Körpə doğulduqdan sonra müstəhəb əməllər

Son güncelleme: 29.11.2009 13:09
  • Körpə doğulduqdan sonra müstəhəb əməllər...

    Mesajgöndərən Live_Your_Life tarix Cümə Sent 25, 2009 7:31 pm
    Azan və iqamə demək: Körpə doğulduqdan sonra ilk müstəhəb əməl, onun sağ qulağıza azan, sol qulağına isə iqamə oxumaqdır.Hədisdə buyurulub ki, bu, körpəni şeytanın şərindən amanda saxlayır.

    Damağını çəkmək: Müstəhəbdir ki, körpənin ağzını Fərat suyu və İmam Hüseyn (ə) türbəti ilə açsınlar.Mümkün olmazsa, onda yağış suyu çəkin.

    Yaxşı ad: Peyğəmbərimiz (s) buyurub : "Övladın öz valideyni boynunda olan haqlarından biri budur ki, ona yaxşı ad qoysun və onu yaxşı tərbiyə etsin".

    Sünnət etdirmək: Bu, dinimizdə vacib hökmlərdəndir.Ona gec sünnət etdirmək bəyənilməmişdir.Müstəhəbdir ki, valideyn uşağına yeddinci günündə sünnət etdirsin.Tez sünnət olunan uşaqlar həm ağrını az hiss edir və həmdə tezliklə sağalır.

    Əqiqə: Əqiqə-valideynin körpənin adına qurban kəsməsinə deyilir.Məsumlarımız bu məsələyə ciddi yanaşmışlar. Ömər İbn Yazid adlı bir şəxs İmam Sadini (ə) hüzuruna gəlib soruşdu: Bilmirəm atam mənim üçün əqiqə edib yoxsa yox? İmam buyurdu :"Get onu özün yerinə yetir".

    Qonaqlıq vermək: Bu əməl, Peyğəmbərimizdən (s) sünnəsindəndir.

    İmam Əli (ə) : " Övladlarınıza dünyaya gəlməzdən əvvəl ad qoyun"

    İmam Rza (ə) : " Övladınızın adını "Məhəmməd" qoysanız, ona ehtiram göstərin və ona üz turşutmayın".
    İmam Sadiq (ə) buyurur : Qızının adını "Fatimə" qoymuş bir şəxsə buyurdu: "İndi ki, qızının adını "Fatimə" qoydun, ona söymə, qarğış etmə və onu döymə".
#29.11.2009 13:09 0 0 0