Qadınların kiyafeti bədənin 60 faizini örtməlidir

Son güncelleme: 01.12.2009 14:37
  • Amma bu şərq kişilərin standartına uyğun gəlməyə bilər

    Britaniyalı alimlər müasir qadınları düşündürən 'don nə qədər açıq olmalıdır ki, bir tərəfdən çox vulqar görünməsin, digər tərəfdən isə kişilərin diqqətini çəkə bilsin' kimi intriqalı bir sualına cavab tapa biliblər. Bu tapıntı barədə BBC məlumat verib.
    İngiltərənin Lids şəhərindəki universitetin psixoloqları təsdiq ediblər ki, qadın donunun açıq hissəsi 40, qapalı hissəsi isə 60 faiz olduqda məhz qızılorta ölçüyə cavab vermiş olur. Psixoloq alimlər uzun müddət daha populyar klublarda, rəqs meydanlarında müxtəlif yaş və sosial qruplara məxsus kişilərin açıq don geyən qadınlara qarşı reaksiasını öyrəniblər. Nəticə belə olub ki, ətrafdakıların maraq dairəsini o cavan qızlar və ya qadınlar cəlb edir ki, onların geydikləri donları bədənlərinin 60 faizini örtə bilsin. Əgər bədənin 40 yox 30 faizi açıq qalsa, cavan oğlanların və kişilərin marağı ikiqat azalacaq.
    Professor Kolin Xondrinin apardığı işlərdən belə qənaətə gəlmək olar ki, qadınların həddən artıq cəsarəti sayəsəndə bədənin 50 faizi açıqda qalsa, onda kişilərdə ' təkamül əyləci' işə düşəcək. Yəni onlar belə qızın və ya qadının sədaqətlı olması nöqteyi-nəzərincə gələcəyə çoxlu problemlər vəd edəcəyini düşünərlər
#01.12.2009 14:37 0 0 0