Bayatılar

Son güncelleme: 25.12.2021 21:30
  • Axşamlar, ay axşamlar,
    Şamlar yanar axşamlar.
    Yerli evinə gedər,
    Qərib harda axşamlar.

    Saqqalıma dən düşüf,
    Bilmirəm nədən düşüf?
    Aləmə qız paylanır,
    Mənəsə nənəm düşüf.

    O da yandırır məni,
    Bu da yandırır məni.
    Deyirlər ki sərindir,
    Su da yandırır məni.

    Əlifnazam mən-mən
    Topuxbazam mən-mən.
    On iki kişiyə getdim,
    Yenə də qızam mən- mən

    Şirinlərin şiriniyəm,
    Acıların acısıyam.
    Kimin bacısı yoxsa,
    Mən onun bacısıyam.
#24.11.2009 09:48 0 0 0
  • O da məni,
    Salmadı yada məni,
    Əğyar girdi araya,
    Satdılar yada məni.

    Əzizim üzüm qara,
    Bağımda üzüm qara,
    Yar yanına gedirəm,
    Əlim boş,üzüm qara.
#24.11.2009 09:49 0 0 0
  • Əzizim qarğalandi
    qar yağdı,qar qalandı
    Qarğalar qartal oldu
    qartallar qargalandı


    Əzizim yar olaydı
    Əlində nar olaydı
    ikimiz bir köynəkdə
    yaxası dar olaydı


    bu daglar ulu daglar
    çeşməli sulu dağlar
    burda bir qerib ölüb
    göy kişnər bulud aglar
#24.11.2009 09:49 0 0 0
  • Aşiq der:ayin dilər,
    Bədr oldu ay indilər,
    Yar ilən keçən günlər,
    Olaydı ay indilər.


    Gəldi bir yüz məzəli,
    Ləb şirin,yüz məzəli,
    Qasım vəfalı yardan,
    Ölüncə üzməz əli.
#24.11.2009 09:49 0 0 0
  • Yağı gəldi yanıma,
    Susamışdı qanıma,
    Döndüm qürbət ellərdən,
    Qüvvət gəldi canıma.

    Kəm baxtı sönən qərib,
    Qürbət ölən qərib,
    Bəxtəvər günə düşdü,
    Vətənə dönən qərib.

    Söz qaldı el gələnə,
    Çırmandı sel gələnə,
    Gözəl bir bağ salmışam.
    El gələ gölgələnə.

    Əziziyəm dilən gəz,
    Bağda gülə dilən gəz,
    Qürbətdə xan olunca,
    Vətənində dilən gəz.
#24.11.2009 09:50 0 0 0
  • doğdu bizə düşdü,
    Gün doğdu düzə düşdü,
    Sən tək iyid cavanlar,
    Tezliklnən gözə düşdü.

    Araz axar sin sini,
    Asta der nəğməsini,
    Köynək altda yaram var,
    Asta aç düyməsini.

    Araz axar gilinən,
    Dörd bir yanı gülünən,
    Qismət ola danışam,
    Uzaq düşən elinən.

    Araza gözüm düşüb,
    Üstünə izim düşüb,
    Suyuna qulaq asın,
    Səsinə sözüm düşüb.

    Arazım çağlar axar,
    Dörd yanı bağlar axar,
    Əlim suyuna çatmaz,
    Sinəmi dağlar axar.
#24.11.2009 09:50 0 0 0

  • Şöftəliyəm, dəyməmişəm,
    Baş budağım əyməmişəm.
    Quran gətir əl basım,
    O qıza mən dəyməmişəm.

    Göydən uçan quşa bax
    Əyağında müşə bax
    Hamıya gələn yaza,
    Mənə gələn qışa bax.

    Çisgi yağış yağırdı,
    Bir qız ordan çağırdı.
    Əllərinə əl vurdum,
    Ana deyib çağırdı.

