Tahir Talıblı

Son güncelleme:
  • Həyatı

    Tahir Talıblı 1948-ci il fevralın 22-də Ermənistanın Kalinino rayonunun Evli kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir. Sonra təhsilini APİ-nin fılologiya fakültəsində davam etdirmişdir (1968-1972). Həmin ildə əmək fəaliyyətinə doğma kəndində dil-ədəbiyyat müəllimi kimi başlamış sonra isə orta məktəbin direktoru işləmişdir (1972-1988). Erməni ekstremistlərinin təhdid və təzyigi üzündən dədə-baba yurdunu tərk etməyə məcbur olmuşdur (1988). Həmin ildən Bakı şəhərində yaşayır.Ailəlidir3 övladı var.


    Yaradıcılıgı

    1970-ci ildən poetik əsərlərini dövri və publisistik yazılarını mətbuatda çap etdirmişdir. İlk şeirləri "Azərbaycan gəncləri" gəzetinin səhifələrində dərc olunmuşdur. "Yeni fikir" gəzetinin əməkdaşı sonra həmin gəzetin baş redaktoru işləmişdir (1992-1993). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Radio verilişləri redaksiyasının Güney Azərbaycanı şöbəsində redaktor vəzifəsində çalışmışdır (1993)

    1993-cü ildən isə Azərbaycan radiosunda "Xalg yaradıcılığı" redaksiyası yaradılıb.Redaksiya iki şöbədən: "Xalg yaradıcılığı" "Sənət və etnografıya'" şöbəsindən ibarətdir. Xalg yaradıcılığı redaksiyasında müxtəlif tədgigat xarakterli verilişlər efirə çıxır. "Bulag" "Gündoğandan günabatana" "Yazıya pozu yoxmuş" "Xeyrə gənşər" "Aşıg gördüyün çağırar" "Yerin-yıırdun adın andım" "İlmə" "Şirvan nəfəsi" "Divani saz-söz moclisi" "Dastan saatı" "Qərib axşamlar" "Şirvan şikəstəsi" "Tərəkəmə" folklor rəgs toplusu "Yurd yeri" "Soyumuz-soykökümüz" Irəvan Cuxuru kimi verilişləri yarandığı gündən dinləyicilərin diggət və marağını gazanıb.

    1969-cü ilin noyabrında ilk dəfə efirə çıxan "Bulag" verilişi istedadlı yazıçı Mövlud Süleymanlı tərəfindən yaradılıb araya-ərsəyə gəlib. 32 illik bir ömrü yaşayan "Bulag" verilişi 1993-cü ilə gədər "Ədəbiyyat" redaksiyasının tərkibində fəaliyyət göstərib.Artıg 15 ilə yaxındırki Tahir Talibli "Bulag" verilişinin ssenari müəllifidir.

    azerbaycan radiosunda "Xalg yaradıcılığı" redaksiyasının verilişlərində xalg yaradıcılığının müxtəlif sahələri araşdırilir etnografiyamızla soykökümüzlə toponimlərimizlə tarixi adlarımızla gədimliyimizlə bağlı araşdırmalar səslənir.Azərbaycan radiosıınun "Xalg yaradıcılığı" redaksiyasının verilişlərində dünyaya səpələnən ayrı-ayrı türk xalglarının türk soylarının folklor niimunələrindən geniş söhbət açırlar. Üzü Şumerdən bəri gələn Şu Bilgamış Dədə Qorgud Koroğlu alpamış Koblantı Batır Ural-Batır Altun Arıg Manas kimi dastanlar ümumtürk varlığının dünya üstündəki varlığı kimi verilişlərin əsas mövzusudur."Ustad nəfəsi" "Divani saz söz məclisi" "Dastan saatı"Irəvan ÇuxuruYurd yeri verilişlərində aşıg sənətimiz yaradıcı şəkildə araşdırılır.

    azerbaycan radiosunda "Xalg yaradıcılığı" redaksiyasının baş redaktoru Tahir Taliblıdır.


    Əsərləri
    1.Sevgi harayı. Yerevan: Sovetakan groğ 1982 36 səh.
    2.Yazılmamış şerlər. Yerevan Sovetakan groğ 1984 80 səh.
    3.Yollara çıxmışam. Bakı: Yazıçı 1986 45 səh.
    4.Bizi yurd saxlar. Bakı: Yazıçı 1992 120 səh.
    5.Əziz Əliyev. Bakı: Azərnəşr 1996 352 səh.
    6.Bu tale dediyin (şerlər). Bakı: Azərbaycan Türkiyə Birgə Poligrafiya Şirkəti



    Tahir Talibli
    http://wwwtaliblitahir.azeriblog.com/
    Hər aşqın sonunda göz yaşı vardır.

