Darıxdım sənin üçün

Son güncelleme: 26.11.2009 00:30
  • Darıxdım sənin üçün
    Saatların gecə yarısını çoxdan vurub keçdiyi, sabaha başladığımız dəqiqələr
    mən sənin üçün darıxdım.
    Adımı qulağıma heç pıçıldamadın.
    Mənə məni sevdiyini də heç söyləmədin ki
    əlimi heç tutdunmu?
    ya da gözlərimiz birləşdimi?
    Radioda, bir sonra çalacaq mahnını mənə tutub, sözlərini bəyənmədiyində, "bundan sonrakı mahnı bizim olsun" filan dedinmi?

    ya mən
    səni düşünüb, sənin içində olduğun...o yuxusuzluq girdabında, zorla yuxulara axışımda səni görmək üçün çırpınıb, amma səndən başqa hər kəsi gördüyüm yuxularımda

    nəsə

    bəzən əl-ələ yaşanmaz sevdalar
    gözlərdə görüşülməz
    saat keçmiş ya da səhərmiş
    bilə bilməzsən.
    Sən bir yerlərdəsindir
    mən başqa yerlərdə
    mən şeirlər oxuyum sevdalar üzərinə
    sən
    gözlərində mahmur baxışlar, və ağılında mən olmadan, sabahın təlaşıyla
    amma
    bilə bilmərəm ki

    Biz bir şeyləri yaşamaq istəyərkən nə çox yaşanacaqları qaçırdıq heç bilirsənmi?
    səni sevirəmlə başlayan cümlələri qaçırdıq əvvəl
    qaçdıq
    sevərkən sevməkdən
    qaçdıq əsir olmaqdan əslində əsirkən sevgiyə
    bilə-bilə.
    sonra bir-birimiz üçün söylədiyimiz mahnıları qaçırdıq

    əllərimizi qaçırdıq bir-birimizdən
    və gözlərimizi qaçırdıq
    başqa başqa yerlərə baxarkən, əslində bir-birimizə baxarkən
    Yaşamaqdan qorxduğumuz dəqiqələri qaçırdıq.

    İndi sən məhrum
    və mən ola bildiyimcə azad, ola bildiyimcə günahsız
    səni yazıram suya

    Səni sevirəm
    sən mənə heç söyləmədin amma
    mən suya baxıram və

    səni
    görürəm

    Alinti
#26.11.2009 00:30 0 0 0