    Papurusum yana-yana -
    Od düşür şirin cana.
    Vallah qoyub gedərəm
    Qalarsan yana-yana.

    Ay daş atan baxdəvər -
    Daşın da bir vaxtı var.
    Qapı döyür elçilər,
    Anam deyir: «Gəl verək».
    Atam deyir: «Qoy görək».
#24.11.2009 09:51 0 0 0
  • Yataram mən, ya Allah,
    Duraram mən, inşallah.
    Əyər dura bilməsəm,
    La ilahə illəllah.

    Bir qar yağır tozanaq,
    Bir yer göstər uzanax.
    Bəlkə biz də bir dənə
    Körpə cocux qazanax.

    Qız idim, soltan idim,
    Nişanlandım xan oldum
    Ərə getdim eşşəyə
    Palan oldum, çul oldum.

    Bulağa gedən dörd gəlin,
    Dart balağoo ort gəlin.
    Qırmızı tuman içində
    Bəslənmisooz pört gəlin.

    Tərəkəmə, ay tərəkəmə,
    Gəlmə mənim mərəkəmə.
    Adamdan adam törür,
    Tərəkəmədən tərəkəmə.
#24.11.2009 09:51 0 0 0
  • El batır qəm dəryada,
    Kimə gedim mən dada?
    İgid göyüşdə ölsə,
    Adı qalar dünyada.

    İgid gərək atlana,
    Atın minə, atlana,
    Mərd odur ki, döyüşdə
    Hər yaraya qatlana.


    Əzizinəm kasa dolmaz,
    Fitnəsiz fasad olmaz.
    Namərdə boyun əymə,
    Mərd əli kasad olmaz.


    Bu sazı alan gəlməz,
    Oxuyub-çalan gəlməz,
    İgidi öldürsələr,
    Dilinə yalan gəlməz
#24.11.2009 09:53 0 0 0
  • A gəlin, nazlı gəlin,
    Ördəkli-qazlı gəlin.
    Top-tüfəngin yaxşıdı,
    Barıtı azdı gəlin.

    Bir quş gəlir Ağdaşdan,
    Xəbər verir qardaşdan.
    Qardaş doysa bacıdan,
    Bacı doymaz qardaşdan.

    Allah, məni xar eləmə
    Qulağımı kar eləmə
    İnkir-Minkir gələndə
    Dilimi lal eləmə .

    Əzizim, ay şəkərsən,
    Həm qəndsən, həm şəkərsən.
    Bir quru canım qalıf,
    Alarsan, əl çəkərsən.
#24.11.2009 09:53 0 0 0
  • Zülfün suda mar kimi,
    Oynar su damar kimi,
    Sızıldatdın aşiqi,
    Yağa su damar kimi.

    Aşiqin hə kimsəsi,
    Göz gördü,həm kimsəsi,
    Yaralarım qovr etdi,
    Eşitdi həkim səsi.
#24.11.2009 09:53 0 0 0
  • Əzizim, çəmən yaxşı,
    Çiçəkli çəmən yaxşı.
    Təravətdə qərənfil,
    İydə yasəmən yaxşı.

    Əziziyəm, incidi,
    Mirvaridi, incidi.
    Dodaqların bal-şəkər,
    Dişlərin dürr, incidi.

    Mən aşiq bəndə düşər,
    Çay gələr bəndə düşər.
    Dostunu darda atan
    Özü kəməndə düşər.

    Mən aşiq dəstə-dəstə,
    Durnalar dəstə-dəstə.
    Qasid, dilin qurusun,
    Düşübdür yarım xəstə.
#24.11.2009 09:54 0 0 0
  • Araz axar, yan vérer ,
    Sesi mene can vérer,
    Yaramı möhkem bağla,
    Bağlamasan qan vérer .

    Araz'ı ayırdılar,
    Qanınan doyurdular,
    Biz yurddan ayrılmazdıq,
    Zorunan ayırdılar .