    Nə itirdik nə tapdıq bu dumanda
    Bizim kimi neçə-neçə naşı var
    Beygümanlar qalar ahda-amanda
    Sevdaların gözü yoxdu qaşı var

    Buludumuz narın-narın yağdı ki
    Şimşəyimiz parıl-parıl çaxdı ki
    Bəxtimizi cırnatdılar çox da ki
    Bəxtimizin yatan şahlıq quşu var

    Eh sənin də səsin gedər küyünnən
    Yerin bəlkə qarışıqdı göyünnən
    Nəyin qaldı öyünəsən nəyinnən
    Başımızın haqdan yağan daşı var

    Dünya nədi ağzındakı dadındı
    Necə gəldin necə getdin adındı
    hər kişini öldürən bir qadındı
    Hər sevdanın sonunda göz yaşı var
    24. 02. 09

    Tahir Talibli
    http://wwwtaliblitahir.azeriblog.com/
    Qorxu
    Gedirsən yoluna çıxır
    Durursan qarşına gəlir
    Qorxudu qorxduqlarındı
    Hamısı başına gəlir.

    Qurduna quşuna gələnlər
    Suyuna daşına gələnlər
    Sonda başına gələnlər
    Əvvəldən duşuna gəlir

    Gözündə yuxun qurtarır
    Azında çoxun qurtarır
    Elə ki qorxun qurtatır
    Ölüm də xoşuna gəlir

    5 iyul 2007

    Tahir Talibli
    http://wwwtaliblitahir.azeriblog.com/

    Enibdi tanrıdan haqdan
    Dərddi yenə bizə gəlir
    Gedən aldanışa gedir
    Gələn elə duza gəlir.

    Mayası qudurub nəfdən
    Kefcili bayılıb kefdən
    Azrayılla dörd tərəfdə
    Adamlar üz-üzə gəlir

    Beləcə dörüb törəyib
    Qurdu qəmgin quşu qərib
    Bizi yiyəsizmi görüb
    Ölüm üstümüzə gəlir

    7-8 mart 2008


    Tahir Talibli
    http://wwwtaliblitahir.azeriblog.com/
    Tanrı
    Gedən gedir gələn gəlir
    Yüngül sənnən ağır sənnən
    Hər nə var sənnən başlayır
    Əzəl sənnən axır sənən

    Gül üzünə açır güllər
    Ləhcənnən oxur bülbüllər
    Sənən əsir əsən yellər
    Gümüş sular axır sənnən

    Nələr sonaladım seçdim
    Odun gördüm suyun içdim
    Hər şeydən bezdim də keçdim
    Keçəmmədim axır sənnən.


    Tahir Talibli
    http://wwwtaliblitahir.azeriblog.com/
    Hər şeyi unutmaq olar
    Uca tanrının adına
    Aldanıb qalmaq da olar
    Bir ölümün umuduna

    Dünya kimdi əndirdiyin
    Kimdi köntöy dindirdiyin
    Kimdi yenə mindirdiyin
    Bir dəlisov cin atına?

    Sular dəyə -dəyə gedir
    Daşı döyə-döyə gedir
    Adam gizlənməyə gedir
    Bəlkə də torpaq altına

    16 oktyabr 2008


    Tahir Talibli
    http://wwwtaliblitahir.azeriblog.com/
    Qaşımıznan göz arası
    Olumuna qalımına şükür.
    Gecəynən gündüz arası
    Gediminəgəliminə şükür.

    Bir az çalpaşıq veribsən-
    Suynanişıqnan veribsən.
    Dəryadan bir qaşıq veribsən
    Bir qaşıq elminə şükür.

    Baxt yazdığın baxtsız olmur
    Taxt yazdığın taxtsız olmur
    Ölüm heç vaxt vaxtsız olmur.
    Vaxtlı-vaxtsız ölümünə şükür

    7 mart 2009


    Tahir Talibli
    http://wwwtaliblitahir.azeriblog.com/
    Bir kimsə bilməz necəsən
    Xəbər yox halınnan sənin.
    Yarandı küllü-kainat
    Bir kəlmə olunnan sənin.

    Biz kimik heçik gedirik
    Zamannan keçib-gedirik
    Beləcə köçüb-gedirik
    Sağınnan-solunnan sənin.

    Olanlar Mövlam xoş oldu
    Mənim də peymanım doldu
    Tahir bir xatasız quldu
    Nə gələr qulunnan sənin.

    İyul 2008
    http://wwwtaliblitahir.azeriblog.com/
0 0 0