Öz Türkce SÖZCÜKLƏR

Son güncelleme:
  • ÖZ TÜRKÇƏ SÖZCÜKLƏR

    ÖZ TÜRKÇƏ SÖZCÜKLƏR

    Dillə eləcədə sözcüklərlə bağlı danışıb yazmaq , bilgi ötəsi sorumluluq istər. Bu sorumlulğa titiz düşüncə yürütməklə souynmaq olar . Bilik yerinə olasılıqlara sarılaraq düşüncə yürütməklə, qaş düzəldiyimiz yerdə göz çıxardarıq . Ona görədə bir ulusun ana varlığı olan dilə sayqılı davranıb, biliklərimizlə önərilərimizi özəl düşüncələrdən uzaq içdənliklə sunmalıyıq . Bu yoldə Azərbyacanda əskidən " terminolji komitəsi " Türkiyədə isə " Türk dil kurumu " yetərli olmasada çalışmışlardır . Bu suçlamamın nədəni bu iki ölkəyə dil vergisi vermədən soxulan minlərlə yabancı sözcüklərin olmasıdır. Bunların soxulmasında dildən sorumsuz görünən alverçi , muğənni , işçi, siyasətçilərin yanında , dildən sorumlu olmaları gərəkən yazıçıların , qoşuqçuların, fəlsəfəçilərin , qəzetəçilərin , dilçilərində yabancı söz vurğunluğundan dolayı payları vardır . Bu vurğunçuluq qarşısında savaşmadan uduzmuş durumda olaraq yabancı sözcüklərə özgəçilik ( kapitülasyon) payı veririk .

    Yuxarıda adlarını çəkdiyim dildən sorumsuzlara bu yöndə bir söz deyilərsə, çiyinlərin silkələməkdan başqa nəsnə deyəcəkləri olmaz . Ancaq dildən sorumlu olanların bu yöndə suçlamalar qarşısında yersiz , anlamsız yorum yozumdan başqa nə deyəcəklərini bilmirəm . Bunların bir çoxları " Sözün doğrusuyla " anlamlı dilçilikdən uzaq yalnız " məndə " varam demək üçün toplumu çaşbaş salmaqdan başqaq nəsnə edəməzlər .

    Ömər Faiq Nömanzadə hardasa 100 il bundan öncə demiş " iyrənmiş ərəb , fars sözlərini yan yana düzüb, ədəbiyat demək , ədəbiyatı bilməmək deməkdir " . Bu anlamda alışılmış , ölməz ( klasik ) denilən bir çox nazimi qoşuqçu alaraq çiyinlərimizə yüklmişlər , daşıtdırırlar . Salman mümtaz M . Ə. Sabirə Türk qoşuqçularından hansını bəyəndiyini sormuş. Sabir N. Kamalla , R . Əkrəmin adlarını demişdir . S . Mümtaz isə , T . Fikrəti sorduqda " O ərəb şairidir " yanıtlamışdır .

    Doğrusu bu gün əruz dışında yazılan Y. Əmrədə, Q. Burhanətdindən , Tufarqanlı.Abbasdan öz türkcə bir dizi oxurkən , yüz illər ötsədə dilmanca eləcədə yorum yozuma gərəkmi var !? Bu əngin göy kimi açıq Türkcədir, ərəb saçı kimi qarışıq əruz deyildir . Ona görədə Kaşğarlı Mahmut çəkinmədən Bağdada öz Türkcəsilə axın etmış , şımarıq ərəb xəlifəsinə " Türk atı ərəb atından yürək olduğu kimi , Türk dilinində ərəb dilindən yürək olduğunu bildirmiş " . Bu biliklə ürək işini Y. H. Hacəb QUTADQU BİLİKlə süsləmış , Türkcəyə dırnaq ucu yan baxanları Ə ,Ə , Nəvayi eyləmlərlə( Fiillərlə) məhkəməlik ( Muhakimətülluğətenlə ) etmişdir .

    Fuad Köpürlünün " Dədə qorqudu tərəzinin bir tayına , qalan klasik Türk ədəbiyatını o bir tayına qoysan, dədə qorqud ağır basar " deməsi doğrunu yansıdır. Bu gerçəkliyi dartışmaq , Türk dilinin özəlliklərini bilməyənlərə söz payı verə bilər . Onun ötəsi çənə yormaq üçün yorum yozum ola bilər . Dədə qorquda olan deyim biçimlərini biriləri ilkin yazım örnəkləri kimi görürlər , ancaq onlar gerçək Türk tümcələrini yansıdar. O tümcələr ilkinliyi kimi də gözəlliyilə özəlliklərini qoruyub saxlamışlardır . Bizm bu gün çeviri dillə danışdığımız aydındır. Tümcə vurğularımız ərəb, latin , ingilis dillərindən çevirmələrdir . Buna görədə Türkcənin sözcükləri tümcəyə uuym saxlamır. Bu nədənlə dilimizə yabancı sözcüklərin girməsi erkən mənimsənir .

    A .M .Vongaben " Əski Türkcənin grameri" yapıtında deyir : " İndiyə kimi Türkoloqlarla dilçilər, gerçək Türkcənin diltörəsini anlıyamamışlardır ". Dədə qorqudu oxurkən dodaqların arasında qalan o gözəl Türkcənin dadına doymamağın nədənidə bu ola gərək .

    İndiyə kimi Türkcəni topluma sevdirməmişik desəm , suçum boyun qırmaz . Bildiyimiz kimi bir çox xaqanlarımızda Türkcədən hürkmüş , özgəyə tapınmış , " özgə çıraqlarına yağ olmuşlardır ". Bunların saysız örnəkləri geçmişliyimizdə ( tariximizdə ) vardır. Mən bunun ana nədənlərini belə özətlirəm :

    1- Egemənlik öncüllüyü : Türk xaqanları egemənlik dönəmlərində öncüllüyü siyasi , əsgəri yönətimə vermiş , öz dilinə qarşı sorumluluq duymamış , bunun tərsı başqa dillərə qayğı göstərmişlərdir . Qəznəli Mahmutdan , Qacar, osmanlı saraylarına kimi bir çox örnəkləri vardır . " özü Türk oğlu Türk , Amma deyir Türkü cəhalətdir " ( M . Şəbüstərli )

    2 - Ülkü düşgünlüyü : Xaqanlarımız bütün geçmişlərini egemənlikləri üçün yadırğayıb , unutqanlığa vardıqları kimi , qoşuqçularımızla bilginlərimizdə yansılama eləcədə sayruluğuna tutulmuşlardır . Ona görədə özgə ölçütlərlə " Bu düşvar asan olmamışdır ". Toplumla bilginlər eləcədə qoşuqçuların aralarında anlaşılmazlıq duvarı hörülmüşdür. İslam inancının aşıladığı ərəbcə egemənliyidə Türkcənı dar alana sıxışdıraraq yeni sözcüklərin törənməsini qısıtlamışdır .

    3- Dil bilgisizliyi : Üstə yorumladığım iki ana nədənin aşıladığı sonucu ,Türkcə doğru düzgün incələnməmiş , onun gəlışmə yolları göstərilməmişdir . Bu nədənlə Türkcəyə qarşı bir ön yarğı söz konusu olmuş , bilimdən dışlanmışdır .

    Bu son nədənlə bağlı bir az genış yazmağı düşünürəm . Umarım yorumlarımda gerçəkləri deyə biləm .

    Türkcənin gözəl özəlliklərini bilmədən , dil bilgisindən uzaq əskidən ərəb , fars indisə avropa dillərinə vurqunluq duyulub , Türkcə sözcüklər kölgədə qalmış , unudulmuşdur . Bunun yorumunda dilçilər sürgünə göndərdikləri Türkcələri " arxeyqləşmış " deyə dışlar , yabancı sözcüklərə " vətəndaşlıq " vermədə sakınca duymamışlardır . Bu işində bir nəçə nədəni vardır . Biriləri bilikli olaraq Türcəyə qarşı qaşınmalarından ( alerji) dolayı bu işi görərlər. Onlara nədən bu işi gördüklərini sorarsan dillərini ayaxlarından uzun göstərərək " Türkçə bilim dili deyil ", " yetərsizdir " kimi anlamsız nədənlərlə öz bayağılıqlarını göstərərlər . Bu kəsimlə dillə bağlı söz verib, almaq yersızdır. Biriləridə yabancı sözcüklərdən pozla bilik süsü olaraq yararlanırlar . Bunlarında ağızlarına " nə böyük söyləyirsən " deməklə anı dağlarına yolamaq olar . Ancaq biriləri isə bunu dilçilik adına görürlərdir . Bunlar qaranlıq düşüncələrə qapılıb, dediklərində dirənər , gerçəyi bilsələr belə üzlərinə gəlməzlər . Bunlarla doğrudan savaşmaq gərəkir . Bunlar sözdə bu ulusun dostusalar, işdə qənimidilər . Bu nədənlə onların bellərinə yüklənmiş ad sana baxmadan öz dillərilə danəşmaq gərəkir.

