"Eurovision Mahnı Müsabiqəsi-2012" üçün milli seçim turunun ilkin dinləmələri başa çatıb.
Sənədləri qəbul olunmuş 119 iştirakçı üç gün ərzində dinləmələr zamanı səs və səhnə imkanlarını nümayiş etdirib. Dinləmələrdən keçən şəxslər İTV-nin canlı efirində yarışacaqlar.
Lent.az İctimai Televiziya və Radio Yayımları Şirkətinin saytına istinadən milli seçim dinləmələrindən olan fotolenti təqdim edir.
Xatırladaq ki, milli seçimin dinləmələrində münsiflər heyətində İctimai Televiziyanın aparıcıları Leyla Əliyeva, Hüsniyə Məhərrəmova, musiqiçi Zəhra Bədəlbəyli, müğənnilər Natəvan Şeyxova və Tünzalə Ağayeva təmsil olunub.