    Araz gelir, lillenir ,
    Suyu gelir, güllenir,
    Yarı xelvetde görcek ,
    Menim qelbim dillenir - .

    Araz, Araz xan Araz,
    Dağlardan axan Araz.
    Yardan bir xeber getir,
    Évimi yıxan Araz .

    Araz, Araz xan Araz,
    Gel éyleme qan Araz.,
    Qoy gédim yar gözleyir,
    Nedir bu tuğyan , Araz ?

    Araz, Araz xan Araz,
    Dağlardan axan Araz.
    Qardaşdan ayrı saldın,
    Évimi yıxan Araz !

    Araz qalmaz axmaqdan,
    Şimşek doymaz çaxmaqdan.
    Gözlerime qan damdı ,
    O taylara baxmaqdan .

    Araz axar daşınnan,
    Suyu qalxar başınnan,
    Ezeli dumduruydu ,
    Bulandı göz yaşınnan .

    Ayın üzü deridir,
    Kür Gence'den beridir.
    Sözün düzünü dédim,
    Dédiler serseridir .
#24.11.2009 09:56 0 0 0
  • Terlan gelip bu bağa,
    Qonur budaq budağa,
    Ölü olsam dirillem ,
    Deyse dodaq dodağa.

    Gel gédek bizim bağa,
    Qoyaq dodaq dodağa,
    Bülbül olaq, oxuyaq,
    Qonaq budaq budağa.

    Yar gelibdi yatmağa,
    Günde bir boy atmağa,
    Sabah yuxusu şirin,
    Qıymıram oyatmağa
#24.11.2009 09:56 0 0 0
  • Bağ içinde adalar,
    Dostum doldur badalar.
    Gelsin menim canıma,
    Sene gelen qadalar .

    Qurbanam qaşına yar,
    Qoy dönüm başına, yar,
    Meni bu qemnen qurtar,
    Dolandır başına yar .
#24.11.2009 09:57 0 0 0
  • Ağ alman ağlı qalsın,
    Desmala bağlı qalsın,
    İstekli yarın ölsün,
    Üreyin dağlı qalsın.

    Ağ donun ağlı qalsın,
    Boğçada bağlı qalsın,
    Mennen üz dönderen yar,
    Üzün duvaqlı qalsın .

    Bağlardan derdim qora ,
    Kimsem yox derdim sora.
    Seni menden édeni,
    İmansız énsin gôra -
#24.11.2009 09:57 0 0 0
  • Ezizim yara yara,
    Göv éler yara yara.
    Dağ çekilsin Hitler'e,
    El çatmır yara yara.

    Ezizinem qaralı,
    Dağlar başın gar alı.
    Gün o gün olsun görüm,
    Hitler, çıran qaralı .

    Éle mi ilan çala ,
    Daraşıb ilan çala.
    Hitler'i yatağında,
    Zeherli ilan çala .
#24.11.2009 09:58 0 0 0
  • Tebriz'im, can Tebriz'im,
    Sene qurban Tebriz'im,
    Düşmene boyun eyme,
    Merd ol, dayan, Tebriz'im .

    Evleri Xoy'da qaldı,
    Merend'de, Xoy'da qaldı.
    Oğul, qız elden gétdi
    Gözüm o tayda qaldı .
#24.11.2009 09:58 0 0 0
  • Ocağın daşı yandı,
    Qazanın aşı yandı,
    Seni bu günde gördüm,
    Gözümün yaşı yandı .

    Göyden gelen qu meni,
    Çağırır baygu meni.
    El desmalın kefenim,
    Göz yaşınnan yu meni .

    Çay daşar, geler, ağlar,
    Daşları deler, ağlar.
    Körpen béşikde qalıb,
    Süd déyib meler, ağlar .

    Qaralı ağlı menem,
    Qanadı bağlı menem,
    Hamının derdi olsa,
    Üreyi dağlı menem .
#24.11.2009 09:59 0 0 0