Azərbaycan adı hardan yaranıb

Son güncelleme:
  • Aran adının məhv olmasının bir neçə səbəbi var:
    1. Bu ərazidə qədim dövrdən başlayaraq, 20-ci əsrə kimi bir-birindən fərqlənən dil və tayfalar olmuşdur.Şübhəsiz bu ərazidəki tayfaların fərqli olmasının əsas səbəbi, təbii və coğrafiya amillərə bağlı olub. Məsudi, Qafqaz ərazisini "Qəbəx" dağları adı ilə yad edib və yazıb: "Cəbəli-Qəbəx böyük bir dağdır və orada çoxlu tayfalar yaşayır. Bu dağlıq bölgədə 72 tayfa var.hər bir tayfanın şahı və dili var ... və kimsə ətraf qəbilələrin sayını bilməyir.43 İstəxri Dərbənd dağı haqqında yazıb: "bu dağda 72 qəbilə yaşayır və hər birinin özünəməxsus dili var.hətt bir tayfa başqa tayfanın dilini başa düşməyir."44 dil və mənşə baxımından fərqlilik 20-ci əsrə kimi davam etmişdir.qeyd etdiyimiz kimi, Aranda 17 xan, məlik və sultan mövcud idi.
    2. Aranda yaşayan qəbilələr və tayfaların birləşmələrinə, digər maneələrdən biri, vahid və iqtidarlı mərkəzi dövlətin yoxluğu idi. Aran, ya İran dövlətinə tabe idi, ya da Xəzərların, Türklərin və Monqolların hücumuna məruz qalmışdılar.
    3. Mərkəzi dövlətin olmadığı səbəb olmuşdur ki, vahid dil, rəsmi dil, Aranda olmasın. zaman boyunca yerli ləhcələr məhv oldular və türk dili onların yerini tutdu. Bunlara baxmayaraq, 20-ci əsrin ilk yarısında Türk dili Aranın yazı dili hesab edilməyirdi. ərəblərin və türklərin işğalından öncə Aranın yazı dili dəri fars dili idi və 20-əsrə kimi davam etmişdir. o ərazidə Fars dilinin istifadə edilməsini elmi, ədəbi və tarixi əsərlərdə və mətbuatda görmək mümkündür.
    4. Aranda mərkəzi dövlətin olmadığına görə, tayfaların və qəbilələrin daxilində xanlıq, məlik və sultanlıq şəklində çoxlu kiçik dövlətlər təşkil olunmuşdur. Buna görə, qəbilələr və tayfalar məhəlli adlarını qorumuşdular və yavaş-yavaş tarixi və qədimi ad, yəni Aran unudulmuşdur.
    Rusiya imperiyası dağıldıqdan sonra, bu parçalanmış əraziyə bir ad ehtiyac oldu. Türk dilinin olması bu adqoymada bir bəhanə oldu və burada Osmanlı türklərinin rolu böyük idi.
    19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Osmanlı imperiyasında iki məfkurə ortaya çıxdı:1.İslam birliy 2:Türk birliyi."Gənc Türklər"adlı bir qrup"Türk birliyi"nin idealarını təbliğ edirdi.bu qrup 1907-ci ildə "İnkişaf və Birlik" partiyasını yaratdı.
    Qafqaz türkdilliləri, xristiyan Rus imperiyasının tabeyində olmağı istəmirdilər və Qacar hökümətindən də ümidləri kəsilmişdir.bu səbəbə görə özlərinə ümid yeri axtarırdılar və bunu Osmanlı türklərində tapdılar.
    1911-ci ildə türklərin rəhbərliyi altında böyük İslam ölkəsi yaratmaq məqsədi ilə Bakı şəhərində "İslam Demokratik Müsavat" partiyası yarandı. Bu partiya həm siyasi, həm də dini fikirləri özündə əks etdirirdi. Partiyanın baniləri Məhəmməd Əmin Rəsulzadə, Şərifzadə və Kazımzadə idilər. Bunlar Osmanlı türklər tərəfindən dəstəklənirdilər.
    1917-ci ildə Rusiyanın ilk inqilabından sonra və müvəqqəti hökümətin təşkil olunmasından sonra, "Müsavat Partiyası"nın başçıları "Demokratik Rusiya Respublikası"nın bərpasına öz razılıqlarını elan etdilər. Həmin ildə "Müsavat Partiyası", "Türk Federal Partiyası"ilə birgə qurultaylar təşkil etdi. İki partıyanın sazişi nəticəsində partiyaların birləşməsini rəsmən elan etdilər və "Müsavat Partıyası"na yeni ad seçdilər. "Türk Müsavat Federal Demokratik Partiyası" adı verildi.bunların məqsədi Türkiyənin rəhbərliyi altında türkdilliləri birləşdirmək və bir federasiya təşkil etmək idi.
    Yeni partiya ilk muxtariyyətini sonra isə istiqlaliyyətini elan etdi. Partiya qurultayında Rəsulzadə, Qacincki, Usubekov və Ağayev mərkəzi komitənin üzvi seçildilər. Partaiyanın mətbuat orqanı "İstiqlal" qəzeti oldu.
    Belə nəzərə gəlir ki, Arana və Şirvana"Azərbaycan" adının verilməsi, türklərin siyasəti nəticəsində olmuşdur; çünki Türklər Azərbaycana bir neçə dəfə hücum etmişdilər.burada çoxlu itgi verərək həmişə Azərbaycan xalqının müqaviməti ilə qarşılaşmışdılar.Buna görə, dolayı yollarla Qafqaza və Azərbaycana qondarma "Azərbaycan" adını verməklə istədilər ki, uyğun bir şəraitdə bu birliyə hakim olsunlar.
    İngiltərənin ordusu, 30 Oktyabr 1918-ci ildə general Tomsonun başçılıqı ilə Bakını işqal etdi və Türk ordusu müharibədə məğlub olduğuna görə, Bakıdan çıxarıldı.Ancaq İngiltərə tərəfindən Müsavatçıların "Azərbaycan Respublikası" rəsmiyyətə tanındı.
    Beləliklə, qondarma "Azərbaycan" adı Türklər və Müsavatçıların təşəbbüsü ilə yarandı, sonra isə İngiltərə və Rus dövlətləri tərəfindən rəsmiyyətə tanındı.
    Tarix boyu Qafqaz ya Aran və Şirvan Azərbaycan adı ilə tanınmayıb, bu reallığa şübhə edən yoxdur.bu haqqda Rus alimi"Bartold"yazıb:
    " ... bu respublikaya, ona görə "Azərbaycan" adı verildi ki, "Azərbaycan Respublikası" təşkil olunaraq, güya İran Azərbaycanı ilə birləşəçək. Bu respublikanın bütün ərazisinə aid olan ad, əlbəttə ki, Aran adıdır."45
    Əhməd Kəsrəvi də bu fikirdədir. O, Azərbaycan respublikasına "Aran" adının verilməsini uyğun görüb və yazıb: "təəccüb edici bir haldı ki, Aranı "Azərbaycan" adlandırırlar; halbuki Azərbaycan başqa bir ərazinin adıdır.Aranın qonşuluqundadır və daha geniş və daha məşhurdur. Qədim dövrələrdən başlayaraq, iki yurd biri birindən ayrı idi və heç bir zaman Arana "Azərbaycan" deməyiblər... bu günə kimi başa düşmədim, niyə Aranlı qardaşlarımız öz tarixi və qədim adını unudublar və "Azərbaycan" adına ehtiyac hiss ediblər?..
0 0 0