    Türkçəni indiyə kimi qoruyan dilin özü olmuşdur . Dilin səs uyuşumula ( ahəng qanunu) əklərin çoxluğu bu qorunmanın təməli olmuşdur . Səs uyuşumu dilin pozulmamasını , eklər isə yeni sözlərin yaranmasınıa olanaq sağlamışlardır . Türk dili matimatik kimi düzənli bir dil olmağıyla yanaşı , döğa musiqisi dilidir . Bu dildə doğada olan bütün səslərdən fiil düzəltmək olar . Örnək üçün "Ş " şaqqıldadı , " T " Taqıldadı , " z " zıqqıldada, ... Bir sözlə Türkçəylə doğanın bütün varlığını çizmək olar . Gələcəkçi ( fütürist ) N. Hikmətin qoşqusunun en gözəl yönlərini bu doğa səsləri duydurur . Bu səslərdən yaranan sözlər Türkçəyə özəldir . Belə bir özliklərlə varlı olan dili dilnçiliyə götürmək bilim adına olduğu kimi insanlıq adınada yaraşmayır . Bu dilənçi dilçilik Türkçəni yoxluğa götürən bir yoldur . Buna onay verənlər bu dilin qənimləridilər .

    Biriləri bunu dil alış verişi olaraq görürlərdir . Ancaq burada yanılırlar. Türkçənin Yapı özəllikləri geçmişdə basqısı altında tutulan ərəb, fars inidisə Avropa dillərindən ayrıdır . Bu dillərdən gələn sözlər Türkçənin özəlliyi olan səs uyuşumuna uymaz , dildə qarışıqlıq yaratdığı kimi deymdədə çətinlik çıxardar . Bu konunun başqa bir olumsuz yönünü eski TDK başqanlarından Prof. Dr. H. Zülfikar belə dəyərləndirir :

    " Yabancı kökənli termin Türkçəsini / Türkçədə bu kəlməyə qarşılıq bulunmaz , bu kavram Türkçə olaraq ifadə edilməz . Bulunan qarşılıq əsas anlamı verməz / gibi çeşitli səbəblər irəli sürərək kullanmamak bir bakıma düşüncənin olgunlaşmasına ,bilginin yayılmasına əngəl olmak deməkdir . Türətilən kəlmələrin zamanla anlam gennişləməsinə uğradığı bir gerçəktir . "

    " Konu öğrenim çağında bulunan öğrənciler açısından çok daha önəmlidir . Konsantrasyonla , rezistans terimləri dilimizdə yoğunlaşma ilə dirənç sözlərilə karşılanıyor . Öğrəncilər bu Türkçə kəlmələrin tanımlarını öğrənmədən öncə köklərdəki anlamlardan eklerdeki görəvlərdən bəlli bir çağrışıma ulaşarak bu sözləri kavraya bilməkdədirlər . Halbuki batı dillərindən geçən karşılıklarını özəl olaraq öğrənmək zorundadırlar . Bu tür kelimelerin telafuzlarıla yazımlarıda öğrəncıyə ek bir yük gətirir ". ( Terim sorunları, terım yapma yollar . s . 25- Prof . Dr. H. Zülfikar)

    Məncə yabancı sayruluğuna tutulanlara , gərəkən yanıt yetərincə bu tümcələrdə verilmişdir . Nədənsə biriləri Türkçəyə qaşınmalarından dolayı yenədə başqa olumsuzluqlar irəli sürürlərdir . Bunlar bilincdən uzaq içlərində olan pıslıyı araya qoymaqdadırlar .

    Türkçənin dil özəlikləri egemən olan dillərdən ayrı olduğu üçün , onlardan borc almada öz varlığını itirər yavaş - yavaş başqalaşmağa doğru gedər .

    Min ildən artıqdır Türkçəyə ərəbcəilə farscadan çoxlu sözlər gəlmişdir . Bu sözlər bu dilin özəliyini daşımadıqları üçün qısır qalmış , ölülərilə də bu dilə yük olmuşdur. Bu gün belə Azrbaycan Türkcəsinə baxsaq bu iki yabancı dilin sınlaqı ( məzarlığı ) durumunda olduğu görünür. Bir çox sözlər anlamlarını belə dəyişmiş , köksüz duruma gəlmişlərdir . Sözlərin yaranmasında mitilogiyanın etgən olduğunu düşünsək , bu yanlış işlə bilimlə insanlığa nə kimi pislik etdiyimiz aydın görünər . Biz dilənçi dilçiliklə yalnız öz geçmişimizi baltalamır başqa uluslarında uyğarlığını pozuruq ( Təhrif edirik ) . Bu gün ölü ( arxeiq) söz deyə arı Türkcə sözləri tapıb üzə çıxartmaq , geçmişliyimızə ışq tutmaq , Türk uyğarlığının yeni araştırmalarına götürər bizi. Örnək üçün ərəbcəsini işlətdiyimiz " həkim " sözü " yerinə Divani luğatı Türkdə olan " sağucu " sözü bütün yönlərilə ağır bastığı kimi bir bilim uyğarlığınında göstərgəsidir . Həkim sözünü bütün bitikləri toplayaraq Türkcələşdirib , bir Türkə anlatmağın çətinliyni bilməmiz gərəkir . Ancaq yazıb , oxuması olmayan bir Türkə "sağatmaq " fiilindən "sağucu " adının düzəltilməsini açıqlayıb , anlatmaq çətin olmaya gərk . Biz yüzlərlə yaşaya biləcək sözlərimizi öldürməklə öz geçmişimizi baltalar, qırımlara ( duşmanlara ) " Ətraki bi idrak ", " köçəri , bayağı Türk " kimi qara yaxma söz payı veririk . Örnək üçün , 1 000 ilə yaxın yaşı olan bir bitiktə ( Divani luğati Türkdə ) ütü (ütük) sözünün olmasi dərin Türk uyğarlığının aydın göstərgəsidir . Yüzlərlə belə sözü sürgünə göndərərək özümüzü gülünc duruma gətirib , dədələrimizin üzünə kölgə salmışıq .

    Bu yabancı sözlər yalnız Türkcəni dilsiz etməmiş , dilin yumuşaqlığında əlindən almışdır . Bu sözlər ipəyə yamanan bez kimi əprik , yaraşıqsız olduqlarından səs uyuşumuna da uymadıqlarından dili də topolamaya götürmüşdür . Azərbaycanın əski dilçilərindən olan Fərhatzadə !926.cı ildə yazdığı ( nə üçün ərb əlifbası Türk dilinə yaramaz ) yapıtində belə bir sonuca varır . Ərəb əlifbası bir dağıdıcı qoşundan çox Türk dilini dağıtmışdır . O , yapıtında bu konunu çox dərindən incələmiş , bilkli olaraq bu sonuca varmışdır . İnanc yoluyla soxulan ərəb , fars sözcüklərinin dağıdıcılığı da o əlfabedən az olmamışdır .

    Məncə Türkcənin söz törədən əklərini başqa dillərin fiilərilə tartının gözlərində ölçərsək, eklərimiz ağır basar . Doğanın bir səsindən minlərlə fiil , fiillərdən çeşitli ad, sifət düzəldə biləcək bir dilin yaramaz dilənçiliyə gərəyimi var !? Yazıb oxuması olamyan dədələrimiz gərəyində altun kimi gözəl sözcükləri düzəldib , bizə ərməğan etmişlərdir. Biz bunu başara bilmiriksə suçu dildə deyil , öz biliyimizdə , bacarımızda bilməliyik .

