Azərbycanın Ana-hüviyyəti hansıdır

Son güncelleme: 26.11.2009 00:37
  • Azərbycanın Ana-hüviyyəti hansıdır? . Habib Dağşəhərli

    Oxuduğunuz bu yazı, əslində „Biz kimik?" mövzusunda bir sıra soydaşlarımızla paylaşmaq istədiyim fikirlər və düşüncələrdir . Ancaq bu fikirlərin yazılı şəkildə və geniş miqyasda paylaşılması məqsədə daha uyqundur . Bu düşüncələr bəzən elmi səslənsə də, elmi məqsədlə deyil, ilk növbədə „kilidi" terminlərin məntiqi cavabını tapmaq məqsədilə, və mövzunun təməl əhəmiyyətini nəzərə alaraq, „biz kimik?" mövzusunda fəallarimiz arasinda fikir mübadiləsini genişləndirməq məqsədi daşiyir. Elmi- akademik şəxsiyyətlərimizin eləcə də „siyasi təşkilat" adlananların bu haqda susmaları, o biri sahələrdə bu mövzunun tərh olunub və mübahisə olunmasının əhəmiyyətini daha da yüksəldir. Burda gedən filkirlər haqda tənqidi və təs-hihi baxışlar yazacaq soydaşlarımıza əvvəlcədən minnətdarlığımı bildirirəm.

    Azərbycanın Ana-hüviyyəti hansıdır?

    .

    „Paylaşılan və paylaşılmaz" hüviyyət

    Bütün millətlərdə olduğu kimi, Azərbaycanın-da bir çoxlu paylaşılan hüviyyət -ləri və bir də paylaşılmaz bir hüviyyəti vardır: paylaşılan hüviyyətlər; dini, məzhəbi, coğrafi, tarixi ...kimi hüviyyətlərdir. Bu hüviyyətlər bizim başqa millətlərlə müştərək və ortaq-(şərik) hüviyyətlərimiz sayılırlar. Necə ki, biz Azərbaycanlılar din-hüviyyətimizi bütün Müsəlman millətlərlə, ya tariximizi və coğrafiyamızı da bir çox qonşu xalqlarla paylaşmadayıq.(1) „Paylaşılmaz hüviyyət"imiz isə, „Ana-hüviyyət" adlandırdığımız, „Azərbaycan hüviyyəti"-dir. Bu hüviyyət, hər bir millətin ancaq və ancaq özünə ayid olub, hətta ən yaxın qohum və qonşu xalqlarla da paylaşılmaz hüviyyətdir.

    Paylaşılmaz (Ana)-hüviyyət, bütün bu paylaşılan hüviyyətlərin hamısını, eləcə də millətlərin maddi- mə'nəvi varlığını təşkil edən digər ünsürlərin məcmu'undan yaranmış hüviyyətdir- (primary identity). Ana-hüviyyət bütün bunları vahid bir ad altında toplayan, ona vahid bir mərkəziyyət bağışlayan ünsür və onun evi sayılır. Bir millət paylaşılan-hüviyyətlərinin hər hansı birini itirirsə, yenə-də vahid bir millət kimi öz həyatını və milli varlığını davam etdirə bilər, ancaq „Ana-hüviyyət" itdikdə və ya uzun zaman unudulduqda, o xalq öz milli-mədəni həyatını da itirib və nəhayətdə başqa xalqların və millətlərin hüviyyətlərində əriyib və aradan getmək məcburiyyətində qala bilər.

    „Ana-hüviyyət"-i bəyən-mə-mək mümkündür, ancaq onu dəyişib və ya atmaq mümkün deyil. Ana-hüviyyət, qeyri-iradi bir pədidə olaraq, səliqələrdən, məsləhət ya məsləklərdən asılı olmayib və seçilməz-dir. Insan öz ata-anasını, ya anadan olduğu yeri seçə bilmədiyi kimi, özünün ana-hüviyyətini-də seçə bilməz.

    Millətin ziyalısı, özünü və öz millətini tanıya bilməsi üçün, onun Ana-hüviyyətini tanımalıdır. Bunu tanıya bilmək üçün birinci növbədə onu elmi, fəlsəfi, qövmi ....cəhətdən fərqləndirib -mə'na etməlidir. bu hüviyyət Millətin ziyalısı tərəfindən kəşf edilib, elmi, fəlsəfi,... cəhətdən mə'na olunub- fərqləndikdən sonra bir fakt olaraq yarana bilir. Ana-hüviyyətin düzgün tə'rif və mə'nası bəlli olmadıqda, onu düzgün şəkildə mənimsəmək ya qorumaq-da mümkün deyil. „Azərbycanın Ana-hüviyyəti hansıdır?" sualının real və məntiqi cavabını bilmədən, onun məsləhətlərinin və eləcə də onun strateji məqsədinin hansı olduğunu təyin etmək olmaz, çünkü Millətlərin taleyində xeyiri-şərdən, düzü -əyridən, səlahı- xətadan.... seçib-ayıra bilmək üçün, onların əlindəki əsas ölçü və me'yar „Ana-hüviyyət"-dir. Dilimiz milli varlığımızın sütunudursa, Ana-hüviyyətimiz milli varlığımızın evidir. Bunu tarixdə qoruyub-yaşatmaq üçün hər nəsil bu hüviyyəti yenidən kəşf etməli və mənimsəməlidir.

