Onlar cazib,yaraşıqlı və güclüdür.Qadınları maraqlandıracaq qədər bacarıqlıdırlar.Belə halda kişilər nədən qorxurlar ki?
Cavabı sizi çaşdırmasın.
Bəzi zamanlar kökəldim və ya artıq çirkinləşdim deyə kişilər mənə baxmırlar deyə qayğılandınızmı? İnanın ki, sizin belə həyəcanlarınızın olduğu kimi kişilərin də bir neçə rahatsız olduğu hallar vardır.
Kişilərin qorxduqları 7 şey...
Keçəl qalma qorxusu
Bruse Üillis,Sean Connery bir çox qadın tərəfindən cazib qəbul edilsələr də, ikisininin də ən böyük qorxusu keçəl olmaları. Həkimlər artıq kişilərin çoxunun 20 yaşından sonra saçlarının tökülməsinin qaçınılmaz olduğunu qeyd etmişlər.Bunun səbəbini kişilərdə testesteron səviyyəsinin yüksək olması ilə bağlayırlar.Əgər Sizin sevdiyiniz kişidə belə bir problem varsa,diqqətli olun ki, bu mövzuda onu yaralamayın, deyin ki, Siz onun saçının bu halını daha çox bəyənirsiniz. smile
Pul qazana bilməmək qorxusu
Hər bir qadın kişisinin bacarıqlı,xarakterli,güclü olmasını istər.Pul məsələsində məlumdur ki, kişilər qadınlardan daha çox qazanclı olmağa can atarlar.Xanımlarının onlardan daha çox pul qazanmasından narahat olarlar.Əgər belə bir hal varsa,pulun Sizin üçün önəmli olmadığını,onun daxili xasiyyətini sevdiyinizi dilə gətirin.
Kiçiklik qorxusu
Sirr olmadığı kimi kişilər cinsi orqanlarının boyuna xüsusi əhəmiyyət verirlər.Qadınların bu incə məsələdə kişilərə dəstək olmasının onların psixologiyasına müsbət təsiri olur.Qadınlar həyat yoldaşlarına onlarla bərabər olarkən "Çox gözəl bədənin var,bəyənirəm" deyə bilərsiniz.Əsla cinsi orqan barədə bir fikir yürütməyin.
Rəddedilmə qorxusu
Kişilərin qəribə xarakterləri olur. Bəziləri sırf rəddedilmə qorxusundan bəyəndiyi qadına yaxınlaşmazlar.Özlərində əksikliklər hiss edən kişilər qarşı cinsə yaxınlaşmağa cəsarət etmirlər.Belə hallarda qadın da kişidən xoşlanıbsa,ona yaxınlaşması üçün yardım etməlidir.Ona bəyəndiyinizi bildirən siqnallar ötürməlisiniz. fellow
Çox qıllı olmaq
Tutaq ki, tətildəsiniz və bir neçə gündür gördüyünüz çox yaraşıqlı bir kişi ilə indi də plajda rastlaşdınız.Köynəyini çıxartdıqda onun bədəninin qorilla bədəni kimi qıllı olduğunu görürsünüz.Artıq belə durumda onu bəyənməyə davam edib-etməyəcəyinizə siz qərar verirsiniz.Amma bəzi qadınlar belə qıllı kişilərdən xoşlandığı halda bəziləri nifrət edərlər.Əgər onun bu halından məmnunsunuzsa tanış olmağa davam edə bilərsiniz.
Ailənizlə tanış olma qorxusu
Kişilərə görə Sizin ailəniz Sizə sahib olan\sizin həyatınız haqqında qərar verən hakim insanlardır.Bu səbəblə ailənizlə tanış olmaq söhbəti meydana çıxdıqda bir səbəb tapıb uzadırlar.Belə halda ailənizin ona inandığını və tanışlığa gələrsə, daha çox sevinəcəklərini söyləyin.
Bağlanma qorxusu
Bir kişi üçün öz-özünü kontrol etməsi çox mühümdür.Və bir kişi bir qadına təmamilə aşiq olduqda " Tanrım,kontrolumu itirdim,gücsüzləşdim" deyə düşünür.Hisləri o qədər coşğulu olur ki, həyatının tək mənasını sizi xoşbəxt etməkdə görür.Sizi itirməkdən də qorxar.Belə halda O Sizə" Sənə olan məhəbbətim məni də qorxutmaya başladı" deyə bilər.Sizin cavablarınızdan çox şey asılıdır.Məsələn,ona belə deyin."Əzizim,bu hislərin çox normaldır.Mənə qorxularını etiraf etdiyin üçün çox cəsursan"