nə yağış...Yenə insanlar evlərinə qaçışır...Yağışı sevmirlər??Bəlkə də islanmaqdan qorxurlar...Amma mən bu gün islanmaq isteyirəm...Bəlkə yağış damlaları dərdlərimi, fikirlərimi yuyar...Bəlkə yağış səni qəlbimdən, mənliyimdən, fikirlərimdən, sözlərimdən, hisslərimdən, arzularımdan, xəyallarımdan qoparda bilər, çıxardar, atar...Amma inanmıram ki, bu zəif yağış bunu bacarsın...Bacarmaz da....
Bu gün də olmadı...
Zaman ötdükcə yağış sürətlənir...Bəlkə bu gün olacaq...Bəlkə bu gün hər dəfə səni xatırlayanda içimdə hiss etdiyim ağrıdan qurtula biləcəm...Bəlkə bu gün sənli dialoqları unuda biləcəm...Bəlkə bu gün sənin xəyallarından qurtulacam...Bəlkə artıq səni düşünməyəcəm...Bəlkə artıq özümü günahkar hiss etməyəcəm...Amma bunların olmasını da istəmirəm...Səni unutmaq istəmirəm...Amma etməliyəm...Səni xatırlayarkən ağrı hiss etməkdən belə zövq alıram...Sənli hər şeydən zövq alıram...
Bu gün də olmadı...
Bu gün çətir götürməyəcəm...İslanacam...Hər damlada yenidən doğulacam...Hər damlada yenidən öləcəm...Hər damla Səni xatırladacaq...Hər damla göz yaşıma qarışacaq...Ağladığımı özüm belə hiss etməyəcəm...Səssiz...Hər şey kimi səssiz....
Bu gün də olmadı...
Yağışın səsi laylam olacaq...Yatacam....Yuxumda da Sən....Hara getsəm Sən...Hər yerdə Sən...Hər anda Sən...Sən...Sən....Qurtula bilməyəcəm....Qurtulmaq istəmirəm ki....Sənsiz səni yaşayıram...Yanımda olmağın vacib deyil,sadəcə hələ də məni sevdiyini bilim kifayətdi....Bəlkə də artıq sevmirsən...Hələ də Sevirsən??
Bu gün də olmadı...
Səssizlik,sakitlik...Yağışın ətrafa sakitlik höküm sürür...Dinlə hisslərini...Dinlə qəlbinin səsini...
Yalnızlıqda tapdım özümü...Yalnızlıq yaxın dostum...Nə olursa olsun yenə sənə qayıdıram, dostum...Neçə ildirki ən yaxın dostumsan...Kim getsə də sən getmirsən...Yağışa dostum dedim, artıq o da getdi....Amma yenə də onu unutdura bilmədi...
Bu gün də olmadı...
Gəl,dostum - yalnızlığım, dinləyək yağışın gətirdiyi səssizliyi..