15 sentyabr-Bakının azad olunması günüdür

Son güncelleme: 24.11.2009 09:36
  • Azərbaycan tarixində ən mühüm səhifələrdən biri 15 sentyabrdır.Məhz bu gün ermənilərin,rusların və digər millətlərin nəzarətində olan Bakı şəhəri yad qüvvələrdən azad olunmuş və yenidən öz sahiblərinə qaytarılmışdır.Əslində bu hadisəni kiçik bir döyüş və yaxud qarşıdurma kimi qiymətləndirmək olmaz,bu hadisə bir daha Bakının Azərbaycana və azərbaycanlılara,həmçinin azərbaycanı dəyərləndirən hər bir kəsə məxsusluğunu təsdiqlədi.Bir sözlə BAKI yenidən öz əbədi sahiblərinə qaytarıldı.

    Şəhərin geri qaytarılması Azərbaycan Demokratik Respublikasının sonrakı varlığı üçün bir əsas oldu,əminəm ki,Bakının yad qüvvələrdən təmizlənməyəcəyi halda,respublikanın varlığı şübhə altında olacaqdır.Amma bu olmadı və biz Azərbaycan vətəndaşları bununla fəxr etməliyik və bu əhəmiyyətli günü yaddaşımızda saxlamalıyıq.

    Forumda çox istifadəçilər çox danışırdılar Azərbaycan-türkiyə hadisələrindən,budur bu gün ki,gün bir daha Türkiyənin bizə qardaş olduğunu nümayiş etdirdi.Buna görə NURU paşanın rəhbərlik etdiyi Qafqaz İslam ordusunu dəyərləndirmək və mənasız söhbətlərə son qoymaq lazımdır.
#24.11.2009 09:36 0 0 0