Bişən zaman südün daşmaması üçün qazanın kənarlarını yağlamaq lazımdır. Südün üstündə qatı məhlul yaranmasın deyə, onu durmadan qarışdırmaq məsləhətdir.
Ciyərin üstündəki nazik pərdəni asan çıxarmaq üçün, 1 dəqiqəliyə isti suya salmaq lazımdır. Ciyəri 2-3 saat soyuq süddə saxlasanız, o daha dadlı olacaq.
Sosiskanı bişirəndə qırılmasın deyə, onu duzlu soyuq suya salmaq və qaynayıncayadək bişirmək lazımdır. Qaynatmaq isə məsləhət deyil