Meyvəli desertlər

Son güncelleme: 30.11.2009 00:07
  • Vanilli heyva, qaymaqlı və qozlu ananas reseptləri

    Vanilli heyva
    4 porsiya üçün

    1 vanil qını
    5 ədəd qara istiot dənəsi
    250 qram şəkər tozu
    1 limonun sürtkəcdən keçirilmiş qabığı
    0,5 litr su
    4-5 ədəd heyva

    Vanil qınını iki yerə ayırmaq lazımdır ki, dənələri üzə çıxsın.
    Sonra onları iri şüşə qazana qoyur, üzərinə istiot, şəkər, limon qabığı və su əlavə edilir. Qarışıq orta səviyyədə yanan alovun üzərində qoyulur və şəkər əriyənə qədər qarışdırılır. Bundan sonra ocağın alovu azaldılır. Bu ərəfədə heyvanın qabığı soyulur, 4 yerə ayrılır və tumları çıxarılır. Əgər heyva iridirsə, 4 yerə ayrılmış hissələrin hər biri yenidən ikiyə bölünür. Hazırlanmış heyva vanil sirop qazanına yığılır. Bu zaman elə etmək lazımdır ki, heyva tikələri siropun içində itsin. Bundan sonra tort bişirmək üçün istifadə olunan kağız vərəqi əzib heyvaların üstünə qoymaq lazımdır. Bu qaynayıb azalmanın qarşısını ala bilər. Bu minvalla heyva 30 dəq bişirilir. Yəni tam yumşalana qədər. Sonra heyvalar kəfkirlə astaca siropdan çıxarılaraq qaba qoyulur və alovu artırılaraq sirop daha 8-10 dəq qaynadılır. Yəni bu əvvəlkinin 4 də 3 hissəsi qalana qədər. Süzülmüş sirop heyvanın üzərinə tökülür. Hazır desert süfrəyə soyuq və isti şəkildə qaymaqla verilir.


    Qaymaqlı ananas
    2 stəkan bişirilmiş uzun ağ düyü
    1 xörək qaşığı kərə və ya ərinmiş yağ
    ¼ çay qaşığı darçın
    1/2 çay qaşığı təzə üyüdülmüş muskat cövüzü
    1/2 çay qaşığı təzə döyülmüş hil toxumu
    1 çimdik döyülmüş mixək
    1/2 stəkan qara kişmiş
    4/1 stəkan qovrulmuş və xırdalanmış badam
    2 stəkan çalınmış soyuq qaymaq
    2,5x 1,5 mm ölçüdə doğranmış quru ananas
    3/1 stəkan şəkər və bəzək üçün ananasdan kəsilmiş dairə


    Bişirilmiş uzun düyü tavaya qoyulur və üzərinə kərə yaxud, ərinmiş yağ çəkilir. Sonra üzərinə ədviyyatlar, kişmiş və 3 xörək qaşığı badam əlavə edilir. Qarışıq otaq temperaturunda soyudulur və kasaya yığılır. Kasa və kremçalan soyuducunun buzxanasında 10 dəqiqə soyudulur. Qaymaq yetərincə çalınaraq köpükləndirilir. Bunun üzərinə düyü, bir parça ananas və şəkər əlavə edilərək qarışdırılır. Qarışdırıldıqdan sonra yarım saat müddətində soyudulur. Süfrəyə verərkən xörək boşqablarına təpə şəklində qoyulur. Artıq qalmış badam üzərinə səpilir və ananas dairələri ilə bəzədiir.


    Qozlu ananas

    Bir ananas
    200 qram zeytun yağı
    1 xörək qaşığı şəkər pudrası
    30 qram vanil
    2 xörək qaşığı döyülmüş püstə

    Ananas təmizlənir. Ortasından bərk özəyi çıxardılır, yumşaq hissləri çox kiçik şəkildə doğranır. Doğranmış ananas zeytun yağında yüngülvari qızardılır və üzərinə şəkər pudrası ilə vanilin əlavə edilir. Karamelləşdirmiş ananas tikələrinin üstünə döyülmüş püstə səpilir. Desert isti və soyuq şəkklidə verilə bilər.
#30.11.2009 00:07 0 0 0