    Biz güney Azərbaycanlilara gəldikdə, bugünə kimi təəssüflə „Ana-hüviyyətimiz hansıdır?" sualı haqqda bir neçə məqalə belə yazılmamışdır. Ziyalılarımız arasında bu haqda dəyişik və abstrakt təssəvvürlərin hakim olduğuna baxmayaraq, ziyalılarımız və alimlərimizin əsas hissəsi bu günə kimi bu sualı cavabsız qoymuşlar.* Bunun cavabsız qalması ilə də bütün teorik mübahisələr və eləcə də bütün siyasi-təşkilati fəaliyyətlərin hamısı bugün çıxılmaz vəziyyətə (bon-bəst-ə) gəlib çıxmışdır. Bir daha təkrarlamaq lazımdır ki, bu vəziyyətdən çıxmaq üçün, birinci növbədə Azərbaycan milli-demokratik hərəkatının „yazılmamış" Manifestində gedən təməl və kilidi istilahların və terminlərin bir mə'nalı tə'rifi bəlli olmalıdır. Nəzərə almaq lazımdır ki, humanitar elmlərdə (inasani ulumda) bu növ istilahların və terminlərin mə'nası təməl və həyati əhəmiyyət daşıyır. Təbiyyət elminin əksinə, humanitar elmlərdə bir sıra pədidələr, təkcə mə'na və definisya olduqdan sonra yarana bilərlər. Misal olaraq „Günəş" ya „yağış"ın elmi mə'nası bəlli olmasa da, onların mövcud olub-olmamasına heç bir təsir göstərmir. Ancaq „Azadlıq" və ya „Hüviyyət" və bu kimi humanitar pədidələr, yalnız mə'na olduqdan sonra əməldə yarana bilir. Insanlar, azadlığın nə olduğunu bilmədikdə, onların arasında azadlıq yarana bilməz. Millətlər öz ana-hüviyyətlərini tanıyıb definisya etmədən, onu yaradıb- yaşatmaq məqamında ola bilməzlər.

    Ana hüviyyətin- bununla da millətin həyatının davamı üçün, və onu başqalarına düzgün mə'nada təqdim edə bilmək üçün, onun vahid və tək-mə'nalı bir ad-ı olmalıdr. Bu birinci şərtlərdən biri, bəlkə də birinci şərt sayılır.

    Ad.* (2)

    „Ana-hüviyyət" milli varlığın evi olduğu kimi, vahid „ad" da ana-hüviyyətin evi və onun qarantı sayilir.

    Adın müstələh anlamına gəldikdə, (onun düzgün elmi tə'rifini mütəxəssis alimlərimizə tapşırırq)- Adı çox hallarda; „hər bir Obyekti bir-mə'nalı şəkildə müəyyənləşdirib -individuallaşdıran ünsür" - kimi tanıtmışlar. Ancaq bu tə'rif və mə'nanı „Nömrə" və ya „Sayı"n mə'nasında da işlətmək mümkündür. Buna görə ki, nömrə də, hər bir obyekti müəyyənləşdirib və dəqiqləşdirir. „Ad"-la „nömrə"nin arasında olan fərq budur ki, ad eyni halda adı-daşıyanın xüsusiyyəti ilə də əlaqədə olur və adı-daşıyanın xarakteristika və xüsusiyyətləri haqqda da bilgi verən ünsürdür.

    Millətlərə gəldikdə, „ad", hər bir millətin „Ana-mənliyini" göstərib əks etdirir. Hər ad, müəyyən bir hüviyyəti təmsil etdiyi üçün, dəyişib- başqalaşdıqda hüviyyətdə onunla dəyişib- başqalaşa bilər. Hər bir mənliyi aradan aparmaq üçün, çox vaxt onun adını dəyişmək kifayət edir. (elə buna görədə iranda və bir çox başqa ölkələrin hakim şovinistləri hər bir hüviyyəti aradan qaldırmaq üçün, onun həqiqi adını aradan qaldırıb, yerinə hakim millətin dilində qondarma adlar qoyurlar.)

    Biz cənubi Azərbaycanlılara gəldikdə, bizim Ad məsələmiz, (bununla da hüviyyət məsələmiz) bugünə kimi əməldə və teori-də həll olunmamış şəkildə davam edir.

