Tiramisu məşhur İtaliya şirniyatıdır. Klassik tiramisu hazırlamaq üçün xama və yaxud qaymağın, həmçinin, savoiardi- çöp şəkilli kövrək peçenye əlavə olunmuş təzə mascarpone (mascarpone) adlı yumuşaq pendirin olması əsas şərtdir.
Nəzərinizə çatdıraq ki, tiramisuya meyvə, giləmeyvə, şokolad və müxtəlif spirtli içkilər əlavəsinin variantları çoxdur. Bundan əlavə bir sıra tiramisu adlı dadlı tort reseptləri var. Bu tortlar üçün krem mascarpone pendirindən və hazır nazik biskvit qatından (korjdan) hazırlanır. Əgər mascarpone almaq imkanınız yoxdursa, onda tort və desert üçün zərif yağlı pendirdən., yaxud qaymaq, yağ və ya süd əlavə edilmiş kəsmkidən istifadə edə bilərsiniz.
Meyvəli və giləmeyvəli tiramisu
Tiramisunun resepti və hazırlanma qaydalası aşağıdakı kimidir:
- 500 qram mascarpone pendiri
- 5 ədəd yumurta
- 1 ədəd limon
- 250 qram biskvitli kövrək savoiardi peçenyesi
- 4 ədəd kivi
- 200 qram çiyələk
- 100 qram moruq
- 1 xörək qaşığı portağal (yaxud limon) siropu
Yumurtanın ağını sarısından ayırın. Yumurtanın ağını ona tədricən 50 qram şəkər qarışdırmaqla köpüklənənə qədər çalın. Sonra ayrıca qabda yumurta sarısını qalmış 50 qram şəkərlə çalın, üzərinə 1 limonun şirəsini, 3 xörək qaşığı portağal (yaxud limon) sirop töküb, qarışdırın. Sonra mascarpone pendirini də bura əlavə ediın. Pendir tam həll olunana qədər yaxşıca qarışdırın. Çalınmış yumurta ağını kremə qaşıq-qaşıq əlavə etmək lazımdır.
Növbəti prosesdə kremin yarısı formaya qoyulur. İti və ehtiyyatla hər bir peçenye limon ,yaxud portağal siropuna batırılaraq kremin üzərinə qouyulur. Kremin üzünü örtənə qədər bu iş davam etdirlir. Sonra peçenyenin üzərinə kub şəkilli doğranmış meyvələr və giləmeyvələr (kivi, çiyələk) qoyulur. Qalan krem meyvələrin üzərinə yayılır. Bunun da üzərinə moruq qoyulur və forma 1 saat soyuducuda saxlanılır.