son güncelleme: 22.11.2012 12:00
  • noimage

    Rəqqasə Fatimə qızının doğum günü edib. Lent.az-n məlumatına görə, rəqqasə qızı Aysunun 15 yaşının tamam olması münasibətilə paytaxtın tanınmış məkanlarının birində məclis keçirib. Aysunu təbrikə gələnlər sırasında tanınmış müğənnilər Emil Bədəlov, Roza Zərgərli, Günay İbrahimli, Rəqsanə İsmayılova, Sevda Yahyayeva, S-tüins qrupu və prodüser Təranə Səmədova olub. Rəqqasə Fatimə mərasimdə çıxış edib: “Bu gün mən qızıma həyatda ən xoş nə onu arzu varsa, onu arzu edirəm. Qızımın ad gününə bir çox müğənni dəvət edə bilərdim. Amma qızımın və mənim istədiyim insanları dəvət etdim”.

    Daha sonra şou əhli doğum günü gecəsinə öz ifaları və rəqsləri ilə rəng qatıblar. Ən çox Sevda Yahyayeva ilə Rəqsanə oriental rəqsləri ilə yadda qalıb.

    Yalçın Süleymanov
#22.11.2012 12:00 0 0 0