Proqramçı universiteti bitirib işə düzəlir. Rəis :
-Siz güclü proqramçısınız ?
-Necə yəni...
-Yəni güclüsünüz?
-Ümumiyyətlə bəli!
-Onda kompüterlərin daşınması ilə məşğul olarsan!
Bir nəfərdən soruşurlar:
-Filankəs necə adamdır, oruc tutub namaz qılırmı?
Cavabında: - Mən onun oruc yediyini görmüşəm, amma namaz qıldığını görməmişəm, - deyir.
Suyumuz bulanıxdı
Bir dövlətli adam heç vaxt kasıb qonşusunu məclisinə çağırmazmış.
Bir dəfə gecə vaxtı dövlətlinin evi yanır. O, hovuzdan su götürmək üçün kasıb qonşunun qapısını döyür. Ona kömək etmək istəməyən kasıb qaçox gec hay verir. Dövlətli qonşu onun hovuzundan su götürmək istədiyini bildirir.
Kasıb qonşu qapının arxasından deyir:
-A, bala, suyumuz bulanıxdı, saa layıx döyül. Hayındı özün bax, işinə yarıyırsa, gəlim qapını açım.
Şəki bazarında qəssablar: "Qoç əti!", "Qoyun əti!", "Quzu əti!"-deye haray salmışdılar. Abdulcabbar ət almaq fikri olmasa da, qəssabların birinden soruşur: -əmioğlu, ət erkək qoyundu, yoxsa dişi? Qəssab müştəri taptığını görüb sevincək: - Dədəm, erkəkdir, deyir. -E, məni xam hesab eləme, bilmirəm ki, sənin dədən erkəkdir?! Mən qoyunun ətini soruşuram.
Yuxusuzluqdan əziyyət çəkən boksçu həkimin yanına gəlir. Həkim məsləhət verir: «Yatmağa uzanandan sonra saymağa başlayıb».
Boksçu:
- Yox, bu, mənlik deyil. Doqquza çatan kimi ayağa qalxıram.
Bir Pişik Daha
Psixiatrik xəstəxanadan qaçan iki dəli, qarşıdan gələn gözətçini görüncə iri gövdeli bir çinarın arxasına gizlənirlər. Gözətçi, onların ayaq səslərini eşib. Soruçur:
- Kim var orda?
Ağacın arxasından biri pişik kimi miyoldayır. Bu məharətli miyoldamadan sonra gözətçi çıxıb gedirdi ki, dəlilərin ayaqları altındakı yarpaqlar xışıldadı.Gözətçi geri dönüb yenə səsləndi:
- Kim var orada?
ikinci dəli cavab verir:
- Bir pişik daha.
Hacı dayı meşədə odun doğrayırmış, bir də görür ki, bir yekə ayı başını aşağı salıb nərildəyə-nərildəyə gəlir. Kişi qorxudan özünü itirir, əl-ayağı başlayır əsməyə, nə qədər istiyir ki, qaçsın ayaqları sözünə baxmır. Hançandan-haçana özünü ələ alıb çıxır ağaca.
Ayı da gəlib dırmaşır həmin ağaca. Hacı dayı qalxır bir az da yuxarı, ayı da onun dalınca. Kişi ağacın lap təpəsinə çatanda görür ki, ayı ondan bir az aralıda dayanıb başlayır armud yeməyə.
Hacı dayı gözləyir ki, ayı armudu yeyib doysun, çıxıb getsin, sonra o da düşüb evinə yollanar.
Bu ara ayı bir dəymiş armudu budaqdan qopardıb Hacı dayıya doğru tutur. Kişi elə bilir allahın heyvanı səxavət göstərib ona meyvə vermək istəyir. Bərkdən deyir:
-Qanacağaa maşallah, dədən evində qalsın. Höylə mərfət sahibisən, yolumnan qaç, düşüm gedim öyümə.
Ayı bu qəfil səsdən diksinir, ayağının altındakı budaq sınır, guppultu ilə yerə diyirlənib ölür.
Hacı dayı ağacdan düşüb onun dərisini soyur, çiyninə atıb evinə gətirir.
Sonralar ayının dərisini hamıya göstərib deyirmiş ki, görən kimi üstünə cumdum, boğazınnan yapışıb boğdum. Amma dəymiş armud görəndə meyvənin sarılığı üzünə keçirdi.
Bir gun bir dovsan dukana girib deyir mene bir cik cik verin dukanci onu basa dusmur ve ona bir tufeng verir sen deme dovsan fotoparat isteyirmis o yola cixib tulkuye deyir dayan senin sekillini cekim tulku onun ne oldugunu bilir ve dovsana deyir o fotoparat deyil ki menim sekilimi cekesen dovsan tulkunun sozune mehel qoymayib tetiyi basir ve tulkuye gulle ve tulku yere yixilir dovsan gelib tulkuye deyir ozunu tulkuluye vurma sabah gel seklini apar
Delixanada delilere deyirlarki sabah kamisya gelecek siza deseler ne yeyirsiz deyersiz vermi deseler neynen yeyirsiz deyesiz vilkaynan deseler bura necenci ilde tikilib deyerdiz 1941ilde tikilecekdi muharibe olduguna gore 1945 ilda tikildi.Kamisya gelir bulara deyir ne yeyirsiniz deyir ayaqqabi sapi,deyir neynen yeyirsiz deyir yabaynan.deyir necanci ilda anadan olubsan deyir 1941 ci ilde dogulacaqdin muharibe olduguna gore 1945ci ilde doguldum..
Bir gun deliler cinmek isteyirler.Bilmirler harda cimsinler.Delilerden biri kanserva qabini goturub icine su doldurlar.O,birisi deliye deyir ki,cix binanin ustune ve tullan.Deli deyir ki, men deliyem tullanim kanserva qabini cekesen yere deyim.