    Bu gün dilin qorunub saxlanması eləcədə gəlişməsi yazqan əlinə alıb , dildən yararlananların borcudur. Bu nədənlə yabanı sözcükləri gömrükdən girmədən öncə yaxalayıb , adını dəyişdirərək Türk ölkələrinə giriş verilməlidir . Bu yolda dilçilərlə yanaşı yazıçının , qoşuqçunun , gəzetəçinin də ulusal görəvlərindən biri bu olmalıdır . Bir ölkəyə girən kiçik bir maldan vergi alındığı kimi , söz vergisinində alınması gərəkir . Yoxsa dil yabancı dillərin atıqlığına çevrilə bilər . Bu iş görülərkən Sayın Prof. Dr .H . zülfkarında bir uyarsını göz önündə tutmamız gərəkir .

    " Terim türətmək mekanik olaraq bir köklə bir əki birləştirmək demək deyildir . Bu bəsit işi hər kəs yapa bilir . Terim yaparkən dilin incəliklərini bilmək , kəlmənin səs , ahənk , yapı yönlərini hesaba qatmaq , qarşılayacağı kavramı hər yönüylə iyi dəğərləndirmək gərəkir . Ötə yandan türətiləcək kəlmənin bir istetik yanının da bulunması gərəkdiyini unutmamaq gərəkir ". ( Terim sorunları , terim yapma yollar . S. 40 )

    Bu konu sözcük düzəltmə yolunda çox önəmlidir . Türkiyədə "camaşır makinesi " , Azərbaycanda isə " paltaryuyan maşın" deyə işlənir . Türkiyədə düzəldilən sözün türkcəylə yaxından uzaqdan ilgisi yoxdur . Farsca bir adla ( came ), fiilə (Şır , şostən) latincə ad ( makin ) artılaraq düzəldilmışdir . Nədənsə Türkiyədə Türk qardaşlarımız dedikləri başqa Tür ağızlarından yaranmağa ərinmışlərdir . Bu gün Azərbaycanda toplumun mənimsədiyi çox gözəl Türkcə sözlər vardır , bunların yerınə Türkiyədə indi də yabancı sözlər işlənir . Örnək üçün bütün türk dilinin özəlliyini , gözəlliyini daşıyan " çimərlik " sözü , "plaj " yerinə işlənir . Yazıb oxuması olmayan qoyuna çimənlikdən danışsan anlayacağı kimi , yazıb oxuma öyrənməyən çoçuğa da çimərlikdən danışsan " o nə " deməyəcəyi aydındır . Ancaq nədənsə üzü batıya mıxlı Türkiyədə bu yöndə sözdə qardaşlıq varsadə , iştə görünmür .

    Söz düzətməkdə sözün gözəlliyinin , yumuşaqlığının toplumun mənimsəməsi açısındanda önəmlidir . Bu gün Türkiyədə devlətin dilə azda olsa qayğsından dolayı öz Türkcə minlərlə yeni sözü topluma mənimsətdirilmişdir . Bu sözlərin içində yüzlərlə səs uyumuna yumayan sözlərdə vardır, ancaq toplum bunları gərksinim olaraq mənimsəmişdir .

    Türk dilinin kurallarına uyaraq yeni sözlər yapılmalı , geçmışdə olduğu kimi səs uyumuna uymayan sözlərin düzəltməsi aza endirilməlidir . Mən Azərbaycanlı qoşuqçu R. Rızanın " Tərcümeye hal yerinə " , önərdiyi " illərliyi " sözünü Türkiyədə mənimsətilən " öz geçmiş " sözündən daha gözəl eləcədə doğru bilirəm . Burada qoşuqçunu incə ruhu sözü bayağılıqdan uzaq mum kimi yumuşatmışdır . Una görədə söz yaradılarkən qoşuqçılarında düşüncələrini alarsaq qazancımız çox olar .

    Türkçənin söz düzətmək olanağı dartılışacaq deyildir . Bu gün acunun ən uzun sözü olaraq bilinən " Çekoslavakiyalaşdıramadıqlarımızdanmısınız ?" Bir muzik deyilsə nədir !? Neçə kəz söz hallanıb , anlam dəyişib , Türkçə əklərin uyumundə pozuqluq yoxdur. Bax budur dil teknolijisi .

    Burada F. H. Dağlarcanın bir sözünü anımsayıram . " Mən Türkçəmi yüzdə doxsana çıxartmışam ." 50 ildən artıq bu sözü deyən ulusun yeni quşaqları nədən övünərək deməsin " mən yüzdə yüz Türkçəylə yazıram ". Bu yüzdə 90 o böyük qoşuqçunun səzünü əzik deyil çox dadlı , çoxda gözəl göstərmişdir .

    Burada Şəhryarın bir dizəsini demədən geçəmirəm. " Türkün dili tək sevgili istəkli dil olmaz özgə dil qatsan bu əsil dil əsil olmaz " .

    Burada deyinəcəyim başqa bir konu isə, ərəbcədən aldığımız " və "ilə farsçadan aldığımız "ke , ki " bağlaclarıdır . Tümcə tikimində iri sap yerinə işlənən bu bağlaclara gerçək Türkçədə yer yoxdur . Bunlar Türkçənin sözdizimini ( sentaksını) pozmuş , dilin axıcılığını önləmişdir . Dədə korkutda mirzənin suçundan bu bağlaclar azda olsa vardır . Bunlar olmayan yerdə dədə qorqud bal kimi dadlı , çay suyu kimi axıcıdır . Bunlarsız tümcələrimiz daha gözəl daya axıcı olur, deyə düşünürəm . Bunlar diltörəmizi en etgiliyən eləcədə pozan etgənlərdir . Bunların yerinə dilimizdə "la , lə , ila, ilə ", " kən , " kimi doğma bağlaclarımız vardör . Ərəblər kimi " Leyli və məcnun " deyildisə , Türk kimidə " Əslilə ( ilə ) kərəm " daha çox deyilib mənimsəndi . Bu iki yabacı bağlacda bir bayağılıq , qondarmalıq sezilməkdədir .

    Günümüzdə ortaq Türkçənin necə olması danışılır . Məncə ortaq Türkçə arı yazılan Türkçə olmalıdır . Bu arı Türkçə çağla çeşıtlı ağızlarıda birləşdirər . Bu yolda Bütün Türk ağızlarında olan arı Türkçələrə öncəlik verilməlidir . Hüsen Kazım Qədrinin dərləyib , topladığı " Türk lüğəti " sözlüyü bu yola klavuzluq edə biləcək bir qaynaqdır . Umarıq bir gün bu çox dəyərli qaynaq yenidən bastırıla .

    Burada önərilən ÖzTürkçə sözcüklərin ana qaynağı Türk dil kurumunun " Bilgi " bölümünün sunduqlarıyla yanaşı Ali Püsküllüoğlunun " Öz Türkçə klavuzu " , Dədə qurqud , eləcədə kemal Demirayın " Təməl Türkçə sözlük " lər olmuşdur .

    Burada bir çox səs uyuşumuna uymayan önərilər vardır . Bunların gələcəkdə aza endirilməsi ümidilə .

    Yeni önərilən sözcüklərin əklənməsilə iki aydan bir yenidən sunulacaqdır.

    Ersan Erel

    A

    Aberasyon .Fra : Sapınç

    Abone. Fra : Sürdürüm

    Absoulute frequency. Ing : Kəsin sıxılq

    Adres -fra : Yöngə

    Afoni.fra : səs itimi

    Agnostik : fra : Bilinemezci

    Agrafi . yunan : Yazma yitimi

    Ağıl .ərəb : us

    Ajanda. Fra : Andaç

    Akronim. Ing : Qısma ad

    Aksesuar. Fra : Donatımçı, bəzəkçi

    Aksiyon . fra : Bəlit

    Aktuel .fra : Güncəl

    Alakart ( a la carte ) fra : Seçimli yemək

    Alerji. Yunan : Qaşınma

    Alg . latin : Su yosunu

    Alternatif . fra : seçenek

    Albinas . Fra : Ağşın

    Amblem ( ambleme ). Fra : Bəlirtkə

    Ampirik ( empirique ). Fra : Dənəyə dayalı n

    Anarşi .yunan : Dərəbəylik , qarışıqlıq

    Anartri. Fra : Dil tutuqluğu

    Anatomi .yunan : Gövdəbilim

    Animasiyon . fra : Canlandırma

    Angajman ( engagement ).fra : Bağlantı

    Agnosi : fra: Tansızlık

    Agrandisman.fra : Büyültmə

    Angajman . Fra : Bağlantı

    Anket. Fra : Sormaca

    Anomali . fra : Sapaqlıq

    Anons.fra : Duyuru

    Ansambl ( ensemble ) . fra : Topluluq

    Ansikloprdi . fra :Bilgilik

    Anten . Fra : Duyarqa

    Anti . yunan : Qarşı

    Antipati ( antipathie ) . fra : Sevimsizlik , soyuqluq

    Antipatik .fra : sevimsiz , soyux

    Antitez . yunan : Qarşısav

    Antre .fra : Giriş , Başlanqıc yeməyi

    Aranjman . fra : Düzənləmə

    Aranjör. Fra : Düzənləməçi

    Arbitraj. Fra : Ara qazanc

    Arboretum . latincə. : Ağac parkı

    Arketip( archetype) . fra : İlkörnək

    Aroma. İtaliyanca : Xoş qoxu (gözəl qoxulu)