    Bizə 20-ci əsrin ərzində çox saylı və dəyişik adlar verilmişdir. Son əsrin ərzində bizim öz tərəfimizdən və eləcədə başqaları tərəfindən bizə „Türk", „iranlı", Tatar, „Iran-türkü", „Azərbaycan-türkü", „Iran-azərbaycanlısı", eləcədə kürd-lərin və Osmanlıların müqabilində „əcəm", ermənilərin müqabilində „müsəlman" və ...habelə rəngarəng adlar verilmişdir. „Ana-hüviyyət"imizi təmsil edən „Azərbaycan" adı isə, irançı və turançılar tərəfindən ancaq bir inzibati- ustani və ya coğrafi bir termin kimi qəbul olunmuşdur. Həm irançılarımız, həm də turançılarımız; „Azərbaycan təkcə coğrafi bir termindir" iddiasını dönə-dönə təkrar edib və bizim hüviyyətimizi, öz ideologiyalarının mənafeyi əsasında tə'rif - daha doğrusu təhrif etməyə çalışırlar.

    Baxmayaraq ki, yuxarıda göstərilən, „iranlı", „türk", „müsəlman".... adların hər biri öz yerində düzgün sayılr, ancaq bu adlar öz paylaşılan xislətlərinə görə, Azərbaycanlıların ana-hüviyyətini bütövlükdə deyil, bəlkə onun təkcə bəlli bir hissəsini (paralel ya „ secondary" hüviyyətlərin birini) nümayiş etdirə bilir. Azərbaycanın Ana-mənliyini bir mənalı və düzgün şəkildə təmsil edə bilən ad , ancaq və ancaq „Azərbaycan" adıdır. O biri adların hamısı naqis, ya qeyr-dəqiq , ümumi və ya abstrakt xarakterli adlar sayılırlar. „Azərbaycan türkləri", ya „Iran Azərbaycanlıları" və habelə digər tərkibi adlar isə öz mürəkkəb (tərkibi) xislətinə görə, öz zaatında bölünüb- parçalanmaq potensiali daşıyır. Çox- mə'nali, naqis ya bölünüb və parçalana bilən bir pədidə və istilah isə vahid bir millətin „ana-hüviyyət"ini əks etdirə bilməz. Millətimizin Ana-mənliyini təmsil edə bilən ad, bütün bu paylaşılan və tərkibi adların hamısını və Azərbaycanın öz-mənliyini təşkil edən digər ünsürlərı bütövlükdə vahid bir ad altinda əks etdirməlidir. Ana-hüviyyətimizi təmsil edən ad; 1: xalis (qey-i-tərkibi), 2: Bölünməz- (bir kələmədə- bir sözcükdə xulasə olan), 3: Vahid. və 4: Tək-mənalı -ad olmalıdır. Bu ad bizim hər hansı bir Özlüyümüzü deyil, bəlkə Azərbaycan millətinin Vahid və Mərkəzi (primary) hüviyyətini göstərib və əks etdirməlidir.

    Bunların arasında yalnız „Azərbaycan" adıdır ki, yuxarıda çəkdiyimiz adların və müştərək hüviyyətlərin heç birini nəqz etmədən, onları özündə yaşadır. Daha dəqiq desək, „Azərbayacan" istilahı Azərbaycanın, türk-dillliliyi, iran-tarixli və müsəlman millət olduğunu öz zatında daşıyıb və beləliklə də özü yaşadığda onları da özündə yaşadacaqdır, halbuki, „Türk", „Iran" ya „Islam",.... hüviyyətləri heç də Azərbaycandan asılı olmayıb və onların hər biri Azərbaycansızda öz varlığını qoruyub saxlaya bilər.

    Xulasə:

    „Iran", „türk", islam, ... bizim paralalel hüviyyətləmizin danılmaz bir hissəsi, „Azərbaycan" isə bizim ana-hüviyyətimizin (primary identity-imizin)- özüdür.

    HabibDağşəhərli

    -------------------------------------------------------------------------------------------------------------

    (1)Biz Azərbaycanlılar məzhəbi və tarixi hüviyyətimizi farslarla paylaşmaqdayıq, Dinimizi, bütün müsəlman millətlərlə, (Türk)-dilimizi isə Sibirdən Avropaya qədər yayılmış başqa Türkdilli millətlərlə.

    (2) Millətlərin və hüviyyətlərin adı, çox nadir hallarda temalaşıb və bəhs mövzusuna çevrilmişdir Bu mövzuda yazılan mətləblər isə, əksər hallarda ya insan, ya da şəhər və bu kimi adlar haqqında olmuşdur. Adın millətlərin taleyində oynadığı əsas və təyinedici rolu, digər tərəfdən Güney Azərbaycanda xalqın və ziyalilarımızın arasında bu haqda təmamilə hərc-i-mərcli vəziyyətin hakim olması, ziyalılar arasında bu mübahisənin yaranmasının zərurətini qat-qat artırır.

    (*)Cənubi Azərbaycana gəldikdə, heyrətedicidir ki, „hüviyyət -tələb" adlanan bir hərəkatın ziyalıları tərəfindən, „Azərbaycanın öz hüviyyəti hansıdır" mövzusunda heç bir məqaləsi belə görünməmiş və bugünkü nəsil də keçmişdə olduğu kimi bu birinci və həyati şərtə əməl etməmişdir! „hüviyyət-tələb" ziyalı bu „taləb"-etdiyi" hüviyyəti birinci novbədə tərif edib-fərqləndirməlidir.

    Habib Dağşəhərli
#26.11.2009 00:37 0 0 0