Sarı Gəlinin Fəryadı

Son güncelleme:
  • Mən Sarı Gəlin! bəxtsiz, kimsəsiz. .
    Haradasiniz ?
    Duvağım oğurlanarkən də yox idiniz. .Saçlarım yolunarkən də. ..Torpağım bölünərkən də. ..
    Haradasiniz ?....
    Mən Sarı gəlin! . .Torpak qədər qədiməm. ..Dünya qədər. .Tarix qədər. ..Sizin
    gəlininizəm. .Sizin uşağınız. ...indi yad ağızlarda mənasız bir nəğmə olmuşam. ..
    haradasiniz?
    Mən Sarı gəlin! . .Muradına çatmamış.... .kimsesiz,yetim...Ne qədər uzaqdasınız. ..Bu
    torpaq mənim. .İnsanlar özgə. .Bu nəğmə mənim. .Çalanlar özgə. .Hansi
    dağlarda gəzsəm mənim deyil. .Hansı dodağa qonsam soyuq. ..Saxta bir təbəssüm
    kimi. ..haradasiniz?.
    Artıq saçlarım da uzun deyil..Bakıda kəsdilər onları. ..20 yanvar
    1990cı ildə . ..Xocalıda qopardılar kökündən 26 fevral 1992' də. ..Harada sahibsiz
    cəsəd tapsanız mənim saçımdan bir tel dağıldı oralara. ..Xəzərə atıldı
    başsız bədənlərim. ...Haradasınız?
    Mən Sarı Gəlin!. Kərkükdə basdırdılar məni , Musulda
    ,Tebriz!de,Sincanda(Sinkiang) ...Haradasınız ?
    Mən Sarı Gəlin! ..Quzularım dağılmış , çobanı yox ...Tüstü tüstüləmir bacalardan...
    İçimdən nələr keçir. .üreyimde nələr var bilirsinizmi ? .Bilə bilməzsiniz
    ... bilə bilməzsiniz. .Artıq nəğmələrimiz eyni akkordda deyil. ..Sizin ideallarınız
    çatmır mənim məhbus olduğum dağlara. .Bəhanələr gətirməklə məşğulsunuz
    vicdanınıza. . Qorxularınıza uyğun yalanlar uydurmaqla..
    Mən bir ölüyəm artıq. ..Sizleri görürəm bəzən. ..Oxşamaq istəyirəm. .Əllərim
    qandallı. .hayqırmaq istəyirəm.. Ağızım bağlı. .Ağlayıram... Nəfəsim
    qəbiristanlıqdakı otları tərpədir yalnız...

    Məni kimlərə buraxdınız belə?
    Bir mahnı pıçıldanır uzaqlardan, boğuq bir səslə. .İnsanların igid, atların
    Kəhər olduğu çağlardan..

    Nəbinin bığları eşme eşmedi
    Papağı güllədən deşme deşmedi
    Nəbinin atını heç at keçmedi
    Qoy məna desinlər ay nadan nəbi

    Həqiqətən Nəbini öldürdülər deyilmi? Ona görə Nəbidən sonra bütün atlar keçildi
    ...Torpaqdan pay olmaz dedilər. .Pay oldu deyilmi? Nəbi öldü. ..Egər
    Nəbilər də öldüsə. .mən əbədi olaraq burada məhbusmu qalacağam?... Əsir
    torpaqlarda, yad ağızlarda..?

    Hər səhər gəzərəm o dağları, içimdə yüz illik həsrət. .Saçlarını
    oxşayaram yetim uşaqların. Mənə baxıb ağlayıllar. ..Onların məzarlarını kimə
    əmanət etdiniz. ..Fatihələrı necə göndərirsiniz. ..Hələ də şən mahnılar oxuyursunuzmu ? hələ onları dinləyirsinizmi ? Yaxşı hansı üzlə?...

    Mən Sarı gəlin. .Mən bir sirr deyiləm, bir sehir. .bir həyəcan. ..Mən ümidi
    əlindən alınmış bir azəri-Türk gəliniyəm. .Hər gəlinin duvağında məndən bir
    parça var. .Her nənənin ağısında..

    Qarabağda talan var
    Gözü yolda qalan var..

    Mən o talan olan yurdların gözü yolda qalanıyam. .Saçlarını yolanıyam..

    Bir adamın yetim qalan balasıyam balası mən
    Bu dünyadan qisasımı alasıyam alası mən
    Fani dünya...
    Hansı acının ,hansı ağrının qisası alındı ki bu günə qədər?! ümidlə səslənirəm. ?.Mənimlə
    birlikdə ümidləriniz də qaldı oralarda, qürurunuz da . ..Bütün nağıllarınız
    torpağa basdırılıldıı, bütün dastanlarınız yarımcıq qaldı. .Kimliyiniz o daş abidələrin
    altında. .Ağbirçəklərin ağızında əbədi bir ağı, ağsaqalların dodaqları
    möhürlü. .üzleri daşlaşmış..


    Mən Sarı gəlin. ..Satılan torpaqlardan səslənirəm ..eşitmirsinizmi?


    Vetenden doymuşam Nəbi qınama
    Dayan gedek bu xelgi artıq sınama.
    -Dayan görəm bu ağac benzir anama..
    Telindən qoy qırım bir saçaq Nəbi...


    SARI GƏLİN.
0 0 0