    Aromatik: Xoş qoxulu ( gözəl qoxulu)

    Artikülasyon (articulation). Fra : Boğumlanma ( dilçilikdə )

    Asimilasyon . fra : özümləmə

    Asparagas .ing : Şişirmə xəbər , Şişitmə sav

    Astronom . fra : Göybilimci

    Aupair. Fra : Baxıcı

    Aut . ing : Dışarı

    Avangart ( avant-garde ) . fra : Öncü

    B

    Bakirə. ərəb : Ərdən

    Balans . fra : Dəngə

    Barikat . fra : Önləc

    Bariyer ( barriere ). Fra . Əngəl

    Barkod (barcode). Ing : Çizgi imi

    Bearish . ing : Düşən ( alverdə )

    Bestseller . ing : Çoxsatan

    Bedminton . ing : Tüklütop

    Bədbin . fars : Qaramsar

    Bədir. ərəbcə : Dolunay

    Bəlağət .ərəb : Sözbilimi

    Bəyannamə . ərəb : Bildirgə

    Bəyanat . Ərəb : Dəməç

    Biblografija .ərəb : Qaynaqça

    Biyografi. Yunan : İllərlik , yaşam öyküsü

    Biyolog . yunan : yaşam bilimci

    Blactop. Ing : Küçə basketbolu ( Küçə səbəttopu )

    Blokaj ( blocage) fra : Tutmaq , durdurmaq

    Boarding gart . ing : Uçuş kartı

    Bolometre .fra : Işınımölçər

    Botanik . fra : Bitgi bilimi

    Bounspas . İng : Səktirmə pas ( səbəttopda )

    Brand extention . ing : Marka türləməsi ( im türləməsi )

    Branş.fra : Dal , qol

    Brifing . ing : Özətçə

    Buldozer. Ing : Yoldüzər

    Bullish . ing : Yüksələn (alverdə )

    Burjuva .fra : Kənsoylu

    C

    Cani .Ərəb : Qıyıcı

    Carry trade. Ing. Araqazanc alveri

    Casting , ing : Oyuncu seçimi , yoxlama çəkimi

    Casus . Ereb : Ağızlıqçı

    Cərəsəqil . ərəb : Qaldiricı

    Charter. Ing : Dolmuş uçaq

    Check-list .ing : Dənətim çizəlgəsi

    Check-out.ing : Çıxış işləmi

    Cihaz. ərəb : Ayqıt

    Cinayət. ərəb : Qıyım

    Clearing . ing : Takas

    Clip kart. İng : varlık kartı

    Ç

    Çare . fars :Umar

    D

    Datif. Fra : Yönəlmə durumu

    Dealline. Ing : Sunan

    Debi.fra : Axım

    Defakto . latincə : Edimli

    Defans. Fra : Savunma

    Defroster. Ing : Buz çözər

    Deprasiyon.fra :çöküntü

    Detay. Fra : ayrıntı

    Demogoji.fra . Duyğu sömürüsü

    Demokrasi.yunan : Elerki

    Demokratik. Yunan : Elergil

    Deolasman.fra : Dişsaha

    Destinasyon. Fra : Varacaq , varışyeri

    Detant. Fra : Yumuşama

    Deterjan. Fra : Arıtıcı

    Determinizm . fra : Bəlirlənimçilik

    Determinist .fra : Bəlirlənimçi

    Developer. Ing: Yüyənəc

    Dezenformasyon. Ing :Yanıltma

    Dəlil . ərəb : Bəlgit

    Dərman.fars : Toxdac

    Diaspora . fra : Qopuntu

    Difraksiyon .fra :Kırınım

    Diktatör . Latin : Buyurqa

    Dinamo. Fra :Sürükləyici , Gücləndirici

    Direksiyon. (rol , fərman ) fra : Yönəltəç

    Direktif . : Yönərgə

    Direktor . fra : Yönətmən

    Disiplin . Fra :Düzəncə

    Disponibilite . fra : Hazır pul

    Diyalekt. Fra: Ləhcə ,ağız

    Diyalektik materyalizm .fra : Eytişimsəl özdəkçilik

    Dogma. yunan : İnaq

    Dogmatik .fra : İnaqsal ( inaqçı )

    Doktrin. Fra : Öğrəti

    Dominant . fra :Baskın

    Done, data .fra : Veri

    Donor . fra : verici

    Dripling . ing : top sürme

    Duayen .fra : ağsaqqal

    Dünya .ərəb : Acun

    Düşman. Fars : Qırım

    E

    Edisyon. Fra : Baskı, çap

    Editör. Fra : Yayımçı

    Egoist .fra : Məncil

    Egosantirik .fra : Məniçinçilik ( Mənüçünçülük)

    Egzistansiyalist. Fra : Varoluşçu

    Ehsas . ərəb : Duyum

    Ehtimal .ərəb :Olasılık

    Eklektik ( eclectique ).fra : Seçməçi , karmacı

    Ekliptik. Fra : Tutulum

    Ekran. Fra : Görüntülük

    Eksantrik (excentrique ). fra: Dış mərkəzli

    Eksperimantalizm . fra : Dəneysəlçilik

    Eksper. Fra : Uzman

    Ekspersyonizm.fra : Dışavurumçuluq

    Eksperyans. Fra : Dənəyim

    Ekspozisyon (exposition ). Fra : Eərgiləmə , sərgi

    Elmi.ərəb : bilimsəl

    Embriyo. Fra : Oğulcuq

    Emperyalizm. Fra : Yayılımçılıq ,Sömürgəçilik

    Empresyonist. fra : İzlənimci

    Emprivizasyon . fra : Doğmaca ( filbədahəe)

    Endirek . ing: Çiftvuruş , ikilivuruş ( ayaxtopunda )

    Endeks .ing : Dizin , göstərgə

    Enerji. latin : Erkə

    Ensklopediya. Ing: Biliklik

    Enfeksiyon. Fra : Bulaşma

    Enflasyon .Latin : pulçoxluğu , Para şişginliyi

    Enformasyon ( information ).fra : Danışma , tanıtma , savlaşma ,bilgiləndirmə

    Ent ( hand ). Ing : Əl. Əllə oynama

    Entegrasyon . fra : Bütünləşmə , uyqunlaşmaq

    Entelektualizm .fra : Anlıqçılıq

    Epidemi.fra :Salqın sayruluq

    Epigrafi.fra : Yazıtbilimi

    Epilog .yunan : Sondeyiş

    Episantır . Fra : Deprem ortası

    Eskiz .fra : Taslaq

    Estetik. Yunan : gözəllik

    Ethnos. Yunan : Ulus , budun

    Etimoloji.yunan : Kökənbilim

    Etnik . yunan :Azınlıq, budunsal

    Etnografya . yunan : Budunbetim

    Etnolog .yunan: Budun bilimci

    Etnoloji. Yunan :Budun bilimci

    Ə

    Ədalət .ərəb : Türə

    Əbədi. ərəb : Bəng , ölümsüz

    Ədəbi.ərəb :Yazınsal, yazımlı

    Ədəbiyat.ərəb : Yazim

    Əfsanə.fars: Söyləncə

    Əlamət.ərəb: Bəlirti

    Əməl.ərəb :Edim

    Əşirət.ərəb : Oymaq

    Əvəz . ərəb : Ödün

    F

    Fabrika . latin : İşlik

    Facia.ərəb : Ağlatı

    Factoring .ing : Alacaklandırma

    Fail.ərəb: Etkən

    Faiz . ərəb : Ürəm

    Faks . fra : Bəlgəgeçər ( bəlgeç )

