Rumıniyalı dizaynerlər dünyada ən uzun ətəyə malik gəlinlik paltarı tikiblər. "Röyters"in məlumatına görə, paltar artıq "Ginnesin rekordlar kitabı"na düşüb. Gəlinlik paltarının arxasınca sürünən ətəyinin uzunluğu nə az-nə çox - düz 1579 metrdir. Bundan başqa, paltar son dərəcə gözəl formada bəzədilib. Yerlə sürünən ətəyin üzərində məşhur "Svarovski"dən olan 7 min qiymətli daşlar var və onların parıltısı hər kəsi valeh edir. Məlumata görə, rumıniyalı dizayner İoanna Komanesku gəlinliyin tikintisinə 70 gününü sərf edib. Bu paltarda hərəkət etmək çətin olsa da, dizayner toyunda fərqlənmək istəyən gəlinin tapılacağına inanır.