Yerkökü Salatı

Son güncelleme: 22.11.2009 01:46
  • Yerkökü Salatı (Havuç Salatası) Türk mətbəxinə aiddir. Təcili qonağım gələndə adətən bu salata müraciət edirəm. Olduqca asan və tez hazırlanan salatdır. Əsası da odur ki, xeyirlidir.

    Mən bu salata xırda doğranmış qoz və kişmiş da əlavə edirəm. Çox ləzzətli olur. Sizə də məsləhət görürəm.

    YERKÖKÜ SALATI (Havuç Salatası)

    2-4 porsiya üçün nəzərdə tutulub

    Ərzaqlar

    4 ədəd yerkökü
    2 xörək qaşığə zeytun yağı
    1 stəkan qatıq (çox turş olmasın)
    3 diş sarımsaq
    zövqə görə sarı kişmiş
    zövqə görə xırda doğranmış qoz
    zövqə görə duz
    zövqə görə istiot

    1. Yerkökülərin qabığını soyun və sürtkəcin iri dişindən keçirin.

    2. Tavada zeytun yağını qızdırın. Yerkökünü yağa əlavə edib, tez-tez qarışdıraraq yerkökülər yumuşalanadək (təxminən 6-7 dəqiqə) buşirin. Bişmiş yerkökülər yumuşaq olsalar da, bir qədər diri qalmalıdırlar. Kənara çəkib, yerköküləri soyudun.

    3. Sarımsağı əzin. Bir qabda qatıqla sarımsağı qarışdırın. Soyumuş yerkökünü, kişmiş və qozu bu qarışıma əlavə edin. Zövqə görə duz, istiot vurun və yaxşıca qarışdırın. Salatın daha da sulu olmasını istəyirsinizsə, ona daha çox qatıq əlavə edin.

    4. Salatı bir az soyuducuda saxlayın. Süfrəyə verməzdən əvvəl, bir qaba qoyub, üzərini qara zeytunla bəzəyin.

    NUŞ OLSUN!
#22.11.2009 01:46 0 0 0