    Fakslamaq : Bəlgəçləmək

    Faktör.fra :Etkən, etmən

    Fakül.fra :Xal, bənək

    Fantezi. Fra :Düşləm

    Farziye . ərəb: Varsayım

    Fatalizm . fra : Yazqıcı

    Feminism ( feminisme ) . fra : Qadinçılıq

    Fenomen ( phenomene ). Fra - yunan : Görüngü ( felsefede )

    Fenomenizm . Görüngülük (olaycılıq )

    Festival .fra : Şənlik

    Fetşizm ( bütpərəstlik ). Fra :Tapıncaqçılıq

    Fədakar.ərəb, fars : Özverili

    Fəzilət. ərəb : Ərdəm

    Figürasyon ( figuration ) . fra : Biçimləmə

    Fiil . ərəb : Edim

    Fikstür. Ing : Qarşılaşma təqvimi

    Filibustering. Ing : Önləmə, əngəlləmə

    Filtre. Latin : Süzgəç, Süzək

    Final. four . ing : son dört

    Finalizm.fra: Ərəkçilik

    Fitş ing : Ödəşmə

    Fitness. Ing: Sağlam yaşam

    Folklor. Ing :Toplumyazım

    Fonem. Yunan : Səs

    Fonetik.Yunan : səsbiligisi

    Fonoloji . fra : Səsbilim

    Forex. Ing : Döviz , yabancı para

    Forklift.ing : Çatal qaldıraç

    Form .Latin : Biçim

    Formalist. Fra : Biçimçi

    Formasyon .fra :Biçimlənmə

    Forvet ( forward ) ing: İləriuc ( axıncı)

    Forward. Ing : Çatdırmaq , irəli

    Fosil .fra : Daşıl

    Fraksiyon . fra : Bölüntü

    Free-lance . ing : Bağımsız , başına buyuruq

    Free - shop . Ing : Gömrüksüzmağaza

    Fren. Latin : Durduraç

    Full- time. Ing :Tam gün, bütün gün

    Fütürizm.fra :Gələcəkçilik

    Füzyon. Fra : Birləşmə , qaynaşma

    G

    Gag. Ing: Gülüt

    Garaj. Fra : Taşıtlıq

    Genetik . Fra : Soyaçekim , qalıtbilim

    Geoloji. fra : Yerbilim

    Geriatri . fra : Yaşlılıq bilimi

    Global . fra : Kürtüəsəl, Toptan, dünya çapında

    Graben. Almanca : Çöküntü çuxuru

    Grado. Italiyanca : Düzey, seviye , (derece)

    Gramer . yunan : Dilbilgisi

    H

    Haf .ing : Oyun qurucu

    Hakim.ərəb : Egemən

    Hakimiyət. Ərəb : Egemənlik

    Hale. ə rəb : Ayla

    Halüsinasyon . Fra : Sanrı

    Happy- hour .ing : Endirim saatları

    Hat-trik. Ing: üçləmə
    Heca. ərəb : Səsləm

    Heykəl .ərəb : Yontu

    Heykəltəraş . ərəb , fars : Yontuçu

    Həcv . ərəb : Yergi

    Hədəf. ərəb :Ərək

    Həkim. ərəb : Sağuçı

    Həmdərt. Fars. Bündəş

    Həmfikir .fars, ərəb :Düşündaş

    Həmpa . fars : Omuzdaş ,yoldaş

    Həmsədə .fars, ərəb : Səsdaş

    Hedging .ing : Qoruma

    Hədəf. ərəb: Ərək

    Həkkak .ərəb : Oymaçı

    Hərarət.ərəb : İsi

    Hərəkət. ərəb : Devinim

    Hərəkətli. ərəb : Devingən

    Həssas .ərəb :Duyarlı

    Hikayə. ərəb : Öykü

    Hikmət .ərəb : Bilgəlik

    Hilal . ərəb : Ayça

    Hit . ing : Gözdə

    Hiyerarşi .yunan : Sıraqulluq , Ardqulluq

    Hizb . ərəb : Bölük

    Hobi. Ing : Düşkü, uğraşı

    Huquq . ərəb : Tüzə

    Huquqçu : Tüzəci

    Humanist .fra : İnsancıl

    Hücum. ərəb : Axın

    İ

    İddea. ərəb : Sav

    İddeanamə.ərəb, fars :Savca

    İdealist .Ülküçü

    İdeal .fra : Ülkü

    İdentifiability. Ing : Özdəşləştiriləbilirlik

    İdxalat. ərəb: Dışalım , Gətiri

    İdiopati.far : kapan duygu

    İfadə .ərəb : Anlatım

    İflas . ərəb : Batqı

    İhmal .ərəb: Savsaklamak , Usallıq

    İhmalkar.ərəb, fars : osal

    İhtimal. ərəb: Olasılık

    İqtibas. ərəb : Alıntı, aktarma

    İxracat .ərəb : Dışsatım , Götürü

    İxtar. ərəb : uyarı

    İlahiyat ( teoloji ).ərəb : Tanrıbilim

    İlham . ərəb : Əsin

    İllüzyon . fra : Göz bağı , yanılmaca

    İmplant. Ing :Doku əkimi

    İndeks .fra : dizin

    İndividüalist .fra : Bireyçi

    İnformasyon. Fra : Danışma

    İnhisar. ərəb : Təkəl

    İnkar .ərəb : yadsıma

    İnkişaf .ərəb :Gəlışmə

    İnnovator drug. Ing : Öncü ilac

    İnsider . ing : İç ortaq

    İnovatif .ing : Yeniləşimci

    İpnoz ( hipnoz ) . yunan : Uyutum

    Ipotek ( rehin ) . Yunan : Tutu

    İradə .ərəb : istək , istənc

    İrrasyonal. Fra : Usdışı

    Irs .ərəb : Qalıq

    İrsi .ərəb : Qalıtım

    İrtica .ərəb : gerçilik

    İskele . italiya : Yanaşlıq

    İstatistik.fra : Sayıbilim

    İstihsal . ərəb : ürətim , yetirim

    İstisna .ərəb : Ayrıq

    İşarət . ərəb : im

    İzolasyon ( isolation ).fra : Yalıtım

    İzolatör .fra : Yalıtqan

    İzole etmək : Soyutlamaq , yalnız buraxmaq

    J

    Jakobenzim ( jacobenizm ). Fra : Təpədənenməçilik

    Janjan.fra : Yanar dönər

    Jeneratör. Fra : Ürətici

    Jenerik ( generique ) , fra : Tanıtmalıq , Tanıtma yazısı

    Janr ( genre ).fra : Tür, çeşit, biçim

    Jeolog . yunan :Yerbilimçi

    Jooloji . yunan : yerbilim

    Jupiter( Müşterı ). Ərəndiz

    Jüri . ing : Seçici

    K

    Kainat.ərəb : Evrən

    Kalibrasyon . fra : Ölçümləmə

    Kalite ( keyfiyət ). fra , ərəb : Nitəlik

    Kalori.latin : Isına

    Kampüs ( campus) . fra : Yerləşkə

    Kamuflaj .fra : Alalama

    Kantitatif ( quantitatif). Fra : Necəlik ( kəmiyət )

    Kaos ( khaos ) yunanca : Qarışıqlıq

    Kapasite . latin : Sığa , tutum

    Kapital . fra : Anamal

    Kapitalist. Fra : Anamalçı

    Kapitülasyon . italia.fara : Özgəçilik

    Karakter .yunan : Özyapı

    Karbonado . ispanca : Kara elmas

    Karizma ( charisma ). Yunanca : Etkiləyicilik

    Karvan. Fars : Arğış

    Kaşif .ərəb : Bulqucu

    Katarak .yunan : Ağsu

    Kehanet . ərəb : Bilicilik

    Keyfiyət- ərəb : Nitəlik

    Kəmiyət .ərəb : Nicəlik

    Kəşf . Ərəb : Bulqu , buluş

    Kəşfçi . ərəb : Bulqucu

    Kifayət.ərəb :Yetərlik

    Kitab. ərəb : Bitik

    Kitabə .ərəb : Yazıt

    Kitabxana . ərəb, fars : Bitiklik

    Klasik .Latin , fra : Alışılmış

    Klasör . fra : Qovluq , siralaç

    Koalisyon. Ing : İşbirliyi

    Kolaj. ( collage ) : Kəsyap

    Kolonyalist .fra : Sömürgəçi

    Kokpit. Ing : Pilot köşkü , uçaqçı köşkü

    Koleksiyon .fra : Dərləm

    Kolektivizm : fra : Ortaqçılıq

    Kombine .fra : Birləşik, toplu

    Komedi. Fra : Güldürü
    komünikasyon.fra : İlətişim

    Kontak .fra : Sürtüşmə

    Kondisyon ( condition ). Fra : Erk ( güc)

