Bolqar Bibərli Toyuq Salatı

Son güncelleme: 22.11.2009 01:45
  • Çox ləzzətli və asan salatdır. Ümid edirəm ki, siz də bəyənəcəksiniz.

    BOLQAR BİBƏRLİ TOYUQ SALATI

    4 porsiya üçün nəzərdə tutulub

    Ərzaqlar

    450 qram dərisiz və sümüksüz toyuğun döş əti
    1/2 çay qaşığı duz (toyuğun qaynadığı suya əlavə etmək üçün)
    1 ədəd qabığı soyulmuş xiyar (əgər təzə xiyarınız yoxdursa, onu turşu xiyarla əvəz edə bilərsiniz)
    2 ədəd suda bişmiş və qabığı soyulmuş yerkökü
    1 ədəd yaşıl Bolqar bibəri
    1 ədəd qırmızı Bolqar bibəri
    1 ədəd sarı və ya narıncı Bolqar bibəri
    zövqə görə xırda doğranmış şüyüt
    zövqə görə duz
    zövqə görə istiot
    4 xörək qaşığı mayonez və yaxud 2 xörək qaşığı mayonez və 2 xörək qaşığı xama (zövqə görə bu miqdarı artırmaq da olar)

    1. Toyuq ətini duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda, bıcaqla uzunsov doğrayın və ya da əlinizlə didin.

    2. Xiyar, yerkökü və bibərləri nazik uzunsov şəkildə doğrayın.

    3. Ərzaqların hamısını bir qaba qoyub qarışdırın. Soyuducuda ən azı yarım saat saxladıqdan sonra servis edin.

    Nuş Olsun!
#22.11.2009 01:45 0 0 0