    Konfigürasyon .fra : Yapılandırma

    Konfeksiyon .fra : Geyimevi

    Konjonktür ( conjoncture ).fra : Əlverişli , topludurum

    Konkre . fra : Somut

    Kornometre. Yunan : Süreölçer

    Konserv. Fra : Dinləti

    Konstellasyon. Ing : Takımulduz

    Konsolidasyon .fra : Pekişdirmə , gücləndirmə

    Kontrat . italiya. Sözləşmə

    Konvertibl ( convertiblr ) . fra : Çevrilgən

    Koridor. Fra : Geçenek, geçid

    Korelasyon ( correlation ) . fra : Bağlılaşım

    Kozmoloji. Yunan : Evrənbilim
    Kozmopolit . Yunan : Evrəndəş

    Kozmos (kosmos ) .yunan : Acun , evren

    Kredibilite . Fra : Güvənilirlik

    Kriminoloji . fra : Suçbilim

    Kripto .fra - yunanca : Sakli yazı , gizli yazı

    Kriptoloji. Fra : Gizli yazılar

    Kriter. Yunan : ölçüt

    Kriz .yunan : Bunalım

    Kronik. Yunan : süregən

    Kronoloji . yunan : Zamanbilimi

    Kuvöz. Fra : Yaşanaq

    Kültür. Fra.latin : Əkin

    Kültürel. Fra : Əkinsəl

    Küratör . ing : kollayıcı

    Q

    Qaidə . ərəb : Kural

    Qəbilə . ərəb : Boy , Oymaq

    Qələm . ərəb : Yazqan

    Qənaət . ərəb : Kanı

    Qurbangah.ərəb,fars : Sunaq

    X

    Xəbər . ərəb : sava

    Xəbərçi . Savaçı

    Xəstəxana . fars : Sayruevi

    Xəyal. ərəb : İmgə

    Xəyalpərəst . Ərəb, fars : Düşçü

    Xilqət .ərəb : Yaradılış

    Xoşbin .fars : iyimsər

    L

    Lap-top . ing : Dizüstü

    Legal.fra : Yasal

    Liberal .fra : Ərkinci

    Liberasyon (liberation ) . fra : Özgürlük , ərkinlik

    Liberalizm .fra : Ərkincilik

    Libero . İng : son adam

    Light . ing : yumuşaq , yağsız

    Link. Ing : İlişim

    Lirizm . fra , yunanca : Duyğulu , çoşqulu

    Liste. İtaliyanca : Dizəlgə
    Loder . ing :Yükləyici

    Logo . ing : Ayırmac

    Lojistik .fra : Donanim

    Lot .fra : Tutam , pay

    M

    Maaş .ərəb: Aylıq

    Maç.ing : Qarşılaşma , yarışma

    Madde. ərəb: özdək

    Maddi. ərəb :Özdəkçi, özdəksəl

    Mahiyət.ərəb :Özlük

    Manzara .ərəb : Görünüm, görünüş

    Markaj ( marquaqe). Fra :Tutma , kölgələmə

    Marketing . ing : Bazarlama

    Materyal.latin: Gərəç

    Materyalist .fra : özdəkçi

    Matka.ərəb : Dəlgi

    Mazoşist. Fra: Özəzər

    Medya( media) ing : İlətişim aracları, ilətişim ortamı

    Mekanizma. Yunan: Düzənək

    Melodi. Yunan : Əzgi

    Metafizik. Yunanca: Fizikötəsi

    Metamorfoz ( metamorphose ) . fra : Başqalaşma , dəyişmə

    Metamorfizm . fra : Başqalaşım, dəyişim

    Metot. fra : Yöntəm

    Metodik.fra : Yöntəmli

    Metodoloji.fra: Yöntəmbilim

    Metropol.fra : Anakənd

    Məbəd. ərəb: Tapınaq

    Mədəni. ərəb : Uygar

    Mədəniyət. ərəb : Uygarlıq

    Məfhum. ərəb: Qavram

    Məful . ərəb: Edilgən

    Məğlubiyət. : Yenilgi

    Məhsul.ərəb : yetir, ürün

    Məktub . ərəb : Yazqı

    Məqbuz.ərəb : Alındı

    Məxrəc. ərəb : Çıkak

    Mələk . ərəb : Bikə

    Məlumat. Ərəb: Bilgi

    Təmas . ərəb : Toxunma

    Təmiz . ərəb : Arı

    Mənəvi. ərəb : Tinsəl

    Mənzumə.ərəb: Dizgə

    Mərasim. ərəb: Törən

    Mərkəz. ərəb : Özək

    Mərsiyə. ərəb : Ağıt

    Məsajş . fra : İləti

    Məsnət. ərəb : Dayanaq

    Məsul. ərəb : sorumlu

    Məsuliyət . ərəb : Sorumluluq

    Məşvərət. ərəb : Gənəşmə ( kənkəş)

    Mətbə.ərəb : Basımevi

    Mətbuat. ərəb : Basın
    Məzar. : ərəb: Sın

    Məzarlıq . Sınlaq

    Məzlum .ərəb: Əzilən

    Məzmun. ərəb : Anlam

    Məznun. ərəb: Sanık

    Middle power.İng : ortaboy ərklət (devlət)

    Miqyas.ərəb : Ölçək ( Ölçüm )

    Milenyum ( milenium) . ing : Minil

    Miras. ərəb :Qalıt

    Misra. ərəb :Dizə

    Mistisizm . latin : Gizəmlilik

    Misyon.fra : Görəv, özgörəv

    Mit. Yunan : Söyləncə

    Mizrab. ərəb : Çalgıç

    Modern . fra : Çağçıl ,

    Modernizm.fra :Çağdaşlıq

    Monarşist .yunan : Birerki

    Monopol. Fra : Təkəl ( inhisar )

    Monotizm.fra : Tək tanrıçılıq

    Monoton. Yunan : Durğun, Təkdüzə

    Montaj. Fra: Qurqu

    Morfem.yunan : Biçimbilim

    Morfoloji.yunan : Yapıbilgisi

    Motel .ing : Ylçuevi

    Motif.fra : Örgə

    Motto. Italyanca : İlkə söz

    Möcüzə . ərəb: Tansıq

    Muamele. ərəb : İşləm

    Muəssisə. ərəb : Qurum

    Muhafezekar. ərəb.fars : Tutucu

    Muhasib.ərəb:Sayman

    Muhteva . ərəb : Içərik

    Muhtəməl.ərəb : Olası

    Muqavimət. ərəb : Dirənc

    Muxtariyət.ərəb : Özrəklik

    Musəhhih. ərəb : Düzəldən, Düzəltmən

    Muzik.yunan: Çalıq

    Mücərrət. ərəb :Soyut

    Mükafat . ərəb : Ödül

    Mükəlləf. ərəb : Yükümlü

    Müqəddəs . ərəb : Qutsal

    Mülkiyət. ərəb : İyəlik

    Mümkün. ərəb : Olanaq

    Mürəttib. ərəb: Dizgiçi

    Mürtəce .ərəb : Gerici

    Müsrif. ərəb : Sovurqan

    Müstəbid. ərəb : Basqıcı

    Müstəmlikə .ərəb : Sömürgə

    Müstəsna .ərəb : Kuraldışı

    Müşahidə. ərəb : Gözləm

    Müşəxəs. ərəb : Somut

    Müşavirə. ərəb : Gənəşmək, danışım

    Müşfiq. ərəb : Sevəcən

    Müştəri. ərəb : Alıcı

    Mütdət. ərəb : sürə

    Mütəcanis (həmcins ). ərəb : Türdəş

    Mütəcaviz. ərəb : Saldırqan

    Mütəfəkir. ərəb : Düşünür

    Mütəxəssis.ərəb : Uzman

    Mütəkamil. ərəb : Olqun , gəlişgin

    Mütəmail. ərəb : Əyilimli

    Mütənasib. ərəb :Oranlı

    Mütəradif . Ərəb : Anlamdaş

    Mütəşəbis . ərəb : Girişgən

    Mütəşəkkil . ərəb : Oluşmuş

    Mütəvali. ərəb : Ardıcıl

    Mütəvazi . ərəb : Göstərişsiz

    Müttefiq . ərəb : Bağlaşıq

    N

    Naturalist . fra : Doğacı

    Naturizm . Fra : Doğaçılıq

    Navigatör ( navigateur ) . fra : Yönləyici ( gəmiçilikdə)

    New age . ing : Çağcil muzik

    New wave .ing : Yeni dalğa

    Nəccar . ərəb( dülgər ). Doğramaçı

    Nəcib . ərəb : Soylu

    Nəfəs .ərəb : Soluk

    Nəsil. ərəb : Quşaq

    Nəzəri .ərəb :Kuramsal

    Nəzəriyə. ərəb :Kuram

    Nəzirə . Ərəb : Bənzər , bənzək

    Nida. ərəb : ünləm

    Nisbət.ərəb : Oran

    Nizam .ərəb :düzən

    Nizamnamə. ərəb, fars : Tüzük

    Nod ( node ). Ing : Düğüm , yumuru

    Nostolji .fra : Yurtsama

    Nüan .fra : Çalar

    Nütq .ərəb : Söyləv

    O

    Obje. Fra : Nəsnə

    Objektif. Fra :Nəsnəl

    Obsesyon.fra : Takıntı

    Ofansif. Ing : Atağayönəlik , Axınçı

    Okazyon. (occasion ) fra: firsat, olanaq

    Oliqarşi.yunan :Takımerki

    Ombudsman . ing : Kamu dənətiçisi ( yoxlayıçısı

    Optimist.fra : İyimsər

    Ordövr ( hors- doeuvre). Fra : Yeməkaltı , ön yemək

    Orijinal.fra : Özgün

    Ornitoloji . fra : Quşbilimi

    Orografya . Yunan . Daş bilimi

    Oryantalist ( şərqşünas).fra :Doğubilimci

    Oryantiring . ing : Yönbul

    Otobiografi.yunan : İllərlik, özgeçmiş

    Otomasyon (automation).fra : Kəndiişlərlik

    Otomatik ( automatique).fra : Kəndiişlər

    Otonom. Yunan : Özrək

    Otonomi. Yunan : Özrəklik

    Otorite .latin : Yetki , güvən

    Otoriter. Latin. Fra : Yetgili

    Outlet center . ing : Fabrikadan stış mərkəzi ( iş satış özəyi)

    P

    Palyatif . fir : Geçici , anlıq

    Pandul.fra : Sarqı, sarqaç

    Panel . ing : Birdəlik ( Toplugörüşmə)

    Panteizm.yunan: Doğatanrıçılıq , Bütüntanrıçılıq

    Pantomim.yunan: Sözsüz oyun

    Paradoks .yunan : Qarşıtlam

    Paralel. Yunan : Koşut

    Parametre. Yunan : Dəğişdirgən , Ölçüt

    Parkur .fra : Qaçış yolu , qaçışlıq

    Parite . fra : Dəyərdəşlik

    Pasif (Məful) Fra :Edilgən

    Patoloji. Yunan : sayrılıqbilim

    Pedagog.yunan: Eğitimci

    Pedagoji.yunan: Eğitimbilim

    Pederşahlıq . fars : Ataerkil

    Peeling . ing : Soyum, derisoyma . Tibdə gözəlləşdirmədə işlənilir

    Pergar. Fars : Yayçizər

    Periyodik .fra : Dönəmli

    Periferi. Fra : Qırax, çevrə

    Periyot ( periode) .fra : Dönəm, sürə, bölmə

    Performans( performance ). Fra : Sonuc, başarım

    Perspektif. Fra : Görüngə

    Pesimist.fra : Qaramsar

    Petrol . latin : Daşyağı

    Peyqəmbər. Fars : Elçi, Yalvaç

    pipe line . ing : Boru xatdi

    Pisimist . fra : Qaramsar

    Pitoresk ( Pitoresque) .Fransızca : Gözalıcı, görünümlü

    Plaj. Fra : Çimərlik

    Plan. Fra : Tasar

    Planetaryum. Fra : Göyevi

    Plasman.fra :Yatırım

    Platform . fra : Alan

    Palyatif. Fra : Keçici

    Play-bak.ing : Söyləmsəmə

    Play-maker. Ing : Oyunqurucu

    Plaza . latin : İş mərkzi

    Plonjon ( plongeon ). Fra : Dalış

    Polifonik . fra : Çox səslilik

    Popüler.fra : Ünlü

    Portere.fra: Dizək

    Portör. Fra : Daşıyıcı

    post it . ing : pusulacık

    Potansiyel . fra : Gizligüc

    Polymerization . fra : Çoğuzlaşma

    Pozisyon .fra : Durum , konum

    Pozitif ( müsbət).fra :Olumlu

    Pozitivizm .fra :Olquculuq

    Plürealist .fra : Çoxulçu

    Pratik. Fra :Uygulama

    Prensip . fra : İlkə

    Pres ( presse ). Fra : Basqı

    Prespektif .fra : Görüngə

    Prestij .fra : Sayqınlıq

    Prezantasyon . fra : Sunuş, göstərmə , tanışdırma

    Prezante etmək : Tanıtmaq , sunmaq

    Prefabrik . fra : Qurma

    Prime- time . ing : Altun saatlar , Dəyərli anlar

    Primtif .latin : İlkəl

    Problem.yunan : Sorun

    Progmatik. Yunan : Yararçı

    Progmatizm.yunan. fra : Yararçılıq

    Program . yunan: İzləncə

    Proje .latin : Tasarı

    Projektör . fra : Işıldaq

    Prolog .yunan : Öndeyiş

    Proses. Fra : Sürəç
    protez. Fra : Taxma

    Provakasyon . fra : Qışqırtma

    Provakatör. fra :Qışqırtıçı

    R

    Radikal.fra : Köktənçi

    Radikalizm. Fra : Köktənçilik

    Radyasyon .Latin : Işını

    Radyoaktif .fra : ışınetkin

    Radyoloji .latin : Işınbilim

    Rahat- ərəb : Ərin

    Raket. Fra. ərəb : Vuraç

    Rambursman. Fra : Geri ödəmə

    Randman. Fra : Verim

    Rapor. fra : Yazanaq

    Rapartör.fra. Sözcü

    Rəsətxana.ərəb,fars: Gözləmevi

    Rasyonalist. Fra : Usçu

    Rasyonalizm.fra : Usçuluq

    Rasyo ( ratio ) . ing : Oran ( nisbət)

    Rasiyonalizm . fra : Usçuluk

    Reaksyon. Fra : Təpki

    Reel. Fra : Gerçək

    Reform.fra : Düzəltim

    Refrandom . latın : Toplumsəsverməsi , Xalqoylaması

    Refüj . fra : Ortaqaldırım

    Rejim.fra : Düzən

    Rejisör. Fra : Yönətmən

    Reklam.fra : Tanıtma

    Rekor.ing: Üstünlük

    Remix . ing : Bindirmə , yüksətmə , çoxatma

    Resesif .fra : Çəkinik

    Retrospektif . fra : Geriyədönük , dündən bugünə

    Revizyon. Fra : İnələmə , yoxlama

    Rezervasyon. Fra : Ayrıtma

    Rezonans. Fra : Yankılayış , seslenim

    Rəhbərlik. Fars: Kılavuzluq , öndərlik

    Rəmz.ərəb : Simgə

    Rəng. Fars : Boya

    Ritim. Yunanca : Dizmə

    Rivayət.ərəb : Söylənti

    Romantik. Fra : Duyğulu

    Romantizm.fra: Duyğuçuluq

    Royalty . ing : Yazıpayı ( təlif haqqı )

    Rönesans.fra : Yenidəndoğuş

    Rüşvət.Ərəb : Yeyinti

    Rüşvətçilik.: Yeyintiçilik

    Rüya.ərəb : Düş

    S

    Sabit. ərəb : Durağan

    Sabotaj . fra : Baltalama

    Sadə. Fars : Yalın, göstərişsiz

    Saxtekar. Fars : Düzənci

    Salnamə.fars : İlləc

    Sansür .Yunan : Sıxıdənətim , sıxıçılıq

    Santimantal. Fra : Duyqulu

    Satir. Yunan : Yergi

    Satirik .yunan : Yergici

    Self- servis . ing : Seçal

    Seans .fra : Göstərim

    Semantik. Yunan : Anlambilim , Anlamçılıq

    Semiyoloji . fra : Göstərgəbilim

    Sempatik.yunan : sevimli , canayaxın

    Sempatizan ,yunan : Duyğudaş , yandaş

    Sempozyum . Yunan :Bilgiləndirmələr

    Senkronizasyon ( synchronisation ) . fra : Eşləmə ( sinama, televizyon)

    Senkronizə etmək . fir : Eşləmək

    Sentaks. Yunan : Sözdizimi

    Sentez . yun an : Bireşim

    Server . ing: Sunucu ( bilgisayar alanında işlənir)

    Serum .fra : Qansuyu

    Səhlənkar .ərəb,fars : Osal

    Sərmayə . fars : Anamal

    Sərmayədar . fars : Anamalçı

    Səhnə. ərəb : Oyunluq

    Səlahiyət. ərəb : Yetgi

    Səviyə. ərəb : Düzey

    Səviyəli : Düzeyli

    Səyyah. ərəb : Gəzgin

    Səyyal. ərəb : Axıcı , Axışqan

    Səyyarə . ərəb : Gəzəgən

    Short selling. İng : Yoxdan satış

    Sir . Ərəb : Giz

    Side effect . ing : yan etki

    Sidewalk sale . ing : Qaldırım satışı , mağaza önü satışı

    Simetri .Fra : Bakışım

    Simultane . fra : anında

    Sinonim .fra : anlamdaş

    Sismolog . fra : Dəprəmbilimçi

    Sistem. Yunan : Dizgə

    Sistematik . Dizgəsəl , dizgəli

    Site . fra : Bölgə

    Skandal . fra : Utanca

    Slip. Ing : Satış bəlgəsi

    Snack bar. Ing : Atışdırmalıq

    Spesiyal ( special ) .fra : Özəl

    Sofizm. Yunan :Bigiçilik , Ynıltmaca

    Solidarist. Fra : Dayanışmaçı

    Sosyal .fra : Toplumsal

    Sosyalist .fra : Toplumçu
    sosyalizm .fra : Toplumçuluq

    Sosyoloq .Latin : Toplumbilimçi

    Sosyoloji .latin :Toplumbilim

    Söhbət. ərəb : Söyləşi

    Spiker. Ing : Danışan

    Standart . ing : Təkbiçim

    Stil.fra : Biçim

    Stratus . latin : Katman bulut

    Strüktüralist. Fra : Yapısalçı

    Strüktüralizm. Fra : Yapısalçılıq

    Subra. Fra : Qoltuqluq

    Surnaturalizm .fra : Doğaüstüçülük

    Surrealizm . Fra : Gerçəküstüçü

    Sübjektif.fra.Öznəl

    Süje.fra : Öznə, konu

    Sürpriz . fra : Şaşırtı

    Ş

    Şarj. fra : Doldurma , yükləmə

    Şema . yunan : Çizəm

    Şəfəqət . ərəb : sevəcən

    Şəffaf .ərəb : Saydam

    Şəhvət. ərəb : Kösnü

    Şərəf. ərəb : Onur

    Şifrə. Italyan, ərəb : Gizləc

    Şiir.ərəb : Qoşuq

    Şilt. Ing : Ərgilik

    Şikayət. ərəb : Yakınma

    Şikayətçi :Yakınıcı

    Şov ( show).ing : Göstəri

    Şovmən ( showman). Ing : Göstərici

    Şovrum (showroom) . ing : sərgi evi

    Şua .ərəb : Işın

    Şuur . ərəb : Us, Bilinç

    Şuuraltı : Bilinçaltı

    Şüphə. ərəb : Kuşku

    T

    Taarüz . ərəb : Axın , Saldırı

    Tablo. Fra: Çizilək

    Tampon (mane).fra :Önlək

    Transfer. Fra : Daşıma, axtarma, Alma

    Tarix . ərəb : Geçmişlik

    Teenage . İng : ərgənlik çağı

    Teenager . ing : Ərgən , yeniyetmə

    Teknik. Yunan : Uyqulayım

    Telekomünikasyon . fra : İlətişim

    Teleks . fra : Uzyazım

    Telepati . yunan : Uzaduyum

    Tema. Yunan : İzlək

    Teokrasi . yunan : İnerki ( inancerki )

    Teori. Fra : Kuram

    Terapi . fra : Sağlatım , Sağatma

    Termik. Fra : Isıl

    Termosfor . fra : İsiyuvar

    Təchizat. ərəb : Donatı

    Təcrübə . ərəb : Dənəyim

    Təcrübi : Dəneysəl

    Tədqiq.ərəb: İrdələmək

    Təqdim . ərəb : Sunma

    Təqdis. ərəb : Kutsama

    Təqvim. ərəb : Günbilgisi

    Təəsub .ərəb :Bağnazlıq

    Təhqiq . ərəb : Soruşturma

    Təhlil.ərəb : Çözümləmə

    Təhmil .ərəb : Yükləmə

    Təkamul . ərəb : Evrim

    Təxəyyül . ərəb : İmgələmə

    Təxsis . ərəb : Özgüləmək

    Təlim.ərəb : Öğrətim

    Təlimat. ərəb : Yönərgə

    Təminat . ərəb : Güvəvcə

    Təmsil.ərəb: Özümləmə

    Təmsilçi : Özümləyici

    Tənzim. ərəb : Sıralama

    Tərbiyə . ərəb : Eğitim

    Tərəqi .ərə : İrəliləmə , Gəlişmə

    Tərəzi. Fars : Tartı , Tartaç , çəkəc

    Tərif . ərəb : Tanım

    Tərif etmək: Tanımlamaq

    Tərkib . ərəb : Biləşim

    Tərtibat . ərəb : Düzənək

    Təsir . ərəb : Etgi

    Təsisat . ərəb : Döşəmlər

    Təsvir . ərəb :Betim

    Təsviri : Betimsəl

    Təşkilat . ərəb : Örgüt

    Tətbir. ərəb :Önləm

    Təzminat . ərəb : Ödəncə

    Təzyiq . ərəb : Basınc

    Timing . ing: Zamanlama

    Tiraj .fra :Baskı , Baskısayı

    Tirbuşon. fra : Burqu

    Tire.fra : Çizgi

    Think- tank. Ing : Beyin takımı

    Totalitarizm . fra : Bütünçülük

    Totem . Qızıl derilerin dilinden : Onqon

    Totemizm . Qizlder- fra : Ongunçuluq

    Topless .ing : Üstsüz

    Trafik . İtaliya.fra : Gedişgəliş

    Tragedya (trajedi ) .Yunan-fra : Ağlatı

    Traksiyon.fra: Çəkim

    Transformasiyon . fra : Dönüşüm

    Transporter. Ing : Yükçeker

    Tribleks .fra : Üç qatlı

    Trombosit: fra : Qan pulcuğu

    Türbülans ( turbulance ). Fra : Burgac ( buruq ) , hava burgacı

    U

    Underwriting . İng : Üstlənim, üstələnmə ( zəmanət)

    Unsur . ərəb : Öğe

    urodel . Yunanca : kuyruklular

    Uslub. ərəb : Anlatı, biçim

    Ü

    Ürtiker.fra : kurdeşen

    V

    Vaqəə. ərəb : Olgu

    Vasektomi .fra:Qısırlaşdırma

    Verasət. ərəb : Qalıtım

    Versiyon .fra : Üz , nüsxə, sürüm , uyarlama

    Vəkil. ərəb :Savunman

    Vicdan. ərəb : Duyanc

    Vites (dəndə, skorost). Fra : Dəyiştəc

    Viyadük.fra :Körpü yol

    Vizör. Fra : Bakaç (baxaç)

    Voltaj . fra : Gərilim

    W

    Worout . ing : Alıştırma

    Web . ing : Ağ ( tor )

    Web sayfası : Ağ yarpağı

    Websitəsi : Ağ bölgəsi

    Webmaster . Ing : Ağyönəticisi

    Z

    Zehn .ərəb : Anlıq

    Zəfər . ərəb : Yengi

    Zəlzələ. ərəb : Dəprəm

    Zərf. ərəb : Bəlirtəc ( dilçilikdə )

    Zəmir. ərəb : Adıl

    Zid .ərəb : Qarşı

    Ziyafət. ərəb. Şölən

    Zoolog . Fra :Heyvanbilimci

    Zooloji . yunan : Hevanbilimi

    qaynaq:azad tribun
0 0 0
  • tsk
0 0 0